Məhkəmə qərarları › İş №e-2(046)-151/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-151/2024

24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-151/2024 24.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, X33 oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 Şəhliyar oğlu və Cavabdeh2 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şəhliyar oğluna və Cavabdeh2 oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli 0.9018 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 6000 (altı min) manat pul və dövlət rüsumuna görə ödənilmiş 80 manat pulun cavabdehlər X17 və X3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1952-ci il tarixdə Göyçay rayonu, Mirzəhüseynli kəndində anadan olmuş, hazırda ailə üzvləri ilə birgə həmin kənddə yaşayır. Yaşadığı evin aşağı hissəsində 1.5 ha torpaq sahəsi kolxoz dövründən onun və ailə üzvlərinin istifadəsindədir. Ölkədə torpaq islahatları gedən vaxt yaşadığı evin aşağı hissəsində yerləşən və kolxoz dövründən bu günədək istifadəsində olan 1.5 ha torpaq sahəsinin 0.9018 ha hissəsi Göyçay rayon Aqrar İslahat Komissiyasının 41-nömrəli, 28 avqust 1998-ci il tarixli qərarı ilə X4, X19, X5 və X6 mülkiyyətinə verilmiş və onların adına KOD-40814058, JN 1035 nömrəli dövlət aktı işlənmişdir. Göyçay rayon Aqrar İslahat Komissiyasının 41-nömrəli, 28 avqust 1998-ci il tarixli qərarı ilə X4, X19, X5 və X6 mülkiyyətinə verilmiş 0.9018 ha torpaq sahəsi kolxoz dövründən bu günədək istifadəsində olduğundan və həmin torpaq sahəsinin yararlı hala salınmasına xərc çəkdiyindən həmin torpaq sahəsini X30, X12 və X13 ilə razılaşıb satın almaq qərarına gəlmişdir. xx.xx.2005-ci il tarixdə X14, X30, X13 və X12 tərəfindən həmin torpaq sahəsi ona satılmış, aralarında alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsini Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyev təsdiqləmişdir. Həmin torpaq sahəsi və KOD-40814058, JN 1035 nömrəli dövlət aktının əsli İddiaçı təhvil verilmiş, İddiaçı isə torpaq sahəsini bir daha bütövlükdə qəbul etmiş və torpaq sahəsinin əvəzində aralarında müəyyənləşdirilmiş (keçmiş pulnan 600000 manat) pul məbləği cavabdehlərə təqdim edilmiş, cavabdehlər isə həmin pul məbləğini qəbul etmişdir. Həmin vaxt cavabdehlər alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirməyi söz versə də bu günədək bununla bağlı notariat kontoruna gəlməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar. Bir müddət keçdikdən sonra eşitmiş ki, cavabdehlər həmin torpaq sahəsini başqa şəxsə satmaq istəyir. Belə ki, JN : 1035 saylı “torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının əsli onda olduğu halda, X13 həmin dövlət aktının itməsi barədə DƏDRX-nə bilə-bilə yalan məlumat vermiş və saxtakarlıq edərək həmin torpaq sahəsinə yenidən çıxarış almışdır. O, Göyçay rayon Notariat Ofisinin notariusu cənab Polad Nəcəfliyə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16-saylı ərazi idarəsinin rəisi cənab Füzuli İsayevə rəsmi müraciət edərək, kolxoz dövründən istifadəsində olan, sonradan Mirzəhüseynli bələdiyyəsinin sədri Sahib Hacıyevin möhürü və imzası ilə təsdiqləmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə aldığı torpaq sahəsinin təkrar satılmasının qarşısını almaq istəsə də, 2022-ci ildə ona məlum olmuşdur ki, cavabdehlər həmin torpaq sahəsini (torpaq sahəsinin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsilə satın almağı barədə məlumatlı olan) qonşusu X1. Hazırda həmin torpaq sahəsinin ərazi üzə mövcud bazar qiyməti 8-10 min manatdır. Hesab edir ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud deyil. Bu baxımdan cavabdeh iddiaçıdan həmin torpaq sahəsinin satışından pul aldığı halda həmin torpaq sahəsini başqa şəxsə satmaqla iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır. Cavabdehlərin əsassız varlanmadan əldə etdiyi vəsaiti ona qaytarmalı olduğundan hesab edir ki, həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, 0.9018 ha torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etdi və izahatında göstərmişdir ki, 1998-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra o qapıdan çölə çıxmamışdır. O, İddiaçı qapısına getməmiş və iddiaçıya torpaq sahəsi satmamışdır. İddiaçı onlara məxsus torpaq sahəsindən istifadə etməsinə görə 100 ABŞ dolları və buğda məhsulu vermişdir. Məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, 1999-cu ildə pay torpaq sahəsinin alış-veriş vaxtı onun 17 yaşı olmuş və həmin vaxtı xatırlamır. O, anasından iddiaçıya torpaq sahəsini satıb-satmadığını maraqlananda anası iddiaçıya torpaq sahəsinin satılmadığını və müvəqqəti istifadəyə verildiyini demişdir. Pula ehtiyacı olduğundan iddiaçının istifadəsində olmuş ona və ailə üzvlərinə məxsus torpaq sahəsini satmaq istəmişdir. İddiaçının yanına qardaşı Kamranla gedərək torpaq sahəsini satmaq isdədikdə iddiaçı həmin torpaq sahəsini 500 manata almaq istədiyini bildirmişdir. Sonrdan iddiaçı həmin torpaq sahəsinə görə 1500 manat verəcəyini demişdir. Qardaşı Kamran torpaq sahəsini baha qiymətə satacağını iddiaçıya bildirmişdir. Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən 31 mart 2022-ci ildə ona və ailə üzvlərinə məxsus torpaq sahəsi X1. Həmin torpaq sahəsini 4500 manata satsalar da, müqavilədə 3000 manat göstərilmişdir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X32 göstərdi ki, 2005-ci ildə bələdiyyə sədri işləyərkən vətəndaşlardan torpaq vergisini ala bilməmişdir. Arzu Şıxaliyeva ailə üzvlərinə məxsus torpaq sahəsinin yerini bilmədiyini və həmin torpaq sahəsini satmaq fikrində olduğunu bildirmişdir. O, iddiaçıya həmin torpaq sahəsini almasını təklif etmişdir. 25 fevral 2005-ci il tarixdə Mustafayev X7 Arzu Arif qızından torpaq sahəsi almış və həmin alqı-satqıya görə İddiaçı onun yanında keçmiş pulnan 40 (qırx) şirvan pul ödəmişdir. İş materiallarından görünür ki: Torpağa mülkiyyət hüququna dair kod 40814058, JN-1035 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə X8, Cavabdeh2, Cavabdeh1, X2 təsərrüfatı məhsullarının istehsalı üçün 0,90 ha torpaq sahəsi verilmişdir. xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsini X30, X12 və X13 tərəfindən İddiaçı satılmışdır. Qeyd: Müqavilədən “azyaşlı uşaqların əvəzinə valideyini imza etdi” sözləri yazılmış, Şıxaliyev.A, Şıxaliyev.A və Şıxaliyev.K adlarının qarşısında imzalar eyni şəxs tərəfindən icra edilmişdir. xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsi mülkiyyətçilər X30, X12 və X13 tərəfindən X1. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (046)-1545/2022 saylı qətnaməsindən görünür ki, iddia rədd edilmiş, İddiaçı cavabdehlər X30, X12 və X10 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin etibarlı sayılması və cavabdeh X20 qarşı cavabdehlər X30, X15 və X16 arasında 0.9018 ha torpaq sahəsinin notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2023-cü il tarixli 2(107)-247/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinin tələbinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Göründüyü kimi maddi normanın mənasına görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak, pul, əmlak hüquqları və ya maddi fayda əldə etsin. Əsassız varlanma o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin faktiki hallarını və iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə nəticəyə gəlir ki, məhkəmə iclasında İddiaçı Cavabdeh2 40 şirvan verdiyini bildirsədə, bu faktı təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh2 isə iddiaçıdan yalnız 100 ABŞ dolları almasını etiraf etmişdir. Bununla da Cavabdeh2 hüquqi əsas olmadan İddiaçı hesabına 100 ABŞ dolları məbləğində pul əldə etdiyindən əsassız varlanan şəxs sayılmalıdır. Belə olan halda Cavabdeh2 əsassız varlanan şəxs qismində əldə etdiyi 100 ABŞ dolları məbləğində pulu İddiaçı qaytarmalı, bununla da iddia ona qarşı irəli sürülmüş hissədə qismən təmin edilməlidir. Şahidin ifadəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, onun iştirakı ilə iddiaçı tərəfindən 40 şirvan məbləğində pulun cavabdehə verildiyi vaxtdan kifayət qədər uzun müddət (20 ilə yaxın) keçdiyindən, iddiaçının tam olaraq 40 şirvanın cavabdehə verildiyini xatırlaması inandırıcı gəlmədiyindən sübut qismində nəzərə alınmamalıdır. Digər cavabdeh X11 qarşı yönəldilmiş tələb üzrə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh2 100 ABŞ dolları tutularaq İddiaçı ödənilməlidir. Digər cavabdeh X21 qarşı olan hissədə iddia tələbi təmin edilməməlidir. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə mütənasib olaraq Cavabdeh2 aid edilməli, 2 manat 40 qəpik məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 100 (yüz) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi məzənnəsi ilə manatla hesablanaraq İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 münasibətdə iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumu əvəzi olaraq 2.40 (iki manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar