Məhkəmə qərarları › İş №e-2(046)-1598/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1598/2022

17.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1598/2022 17.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evindən çıxarılması, mülkiyyətçi BankRespublika ASC-yə təhvil verilməsi və fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsindən əşyaları ilə bilrlikdə çıxarılması, torpaq sahəsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı Bank Respublika ASC-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı qismində izahat vermiş "xxxx" ASC Bankın nümayəndəsi X2 iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(046)-27/2020 saylı icra sənədinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır(qeydiyyat nömrəsi **********). ünvan 1 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyriyaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin onlar üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Təqdim edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsi BankRespublika ASC tərəfindən alınmışdır. Təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışından görünür ki, ünvan 1 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsi "xxxx" ASC Bankın xüsusi mülkiyyətindədir. Təqdim edilmiş sübutlardan görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsindən istifadə etməklə iddiaçının mülkiyyət üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını pozurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək bə onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır.Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə hesab edir ki, "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1nun ünvan 1 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsindən çıxarılmasını, mülkiyyətçi BankRespublika ASC-yə təhvil verilməsini və cavabdehlərin qeyri-yaşayış obyektinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu işə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233, 357 və 362- ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı BankRespublika ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsindən çıxarılsın. ünvan 1 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsi boşaldılaraq mülkiyyətci BankRespublika ASC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləşən 0.1142 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 28.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilərək xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyindən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar