Məhkəmə qərarları › İş №e-2(046)-1804/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1804/2023

18.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1804/2023 18.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat pulun, ödənilmiş 150 manat dövlət rüsumunun və hüquqi yardım almaq üçün vəkilə ödədiyim 500 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh 2019-cu ildən yaxın qohumunun evində keçirilən məclisdə görüb tanımışdır. Ümumi tanışları ilə bağlı problemli işlərdə ona mənəvi dəstək olduğu üçün cavabdehə etibar etmişdir. 2020-ci ilin yay aylarında cavabdeh ona yaxın qohumuna maddi kömək lazım olduğunu bildirərək ondan eyni gündə əvvəl 4000 manat, bir neçə saat sonra isə 1000 manat borc pul almışdır. 2020ci ilin dekabr ayında başqa şəxslərə borclu olduğunu bildirən cavabdeh ondan maddi köməklik etməsini xahiş etmişdir. Həmin ərəfədə böyük qızının gələcəkdə ödənişli ali təhsil ala biləcək ehtimalı ilə pul yığmış və cavabdehin də bundan xəbəri var idi. Əvvəl də qeyd etdiyi kimi cavabdehin çətin günlərində ona bir dost kimi mənəvi dəstək olmasını nəzərə alıb və pulun həmin vaxt ona vacib lazım olmadığı üçün cavabdehə müxtəlif vaxtlarda hər birində 700, 800, 1000 manat olmaqla 11000 manat borc pul vermişdir. Beləliklə cavabdehin ona 16000 manat borcu yaranmışdır. Bir müddət sonra, yəni 2021-ci ilin yay aylarında cavabdeh ona “Qazel” markalı yük avtomobili almaq istədiyini bildirərək əlavə 4000 manat borc pul istəmişdir. Cavabdeh həmin yük avtomobili ilə işləyib ona olan borcunu tamamilə ödəyəcəyini bildirdiyi üçün ona iyun və iyul aylarında hər birində 2000 manat olmaqla cəmi 4000 manat pul borc vermişdir. Lakin həmin vaxtdan sonra dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona borclu olduğu 20000 manat pulu müxtəlif bəhanələrlə qaytarmamışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə Göyçay rayon Polis Şöbəsinə etdiyi şikayət Təhqiqat Bölməsində araşdırılmış, cavabdeh izahatında ona 18700 manat pul verdiyini etiraf etmiş, guya həmin pulu onunla və əmisi oğlu ilə şərikli xurma və nar alqı-satqısı ilə məşğul olmaq üçün verdiyini, sonunda 97000 manat zərər etdiyini göstərmişdir. Göyçay rayon X4 Bölməsinin təhqiqatçısı Pərvin Ələkbərovun 01 iyun 2023-cü il tarixli qərarı ilə cavabdeh haqqında cinayət işinin başlanması rədd edilmiş və tələbi mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bu səbəbdən də borcun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, onun iddiaçı ilə 2019-cu ilin yay aylarında iş birliyi olmuşdur. Hər ikisi birgə iş birliyi qurub Göyçayın kəndlərindən meyvə tədarük edib Rusiya Federasiyasına aparıb satmaqla əldə olunmuş gəliri qoyulmuş pula uyğun bölmək niyyətləri olmuşdur. Meyvənin tədarükündə iştirak etmiş sürücü və digər mal satanlar təsdiq edə bilərlər. Tədarük etdiyi 52000 manatlıq meyvə qış ayında bərk saxtalara düşmüş və bütün mal xarab olmuşdur. Bundan sonra iddiaçı ilə aralarında narazılıq yaranmış, 2020-2021-ci illərdə isə heç bir iş görməmişlər və iddiaçıdan bir manat da olsun pul almamışdır. 2023-cü ilin yanvar ayında Göyçay rayon Polis Şöbəsinə ərizə vermişdir. Göyçay rayon PŞ-nin TB-nin təhqiqatçısı P.Y.Ələkbərovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı həmin ərizəsində 2019-cu ilin yay aylarında ona pul verdiyini bildirmişdir. Təhqiqat zamanı izahat verən şahidlər də iddiaçı ilə iş birliyinin 2019-cu ilin yay aylarında olmasını təsdiq etmişlər. Bir daha bildirir ki, iddiaçı ona heç bir zaman borca pul verməmişdir. İddiaçı ilə iş birliyi 2019-cu ilin sentyabr ayında olmuşdur. Ona borc vermişdirsə nədən bu 3 ildən çox müddət ərzində tələb etmirdi. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı və nümayəndəsi Vəkil1 iddianı müdafiə etdilər, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, onun iddiaçı ilə 2019-cu ilin yay aylarında iş birliyi olmuşdur. Hər ikisi birgə iş biriyi qurub Göyçayın kəndlərindən meyvə tədarük edib Rusiya Federasiyasına arapıb satmaqla əldə olunmuş gəliri qoyulmuş pula uyğun bölmək niyyətləri olmuşdur.Onunla həmçinin əmisi oğlu Elnur Babayev də şərikli xurma nar alverinə qoşulmuşdur. Meyvənin tədarükündə iştirak etmiş sürücü və digər mal satanlar təsdiq edə bilərlər. Tədarük etdiyi 52.000 manatlıq meyvə qış ayında bərk saxtalara düşmüş və bütün mal xarab olmuşdur. Bundan sonra iddiaçı ilə aralarında narazılıq yaranmış, 2020-2021-ci ilərdə isə heç bir iş görməmişlər və iddiaçıdan bir manat da olsun pul almamışdır. İddiaçı xurma nar alqısatqısı üçün 18700 manat məbləğində pul almış,lakin alver yaxşı getmədiyindən 97000 manat ziyana düşmüşdür.Həmin ziyan 3 nəfər arasında bölünməli olduğundan hər birisinə 32500 manat pul düşmüşdür.Odur ki,İddiaçı ona 13800 manat borcu vardır.2023-cü ilin yanvar ayında Göyçay rayon Polis Şöbəsinə ərizə vermişdir. Göyçay rayon PŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işin başlanılması rədd edilmişdir. İddiaçı həmin ərizəsində 2019-cu ilin yay aylarında ona pul verdiyini bildirmişdir. Təhqiqat zamanı izahat verən şahidlər də iddiaçı iş birliyinin 2019-cu ilin yay aylarında olmasını təsdiq etmişlər. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi iddianı etiraf etmədi, Cavabdeh izahatına oxşar izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh və nümayəndəsi Vəkil2 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 göstərdi ki, 2019-cu ilin sentyabr ayında Arzu ona zəng etmiş, xurma və nar məhsulu almaq istədiyini bildirmişdir. O, Arzuya xurma və nar məhsulu olduğunu demişdir. Bir müddət sonra Arzu və Günay onlara gəlmiş, nar və xurma məhsulunu almaq istədiyini demişlər. Həmin vaxt Günay ona 4000 manat beh vermişdir. Bağında yetişdirdiyi məhsulun satışından Arzunun ona 5000 manat borcu qalmışdır. Sonradan eşitmişdir ki, Arzu ziyan etmişdir. Arzu 5000 manat qalan borcu hissə-hissə qaytarmaqla 01 il ərzində ona ödəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 göstərdi ki, 2019-cu ilin sentyabr ayında Cavabdeh ona Göyçay rayonuna gedib İddiaçı pul götürməyi demişdir. O, həmin vaxt Göyçay rayonuna getmiş və İddiaçı ona 2000 manat pul verərək Cavabdeh verməsini demişdir. 2019-cu ilin oktyabr ayında Cavabdeh ona təkrar İddiaçı pul götürməsini demişdir. O. İddiaçı 3500 manat pul götürüb Cavabdeh vermişdir. Həmin vaxt İddiaçı Arzunun nar və xurma məhsulu alıb-almadığını ondan soruşmuşdur. Bu barədə Cavabdeh bildirdikdə, Arzu ona Günayla şərikli iş gördüyünü demişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Osmanlı Hicran Samir qızı göstərdi ki, anası Günay Osmanlı ilə Cavabdeh tanışlığı 2019-cu ilin dekabr ayından başlamışdır. 2020-ci ilin yay ayında anası Günayla Arzunun aralarında telefon danışığını eşitmiş və həmin vaxt Arzu anası Günaydan borca pul istəmişdir. Həmin günün axşamı X8ya 5000 mamant borca pul vermişdir. Həmin ilin ayrı-ayrı vaxtlarında Arzu anası Günaydan hissəhissə 600, 800, 1000 manat borca pul almaqla, cəmi 15000 manat pul almışdır. Cavabdeh anası Günaya maşın alveri ilə məşğul olduğunu və ziyan etdiyini, Qazel markalı maşın almaq üçün 4000-5000 manat arası pul istəmiş və işlədikdən sonra aldığı pulları qaytaracağını demişdir. X8 Babayevə 4000 manat pul vermişdir. Onun gözündən əməliyyat olmaq üçün pul lazım olduğundan anası Cavabdeh zəng vurub borc verdiyi pulu tələb etmiş və Cavabdeh borc aldığı pulu qaytarmamışdır. İş üzrə tərəfləri, vəkilin çıxışını, şahidlərin ifadələrini dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Göyçay rayon X4 bölməsinin 01 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki,İddiaçı ərizəsi əsasında təhqiqat bölməsində araşdırılma aparılmış, Cavabdeh əməlində cinayətin tərkibinin olması faktı təsdiq edilmədiyi üçün onun barəsində cinayət işi başlanması rədd edilmişdir. Göyçay rayon X4 bölməsində toplanmış materialara əlavə edilmiş Cavabdeh 13 may 2023-cü il tarixli izahatından görünür ki,o,İddiaçı 4 ildir ki tanıdığını,İddiaçı ilə 2019-cu ilin avqust ayında xurma və nar meyvəsinin alqı-satqısı ilə bağlı aralarında şifahi razılaşma olduğunu,onunla işləmək üçün İddiaçı ümumilikdə xurma nar alqı-satqısı üçün 18700 manat pul ayırmasını,onlarla əmisi oğlu Elnur Babayevin də şərikli xurma nar alverinə qoşulmasını,həmin vaxt əlində 65000 manat pul olduğunu,həmin pulu və İddiaçı verdiyi 18700 manat pulu xurma və nar alverinə buraxdığını,lakin sonda alver yaxşı getmədiyinə görə 97000 manat ziyana düşdüyünü,həmin ziyanın 3 nəfər arasında bölünməli olduğunu,hər birisinə 32500 manat pul düşdüyünü,Elnur Babayevin həmin 32500 manat pulu ödədiyini,lakin İddiaçı 32500 manat puldan ilkin olaraq 18700 manat nəzərə alınaraq sonda İddiaçı ona 13800 manat borcu qalmasını göstərmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki,dövlət rüsumu 150 manat ödənilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki,İddiaçı tərəfindən Göyçay rayon Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətinin yarandığı zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması tlə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə,borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 493.1-ci maddəsinə əsasən əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır. Həmin Məcəllənin 493.2-ci maddəsinə əsasən birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi,əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya) satışından,işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini müəyyən edərkən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hər hansı müqavilənin və ya razılaşmanın olmasını,sahibkarlıq fəaliyyətindən irəli gələ biləcəyi işgüzar adətlərin və birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təsdiq edən sübutların olmamasını nəzərə alıb,hesab edir ki,tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə mövcud olmuşdur. Məhkəmə bu qənaətə gələrkən birgə fəaliyyət nəticəsində xurma və narın alqısatqısı zamanı əldə edilməsi nəzərdə tutulan gəlirin, nəqliyyat və sair üçün çəkilməli olan xərcin, yaranması ehtimal oluna bilən ziyanın paylara uyğun bölünməsini,bununla da birgə fəaliyyətin əmələ gəlməsini təsdiq edən sübutun (müqavilə və ya razılaşmanın) təqdim olunmamasını ,bununla da Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməməsini nəzərə almışdır. Məhkəmə Cavabdeh Göyçay rayon Polis şöbəsində verdiyi 13 may 2023-cü il tarixli izahatında və məhkəmə baxışında verdiyi izahatda İddiaçı meyvə alqı-saqısı ilə əlaqədar 18700 manat məbləğində pul aldığını etiraf etməsini, lakin aldıqlarını qaytarmasını təsdiq edən sübutların olmamasını nəzərə alıb,hesab edir ki,borc 18700 manat məbləğində müəyyən olunmalı,ondan 18700 manat məbləğində pul alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. O ki qaldı cavabdeh tərəfindən təqdim olunmuş şahid ifadələrinə, məhkəmə şahid X1 İddiaçı ona nar və xurma üçün 4000 manat beh verməsi,digər cavabdeh X3 isə 2019cu ilin sentyabr ayında İddiaçı 2000 manat, 2019-cu ilin oktyabr ayında 3500 manat pul götürüb Cavabdeh verməsi barədə ifadələrini tərəflərin birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini təsdiq edən məlumatları özündə əks etdirmədiyindən,bu halı təsdiq edən sübut qismində nəzərə almamışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə gəldikdə isə,məhkəmə qeyd edir ki,tərəflər arasında hətta cavabdehin istinad etdiyi 2019-cu ilin sentyabr,oktyabr aylarında borc münasibətlərinin yaranması nəzərə alınsa da belə,borc müqaviləsi üzrə borcun qaytarılması müddəti müəyyənləşdirilmədiyindən,yəni öhdəliyin icrası müddəti müəyyən edilmədiyindən müqavilə üzrə iddia müddətinin axımı iddiaçı borcverənin öhdəliyi icra etmə tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.Borcluya tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Hazırki iş üzrə isə Cavabdeh borc müqaviləsi üzrə öhdəliyin icrası müddəti barədə hər hansı bir sübutu təqdim etmədiyindən,məhkəmə hesab edir ki,icra müddəti müəyyənləşdirilməmiş öhdəlik üzrə Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə iddiaçının öhdəliyin dərhal icrasını tələb etdiyi andan hesablandığından iddia müddəti keçmədiyindən tətbiq edilməməlidir. İşdə olan sübutlara görə məhkəmə xərcləri 150 manat məbləğində ödənilmiş dövlət rüsumundan və 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcdən ibarətdir. Məhkəmə hesab edir ki,iddianın 93 faizi təmin edildiyindən,məhkəmə xərclərinin 93 faizi cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 18700 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərclərinin 93 faizi cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 150 manat məbləğində pul və vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin 454 manat 50 qəpik hissəsi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar