Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1166/2025 17.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, reqress hüquq əsasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh reqress hüququ əsasında 13100 manat borcun və 130 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən 15000 manat cavabdehə kredit verilmiş, müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra "xxxx" ASC tərəfindən borcun ödənilməsi barədə borclu Cavabdeh xəbərdarlıq edilmiş, lakin borcun ödənilməsi Cavabdeh tərəfindən təmin edilməmişdir. Bu səbəbdən "xxxx" ASC iddia ərizəsi Şəki Kommersiya Məhkəməsinə ilə müraciət edərək, borcun tutulmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-763/2023-nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, icra olunması üçün müvafiq icra vərəqəsi Göyçay rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq borcun ödənilməsi Cavabdeh tərəfindən təmin edilməmiş, bu səbəbdən 14941 manat tərəfindən ödənilməklə icra vərəqəsi icra olunmuşdur. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək təmin edilməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC arasında Cavabdeh bağlanmış kredit müqaviləsinin (illik 21 faiz 24 ay müddətinə verilmiş 15.000 manat kredit) təminatı kimi İddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Şəki Kommerrsiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(l 17)-763/2023 saylı icra vərəqəsi üzrə 14.941,25 manat kredit borcu əmək haqqından tutularaq "xxxx" ASC-yə ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Bank Respublika ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şəki Kommersiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli e-2-2(117)- 763/2023 saylı icra vərəqəsinə və xx.xx.2022-ci il tarixli 31FİZAM141217201 saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı borclu Cavabdeh adına olan kreditinin ödənilməsi üçün Bank Respublika ASC-yə ümümilikdə 14941 AZN iyirmi beş qəpik vəsait tutularaq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə "xxxx" ASC-nə ödənilmiş 13100 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 130 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13100 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 130 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 13100 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 130 manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1166/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1166/2025
17.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver