Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1505/2021 25.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı MeqaSığorta ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 325manat sığorta ödənişinin və ödənilmiş 20 manat dövlət rüsumun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianın həcminin artırılması barədə ərizə təqdim edərək tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-də sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 17 iyun 2019-cu il tarixdə idarə etdiyi "Vaz 2101" markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobillə Göyçay şəhəri Ə.Kərim küçəsində hərəkət edən zaman əksistiqamətli hərərkət zolağına çıxmış və nəticədə, "Vaz 21074" markalı H581AC73 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində "Vaz 21074" markalı H581AC73 dövlət nömrə nişanlı avtomobilə maddi ziyan dəymişdir. Belə ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı rayon istintaq bölməsində cinayət işi açılmış, "Vaz 2101" markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə baş verən zaman idarəetmə hüququ olmadan (sürücülük vəsiqəsi) avtomobili idarə etdiyi və yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğu üçün Göyçay rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərarına əsasən İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 manat inzibati qaydada cərimə edilmişdir. Beləliklə, yuxarıda göstərilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "Vaz 21074" markalı H581AC73 dövlət nömrə nişanlı avtomobilə maddi ziyan avtomobilə 305 manat zərər dəymişdir. Həmin zərər "xxxx" ASC tərəfindən İAS 210440 saylı Sığorta ödənişi aktına əsasən ödənilmişdir. Həmçinin iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh İddianı qəbul edərək göstərmişdir ki, "Vaz 2101" markalı **-BA- *** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etmiş, yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində digər avtomobilə 305 manat ziyan dəymişdir. Həmin ziya İddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. İddiaçıya olan 305 manat sığorta ödənişi qaytaracaqdır. Məhkəməyə təqdim edilmiş İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki, Cavabdeh məxsus «VAZ-2101» markalı, **-BA-***dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığrotalanmışdır. Məhkəməyə təqdim edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, "Vaz 21074" markalı H581AC73 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə ümumilikdə 305 manat məbləğində ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş 21.01.2020-ci il tarixli sığorta aktının surətindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sığortalı Cavabdeh idarə etdiyi «VAZ-2101» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə "Vaz 21074" markalı H581AC73 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə dəymiş 305 manat məbləğində ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 05.04.2021-cu il tarixli 3(046)- 107/2021 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati qaydada cərimə edilmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Sadalananlardan görünür ki, sığortalanmış Cavabdeh 01.04.2021-ci il tarixdə idarə etdiyi «VAZ-2101» markalı, **-BA-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Göyçay şəhəri Ə.Kərim küçəsində hərəkət edən zaman "Vaz 21074" markalı H581AC73 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində "Vaz 21074" markalı H581AC73 dövlət nömrə nişanlı avtomobilə 305 manat ziyan dəymişdir. Dəymiş ziyan MeqaSığorta ASC tərəfindən ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 305 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 305 manat məbləğində sığorta ödənişi və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-1505/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1505/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver