Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1790/2025 24.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh2 qarşı torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşmanın faktiki mövcudluğunu və onun hüquqi qüvvəyə malik müqavilə öhdəliyi olduğunu tanınmağı və həmin torpaq sahəsi üzrə notariat qaydada alqı-satqı müqaviləsi bağlanmağa məcbur edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşmanın faktiki mövcudluğunu və onun hüquqi qüvvəyə malik müqavilə öhdəliyi olduğunu tanınmağı və cavabdehi onunla həmin torpaq sahəsi üzrə notarial qaydada alqı-satqı müqaviləsi bağlamağa məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildə Cavabdeh2 20000 manat məbləğində pul verərək aralarında şifahi razılaşmaya əsasən Çərəkə kəndində yeləşən torpaq sahəsinin yerləşdiyi ərazidə mağaza tipli tikili ilə birlikdə 1 sot torpağı almışdır. Bu ödəniş nəğd formada həyata keçirilmiş və o gündən həmin ərazidə fəaliyyət göstərir. Lakin cavabdeh həmin vaxt onların arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlamayıb və mülkiyyət hüququ rəsmiləşdirilməyib. Daha sonra məlum olub ki, cavabdeh həmin torpaq sahəsinin digər hissəsini başqa bir şəxsə satmış və sonuncu şəxs bütün torpaq sahəsinə çıxarış almaq üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir. Bu zaman cavabdeh Göyçay polis şöbəsində verdiyi izahatda torpaq sahəsinin bir hissəsini ona satdığını və həmin hissəni təhvil verdiyini etiraf etmişdir. Buna baxmayaraq, cavabdeh hazırda onun mülkiyyətini tanımır və alqı-satqı müqaviləsini bağlamaqdan yayınır. O həmin torpaq sahəsini faktiki istifadə edir və bu şahid ifadələri ilə də sübut oluna bilər. Cavabdehin etirazları: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddia ərizəsində qeyd olunanlar iddiaçının subyektiv mülahizələrindən ibarətdir, işin həqiqi hallarına uyğun gəlmir və hazırki iddia üzrə zəruri olan faktlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə artıq müəyyən edilmişdir və onların yenidən araşdırılaraq hüquqi qiymət verilməsinə yol verilmir. Belə ki, İddiaçı şikayəti əsasında Göyçay rayon X15 Bölməsində araşdırma aparılmış, şikayət ərizəsində qeyd edilən xüsusatlarda hər hansı cinayətin əlaməti olmadığından baş təhqiqatçı X16 tərəfindən HK-1, 159 nömrəli material üzrə 06 fevral 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təhqiqat zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, X13 onun həyat yoldaşıdır. X19 Federasiyası vətəndaşıdır və hazırda Rusiyada yaşamaqdadır. İslamın əvvəllər maddi vəziyyəti yaxşı olmuşdur, bir sıra torpaq sahələri almışdır. Torpaq sahələri onun adına sənədləşdirilmişdir. Eyni zamanda, Çərəkə şadlıq sarayının yerləşdiyi və şadlıq sarayının yanındakı "Çərəkə" marketin ərazisini də İslam onun adına alaraq rəsmiləşdirmişdir. X17 Federasiyasında işləri alınmamış, borcu yaranmış və əmlakını sataraq borcunu bağlamaq istəmişdir. 2016-cı ildə dəqiq tarixini xatırlamadığı vaxtda həmkəndlisi İddiaçı onun yaşadığı evə gəlmiş, əri İslam Məmmədovla və onunla şifahi razılaşma əldə etmişdir. Belə ki, Eldəniz onun əri İslama 20000 manat məbləğində pul vermiş, “Çərəkə" şadlıq sarayının yanında yerləşən, “Çərəkə" marketin ərazisini və tikilmiş vəziyyətdə olan marketi almaq istədiyini demişdir. İslamla Eldəniz arasında şifahi şəkildə belə bir razılaşma olmuşdur ki, 20000 manat pulu İslam Eldənizə geri qaytarana qədər Eldəniz ona məxsus olan torpaq daxilindəki mağazanı işlədəcək, pul qayıtdıqdan sonra isə Eldəniz oranı tərk edəcəkdir. X19 Federasiyasına gedib gəldikdən sonra 20000 manatla borcunu bağlaya bilmədiyini, daha çox pulun lazım olduğunu, ona görə də onun adında olan "Çərəkə” şadlıq sarayının yerləşdiyi yeri satmaq fikrinin olduğunu dedi. Həmin yeri əri İslam 2018-ci ildə dəqiq tarixini bilmədiyi vaxtda həmkəndlisi X10 150 000 manata satmışdır. İslam yeri satarkən Eldənizə istifadə üçün verdiyi mağazanın da həmin yer daxilində olmasını Mehmana demiş, Eldənizə 20000 manat pul verilməli olduğunu qeyd etmişdir. Mehmanın oğlu Mehdi Yusifov hazırki günə qədər İddiaçı 20000 manat pul verməyi öhdəsinə götürmüş, vermək istəmiş, lakin Eldəniz razı olmamışdır. Bu məsələ hazırda məhkəmədə araşdırılır. O, İddiaçı qarşı dələduzluq etməmişdir.Qeyd olunanları nəzərə alaraq, habelə iddia qaldırmaq üçün müddətin keçməsinə əsas olaraq iş üzrə iddianın rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində sübut kimi istinad etdiyi, Cavabdeh2 Göyçay RPŞ TB-yə verdiyi izahatında mübahisəli mağaza tikilisinin və onun yerləşdiyi torpaq sahəsinin iddiaçıya özü və əri tərəfindən satılmasına dair hər hansı məzmunda ifadələr, sözlər və söz birləşmələri istifadə edilməmişdir. Əksinə Cavabdeh1 bildirmişdir ki, iddiaçı onun ərinə 20000 manat borc vermiş, 20000 manat pulu İslam Eldənizə geri qaytarana qədər Eldəniz ona məxsus olan torpaq daxilindəki mağazanı işlədəcək, pul qayıtdıqdan sonra isə Eldəniz oranı tərk edəcəkdir. Cavabdehin əri Eldənizə olan borcunu qaytara bilmədiyindən, eləcə də, fəaliyyət göstərdiyi sahə üzrə ciddi şəkildə maliyyə sıxıntıları ilə üzləşdiyi üçün mağaza binasını, eləcə də, həmin ərazidə yerləşən şadlıq sarayını X10 150000 manata satmış, həmin alqı-satqı zamanı sonuncuya Eldənizə borclu olduğu, 20000 manatı ödəməsini Mehmandan xahiş etmişdir. X9 Yusifov İddiaçı mübahisəli mağaza tikilisindən çıxması üçün maddi kompensasiya təklif etsə də, sonuncu bununla razılaşmamış və tikilidən çıxmaqdan imtina etmişdir. Bundan sonra, X1 Eldəniz Səmid oğluna qarşı «tikilidən kompensasiya ödənilməklə çıxarılma» tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 08 iyul 2024-cü il tarixli 2(046)-80/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X14 tərəfindən 23847 manat pul vəsaitinin cavabdeh X3 ödənilməklə cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan, Göyçay rayonu Çərəkə kəndində 0,1893 ha torpaq sahəsində yerləşən mağaza kimi istifadə edilən 94,4 m2 tikilidən çıxarılması qət edilmişdir. İddiaçı birinci, eləcə də, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən apelyasiya və kassasiya şikayətləri vermiş, bu şikayətlər təmin edilməmiş, nəticə etibarı ilə Göyçay Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli 2(046)-80/2024 saylı qətnaməsi qanuni qüvvəsini almış, həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icraya yönəldilmişdir. Hazırki etiraza əlavə etdiyi 04 iyul 2025-ci il tarixli qəbzdən də göründüyü kimi, X14 tərəfindən qətnamə icra edilərək, 23871 manat pul vəsaiti X3 ödənilmiş, həmçinin ödəniş həyata keçiriləndən sonra sonuncu mübahisəli mağaza tikilisindən çıxarılmışdır. Hazırda sözügedən mağaza tikilisi mülkiyyətçi kimi hüquq sahibi olan X6 faktiki istifadəsi və sahibliyindədir. Cavabdeh2 həyat yoldaşının İddiaçı aldığı 20000 manat borc sonuncuya artıqlaması ilə qaytarılmışdır. İddiaçı bu illər ərzində mağazadan təyinatı üzrə istifadə edərək, gəlir əldə etmişdir. Yəni, İddiaçı verdiyi borcu artıqlaması ilə geri almaqla yanaşı, mağazadan istifadə etməklə xeyli gəlir əldə etmişdir. Nə Cavabdeh1, nə də, Mehdi Yusifov qeyd olunan halla bağla İddiaçı irad bildirməmişlər. Çünki, əvvəlcədən razılaşma belə olmuşdur ki, 20000 manat pul vəsaiti Eldənizə geri qaytarılana qədər o, sözügedən mağazadan təyinatı üzrə istifadə edərək bəhərlənsin. Göründüyü kimi, mübahisəli 0,1893 (0,19) ha torpaq sahəsi heç vaxt Cavabdeh2 mülkiyyətində olmamış, həmin torpaq sahəsini nə iddiaçıya, nə də iddiaçının atasına satmamışdır. İşdə olan mötəbər sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 yalnız Göyçay rayonu Çərəkə bələdiyyəsindən aldığı 0,25 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasını alğı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır. İddiaçının hazırki iddia tələbinin nə mənəvi tərəfdən, nə qanunvericilik baxımından əsası yoxdur. Çünki, iddiaçının ona satılmasını tələb etdiyi torpaq sahəsi nə hazırki iş üzrə cavabdehə, nə də hazırki iş üzrə cavabdehin ərinə məxsus olmamışdır, cavabdehin də, cavabdehin ərinin də torpaq üzərində mülkiyyət hüquqları yoxdur. Bu səbəbdən, torpaq sahəsinin özgəninkiləşdirilməsi səlahiyyəti onlara məxsus deyil. İkinci bir tərəfdən, iddiaçı artıq verdiyi borc məbləğini artıqlaması ilə geri almışdır və onun başqa tələblər irəli sürməyə subyektiv hüququ mövcud deyil. Üçüncüsü, əgər torpaq sahəsi cavabdehə məxsus olsa idi belə, cavabdeh torpaq sahəsini iddiaçıya satacağına dair hər hansı öhdəlik götürməmişdir. Yuxarıda adları göstərilən şəxslər arasında borc münasibətləri olmuşdur və həmin münasibətlərə istinad edilərək (borcun qaytarılmadığına), tərəfin müqavilə azadlığı prinsipi ilə daban-dabana zidd şəkildə alqısatqı müqaviləsi bağlamağa məcbur edilməsi tələbini özündə əks etdirən iddianın təmin edilməsi nonsensdir. Qeyd edilən hallar hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən qətnaməni qəbul edən məhkəmə, eləcə də, apellyasiya və kassasiya şikayətlərini araşdıran üst səviyyəli məhkəmələr tərəfindən ətraflı şəkildə araşdırılaraq, müvafiq hüquqi qiymət verilmişdir. Qətnamələrlə tanışlıq zamanı hazırki mülki işə baxan məhkəmə etiraz və mülahizədə qeyd olunanların əsaslı olduğuna əmin ola bilər. Hazırki mülki iş üzrə iddiaçı da yuxarıda sadalanan halları bilir və bilir ki, qaldırdığı iddia əsassızdır. O, iddiasının əsaslı olduğunu bilsəydi, dedikləri həqiqəti əks etdirsəydi mağazaya görə təyin olunan kompensasiya məbləğini, digər sözlə ifadə etdikdə verdiyi 20.000 manat borcu artıqlaması ilə almazdı, pul məbləğini qəbul etməkdən imtina edərdi. İddiaçı hazırki iddianı əsassız olduğunu bilə-bilə, cavabdehi incitmək, əsassız prinsipiallıq nümayiş etdirmək, məhkəməyə müraciət etmək hüququndan sui-istifadə edərək hazırki iş üzrə cavabdehi, eləcə də, torpaq sahəsinin mülkiyyətçisi olan digər şəxsi get-gələ salmaq məqsədi ilə məhkəmədə iddia qaldırmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mağaza tikilisinin yerləşdiyi torpaq sahəsi cavabdehin və cavabdehin ərinin mülkiyyətində olmamışdır, həmin torpaq sahəsi etiraz və mülahizədə adını qeyd etdiyi Mehman Yusifovun mülkiyyətində olmuş, o, həmin torpaq sahəsini oğlu Mehdi Yusifova bağışlamışdır. Belə olan halda, cavabdehin mülkiyyətində olmayan torpaq sahəsinin iddiaçıya satılmasına dair müqavilənin bağlanması tələbi, eləcə də, cavabdehlə iddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanması faktının təsdiq edilməsi tələbi təmin edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı X4 müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və izahat verərək bildirdi ki, 2015-ci ildə Cavabdeh1 şifahi razılaşma əsasında ərzaq mağazası almışdır. Həmin vaxtdan mağazanı o işlətmişdir. 2019-cu ildə Cavabdeh1 həmin ərazidə yerləşən şadlıq sarayını digər kənd sakini Mehdi Yusifova satmışdır. Daha sonra Mehdi Yusifov 2021-ci ildə onu mağazasının sökülməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə onun sahiblik etdiyi mağazanın sökülməsi barədə qətnamə qəbul edilmişdir. O Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayıb həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. Daha sonra Cavabdeh1 Şəki Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 5-6 ay sonra Mehdi Yusifov ona qarşı kompensasiya ödənilməklə torpaq sahəsindən çıxarılma tələbi ilə yenidən Göyçay Rayon Məhkəməsində iddia qaldırmışdır. Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə Mehdi Yusifov tərəfindən ona 23800 manat məbləğində kompensasiya verilməsi barədə qərar qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsi Göyçay Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Daha sonra Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali məhkəməyə şikayət vermiş Ali Məhkəmənin qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar icra olunmuşdur. Cavabdeh1 ilə aralarında olan şifahi razılaşmanın məhkəmə tərəfindən təsdiq olunmasını istəyir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, mübahisəli torpaq sahəsi əvvəlcədən təmsil etdiyi şəxs Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi olmamışdır. Mehdi Yusifovun atası Mehman Yusifova satılan torpaq sahəsi əvvəlcədən bələdiyyədən 18 sot Mehman Yusifova 25 sot isə Cavabdeh1 satılmışdır. Həmin bu torpağlar birləşik torpaq sahələridir. Torpaq sahələrinin aralarında hər hansısa bir hasar mərc nişanları yoxdur. 25 sot torpaq sahəsində Cavabdeh1 şadlıq sarayı tikdirmişdir. Mağazanı isə Mehman Yusifova məxsus 18 sot torpaq üzərində tikdirmişdir. İş üzrə qanuni qüvvədə olan məhkəmə qərarı vardır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh1 məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçını və cavabdehin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş 06 fevral 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh2 və X7 əməlində cinayət tərkibinin əlamətlərinin olması təsqid edilmədiyindən onların barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Göyçay rayon prokurorluğuna göndərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli,2(102)-2680/2023 saylı qərarından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(046)-717/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Göyçay rayonu Çərəkə kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçı X6 mülkiyyətində olan 0,189330 ha torpaq sahəsindən cavabdeh X2 çıxarılması, həmin torpaq sahəsində cavabdeh X4 tərəfindən inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-717/2022 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli,2(107)-160/2023 saylı qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-160/2023 saylı qətnaməsindən iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2680/2023 saylı qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-160/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli,2(102)-1078/2025 saylı qərarından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(046)-80/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X14 tərəfindən 23.847 manat pul vəsaiti cavabdeh X3 ödənilməklə, iddiaçının xüsusi mülkiyyətində olan, Göyçay rayonu Çərəkə kəndində 0,1893 ha torpaq sahəsində yerləşən mağaza kimi istifadə edilən 94,4 m2 tikilidən cavabdeh X2 çıxarılması qət edilmişdir. Cavabdeh İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-80/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli,2(107)-1262/2024 saylı qətnaməsi ilə təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(046)-80/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1262/2024 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1078/2025 saylı qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)- 1262/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyasının 13 maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ,İİ,İİİ,İV hissələrinə görə Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; ... Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 152.1-ci maddəsinə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumu 14 fevral 2020-ci il tarixli Plenum qərarında vurğulamışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin mənasına görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda,ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir,mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər,bir şərtlə ki,həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın,yaxud hüquqdan sui-istifadə olmasın. Qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1262/2024 saylı qətnaməsində qeyd edilmişdir:»Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki,qanuni qüvvəsini almış məhkəmə qətnaməsində mübahisəli 0,1893 (019) ha torpaq sahəsinin Cavabdeh1 məxsus olması,2018-ci ildə həmin torpaq sahəsinin Cavabdeh1 və onun əri İslam Məmmədov tərəfindən iddiaçı Mehdi Yusifovun atası Mehman Yusifova satılması qeyd edilsə də,işdə olan mötəbər sübutlarla müəyyən edilmişdir ki,0,1893 (019) ha torpaq sahəsi Göyçay rayonu Çərəkə bələdiyyəsi tərəfindən iddiaçının (Mehdi Yusifovun) atası Mehman Yusifova satılmış,Mehman Yusifov həmin torpaq sahəsini oğlu Mehdi Yusifova bağışlamışdır.Göründüyü kimi ,mübahisəli 0,1893 (0,19) ha torpaq sahəsi heç vaxt Cavabdeh1 mülkiyyətində olmamış,həmin torpaq sahəsini nə iddiaçıya,nədə iddiaçının atasına satmamışdır.İşdə olan mötəbər sübutlarla müəyyən edilmişdir ki,Cavabdeh1 yalnız Göyçay rayonunun Çərəkə bələdiyyəsindən aldığı 0,25 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasını alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır. Məhkəmə tərəfindən araşdırılmış işin halları ilə müəyyən edilmişdir ki,2008-ci ildə Cavabdeh1 və əri İslam Məmmədov tərəfindən Cavabdeh1 0,25 ha torpaq sahəsinin sərhədləri daxilində bilib,lakin həmin torpaq sahəsi ilə həmsərhəd ərazidə yerləşən və hazırda X8 mülkiyyətində olan 0,1893 (0,19) ha torpaq sahəsinin 0,02 ha hissəsində eni 8,0 metr,uzunluğu 11,8 metr olmaqla,ümumi sahəsi 94,4 kv.metr təşkil edən mağaza binası inşa edilmişdir.Bir müddət mağaza binasından Cavabdeh1 və əri İslam Məmmədov təyinatına uyğun istifadə etmişlər.X18 Rusiya Federasiyasında işləri alınmadığından borcu yaranmış və həmin mağaza binasını satmaq qərarına gəlmişdir.Bunu bilən İddiaçı 2016-cı ildə İslam Məmmədova müraciət etmişdir.İddiaçı İslam Məmmədova təklif etmişdir ki,20000 pul versin,İslam da həmin pulun müqabilində mağaza binasını ona satsın.X23 bununla razılaşmamış,yalnız 20000 manat pulu geri qaytaranadək həmin mağazadan istifadə etməsinə razılıq vermişdir.İddiaçı həmin razılıq əsasında 2016-cı ildən hazırki vaxtadək mübahisəli mağaza tikilisindən təyinatı üzrə istifadə edir.» X12 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1262/2024 saylı qətnaməsində qeyd edilmişdir:»2016-cı ildə həmin mağaza binasından istifadə edilməsinə görə İddiaçı tərəfindən İslam Məmmədova 20000 manat pul verilmişdir.Ötən müddət ərzində nə İddiaçı 20000 manat pulu Cavabdeh1 və İslam Məmmədovdan tələb etmiş,nə də Cavabdeh1 və İslam Məmmədov mübahisəli mağaza binasından İddiaçı çıxarılmasını tələb etmişlər.Cavabdeh1 və əri İslam Məmmədovun bu davranışlarına güvənən İddiaçı keçən müddət ərzində mağaza binasını qoruyub saxlamış,bununla yanaşı həmin binadan təyinatı üzrə istifadə etmişdir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki,mübahisəli mağaza tipli tikili Cavabdeh2 məxsus torpaq sahəsində deyil,digər şəxs X8 mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş, 20000 manat pulu geri qaytaranadək həmin mağazadan istifadə etməsinə dair razılaşma isə İddiaçıla Cavabdeh1 əri İslam Məmmədova arasında olmuş, həmin razılıq əsasında 2016-cı ildən hazırki vaxtadək İddiaçı mübahisəli mağaza tikilisindən təyinatı üzrə istifadə etmişdir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2016-cı ildə Cavabdeh2 20000 manat məbləğində pul verərək aralarında şifahi razılaşmaya əsasən Göyçay rayonu Çərəkə kəndində yerləşən torpaq sahəsinin yerləşdiyi ərazidə mağaza tipli tikili ilə birlikdə 0,1 ha torpağı ona satmasını,ödənişin nağd formada həyata keçirilməsi və o gündən həmin ərazidə fəaliyyət göstərməsini,cavabdehin həmin vaxt onların arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlamamasını və mülkiyyət hüququnun rəsmiləşdirilməməsini göstərmişdir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin, şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan(bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi)əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Məhkəmə qeyd olunanları nəzərə alaraq qeyd edir ki,iddiaçı hər şeydən öncə 0,01 ha torpaq sahəsi və onun üzərində mağaza tipli tikilini əldə etməsinə,məhz həmin torpaq sahəsinin dəyərini cavabdehə ödəməsinə,yaxud cavabdehlə aralarında torpaq sahəsinin alqı-satqısı ilə bağlı şifahi razılaşmanın olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.Digər tərəfdən iddiaçının iddia etdiyi torpaq sahəsinin heç cavabdehə məxsus olması da müəyyən edilməmişdir.Nəzərə alınmalıdır ki,mülki qanunvericiliyinin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər.İddiaçının həmin torpaq sahəsindən faktiki olaraq istifadə etməsi isə onunla alqı-satqı müqaviləsi bağlanması nəticəsinə gəlməyə əsas vermir. Beləliklə tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşmanın olması müəyyən edilməmiş,həmçinin notariat qaydada alqı-satqı müqaviləsini bağlamağa məcburi edilməsi tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmiş, iddiaçının tələbini əsaslandırdığı hallar tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X2 Cavabdeh2 qarşı torpaq sahəsinin alqı-satqısına dair şifahi razılaşmanın faktiki mövcudluğunu və onun hüquqi qüvvəyə malik müqavilə öhdəliyi olduğunu tanınmağı və həmin torpaq sahəsi üzrə notariat qaydada alqı-satqı müqaviləsinin bağlamağa məcbur edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-1790/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1790/2025
24.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver