Məhkəmə qərarları › İş №e-2(046)-1730/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-1730/2021

01.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-1730/2021 01.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19.02.2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yaqubov Dimitriy Nubaxoviç 01.10.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışında iştirak etməmiş və mülki işə baxılmasını tələb etməmiş və işə onun iştirakı olamadan baxılmasını xahiş etməmişdir. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçı X1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar