Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1165/2023 10.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh9, Cavabdeh3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayanlar X5, X10, X8 və X6 qarşı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh9, Cavabdeh3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayanlar X5, X10, X8 və X4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və 100 manat dövlət rüsumunun tutularaq iddiaçı Bank Respublika ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı qismində izahat vermiş "xxxx" ASC Bankın nümayəndəsi X3 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(046)-90/2016 saylı icra vərəqəsinə uyğun olaraq X7 məxsus Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi,ev 13 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2020-ci il tarixli Y- 003 saylı hərracın nəticələri barədə protokola və xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh9, Cavabdeh3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayanlar X5, X10, X8 və X11 yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Təqdim edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsi BankRespublika ASC tərəfindən alınmışdır. Təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, ünvan 3 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsi "xxxx" ASC Bankın xüsusi mülkiyyətindədir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh9, Cavabdeh3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən fərdi yaşaylş evindən istifadə hüquqlarının olması iddiaçı "xxxx" ASC-nin mülkiyyətdən sərbəst istifadə hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir insan onun konstitusiya, yaxud qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək ona dar sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır.Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bundan başqa məhkəmə hesab edir ki, digər cavabdehlər kimi iddia ərizəsində göstərilmiş yetkinlik yaşına çatmamışX5, X10, X8 və X11 valideyinlərinin himayəsində yaşadıqlarından, valideyinlərinin qeydiyyatda olduqları yerin onların qeydiyyat ünvanı hesab olunduğudan və istifadə etdikləri əmlakların onlarında istifadəsində olduğundan iddia onlara qarşı qaldırılan hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin xüusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh9, Cavabdeh3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 istifadə hüquqlarına xitam verilməsinə dair iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233, 357 və 362- ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh9, Cavabdeh3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilərək xitam verilsin. İddia digər cavabdehlər yetkinlik yaşına çatmayanlar X5, X10, X8 və X6 qarşı qaldırılan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyindən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №e-2(046)-1165/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1165/2023
10.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver