Məhkəmə qərarları › İş №e-2(046)-1675/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1675/2025

14.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1675/2025 14.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə mülkiyyətdə olan əmlakın bolunməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə Göyçay Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar