Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2060/2025 20.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı X9 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4, X20, X21 və Cavabdeh5 qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və X30 Şəxsin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********52 reyestr nömrəli çıxarışla ümumi mülkiyyətdə olan Göyçay Rayonu Bəydövül kəndində yerləşən 9,14 ha torpaq sahəsində onun payın müəyyən edilərək, 1/12 hissəyə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə verərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və X30 Şəxsin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********52 reyestr nömrəli çıxarışla ümumi mülkiyyətdə olan Göyçay Rayonu Bəydövül kəndində yerləşən 9,14 ha torpaq sahəsində onun 1/12 payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, dövlət torpaq islahatı ilə əlaqədar onların ailəsinə Göyçay rayonu Bəydövül kəndində 12 nəfər üçün kənd təsərrüfatı təyinatlı 9,14 ha torpaq sahəsi ayırmışlar. Həmin topraq sahəsindən hal-hazırki vaxta kimi onun qohumları istifadə edir. O, ümumi mülkiyyətçi kimi həmin torpaqlardan hazırki vaxta qədər istifadə edə bilməmiş, ona görə ki, torpaq sahəsi ümumi mülkiyyətdədir. Mülkiyyətçinin mülkiyyət hüquqların bərpa edilməsi torpaq sahəsinin naturada bölünməklə hər mülkiyyətçi üçün torpaq sahəsi müəyyənləşdirilməlidir. Eyni zamanda paylı mülkiyyətçilər arasında torpaq sahəsinin bölünməsinə razılıq yoxdur. Odur ki, o öz payını ümumi mülkiyyətdən ayırmaq istəyir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 oğlu məhkəmə baxış iclasında iddia tələbinin təmin olunmasına etiraz etməmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, X25, X26 və Cavabdeh5 məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə proses iştirakçılarının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materialları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyata alınmış çıxarışdan görünür ki, Göyçay rayon Bəydövül kəndində yerləşən 9.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində X6, Cavabdeh3, Cavabdeh4, X17, Cavabdeh1, X27, X28, Cavabdeh5, X22, X10, X7 və X8 adına ümumi birgə mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Sabirabad RİHB-nın Minbaşı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayıdan görünür ki, İddiaçı Sabirabad rayon Qarağac kəndində yaşayır. Azərbaycan Respublikası Hacıqabul rayon Mənzil-Kommunal Təsərrüfat birliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Zamanova X13 şəhəri, İ.Qayıbov küçməsi, bina 12, mənzil 16 ünvanında qeydiyyatdadır. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olan iddiaçı öz payının ayrılmasını tələb edir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi:
Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndi:
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi:
Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli qərarı: Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur.
Nəticə: Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh3, Cavabdeh4, X25, X26 və Cavabdeh5 qarşı torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2023cü il tarixli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyata alınmış çıxarışa əsasən Göyçay rayonu, Bəydövül kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 9.14 ha torpaq sahəsi üzərində mərhum X11, mərhum X4, mərhum X1, X9, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh4, X18, X19 və Cavabdeh5 üzərində 1/12 hissədə payları müəyyən edilməlidir.
Məhkəmə Xərcləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib ərizəsində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh3, Cavabdeh4, X25, X26 və Cavabdeh5 qarşı torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyata alınmış çıxarışa əsasən Göyçay rayonu, Bəydövül kəndində yerləşən ümumi-birgə mülkiyyətdə olan 9.14 ha torpaq sahəsi üzərində mərhum X11, mərhum X4, mərhum X1, X9, Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh3, Cavabdeh4, X18, X19 və Cavabdeh5 üzərində 1/12 hissədə payları müəyyən edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova