Məhkəmə qərarları › İş №e-2(046)-2162/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2162/2024

15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2162/2024 15.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının faktın müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarına əsasən 0.30 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-485F KOD 40813018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1, X3 ilə bərabər İddiaçı məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızı ərizəni belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1998-ci il tarixli, 43 saylı qərarına əsasən X4, X3, X5 (anasının ata adı səhv getdiyi üçün o da ayrıca sənədin məxsusluğuna dair ərizə vermişdir) və ona 0.30 ha torpaq sahəsi verilmiş və adlarına JN-485F KOD 40813018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanmışdır. Həmin sənəddə onun adı səhvən Nərmin kimi qeyd olunmuşdur. JN-485F KOD 40813018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Nərmin adının Şərmin, İddiaçı kimi düzəliş aparılması üçün Göyçay rayon İcra Hakimiyyətinə, Ucar Ərazi İdarəsinə müraciət etsə də ərizə təmin olunmamışdır. AR MPM-nin 307.2.5-ci maddəsinin tələblərinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər.Həmin halın müəyyən olunmasını başqa cürə əldə edə bilmir. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, ərizəçi İddiaçı nümayəndəsi ərizəsində JN-485F KOD 40813018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə düzəliş edilməsi ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etdiyi göstərsə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən imtina edildiyinə dair məktubunu iddia ərizəsinə əlavə edilmiş sənədlərə əlavə etməmişdir. Eləcə də ərizədə qeyd edilən düzəliş ona nə məqsəd üçün lazım olduğu qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə Nemət qızı tərəfindən Göyçay rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-cu, 152-ci maddələrini rəhbər tutaraq qərar verdi : Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızının hüquqi əhəmiyyətli fatkın müəyyən edilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızına göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızına tərəfindən ********** nömrəli xx.xx.2024-cü il tarixli qəbzlə Göyçay rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Nemət qızına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar