Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-2305/2025 27.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5389.50 manat dəymiş ziyanın, 50 manat mediasiya xərcinin və 23.9 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh 11 iyul 2024-cü il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 5389.50 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 5389.50 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir.Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Avrora MMC-də satış nümayəndəsi işləmişdir. Lakin iddiaçıya məxsus əmlakları mənimsəməmişdir. İddiaçı tərəfindən tərtib edilmiş təhvil-təslim aktından məlumatı olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə təqdim edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, Cavabdeh müddətli olaraq satış nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Məhkəmə təqdim edilmiş X9 Haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh X9 Haqqında müqavilə bağlanmışdır. Məhkəmə təqdim edilmiş Avrora MMC-nin Kommersiya direktorluğunun satış üzrə nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Avrora" MMC-nin bölgə müdiri X5, satış üzrə nümayəndəsi Cavabdeh Mehman oğlu satış auditi şöbəsinin əməkdaşı X6, aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən də Kommersiya direktorluğunun satış üzrə nümayəndəsi Cavabdeh öz vəzifə səlahiyyətlərinin icrası zamanı şəxsi mənimsəmə edərək nəticədə "xxxx"xxxx" MMC-nin bölgə müdiri X7 və auditi şöbəsinin əməkdaşı X6 tərəfindən imzalanmış, lakin iddiaçı Cavabdeh tərəfindən imzalanmış, adının qarşısı boş qalmışdır. Məhkəmə təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Avrora” MMC-də filial müdiri vəzifəsində çalışan X1; İddiaçı MMC-də təftiş üzrə mütəxəssis vəzifəsində çalışan X6; İddiaçı MMC-də salış üzrə nümayəndə vəzifəsində çalışan Cavabdeh Mehman oğlu İddiaçı MMC-də bölgə müdiri vəzifəsində çalışan X7 aktı tərtib etmişlər ondan ötrü ki. İddiaçı MMC-də salış üzrə nümayəndə vəzifəsində çalışan Cavabdeh Mehman oğlunun dislokasiyasına daxil olan salış nöqtələrində olan mal və pul qalıqlarının yoxlanış aktında göstərilən ticarət nöqtələrində öhdəliyini üzərinə götürməkdən imtina edir. Qeyd edilən akt Avrora” MMC-də filial müdiri vəzifəsində çalışan X1; İddiaçı MMC-də təftiş üzrə mütəxəssis vəzifəsində çalışan X6 və İddiaçı MMC-də bölgə müdiri vəzifəsində çalışan X7 tərəfindən imzalanmış, lakin Cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə təqdim edilmiş xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə aparılmış yoxlamanın yekununa dair aktdan görünür ki, maddi məsul şəxs Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqlarını Cavabdeh iştirakı ilə yoxlanılmışdır. Qeyd edilən akt satış nümayəndəsi Cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC şirkətində satış nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı MMC Cavabdeh işlədiyi müddət ərzində intizam xətasına yol verdiyini və İddiaçı MMC-yə 5389.50 manat maddi ziyan vurulduğunu iddia edir və həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Tədqiq edilmiş sübutlardan görünür ki, Avrora firmasının auditi X2, bölgə müdiri X3 iştirakı ilə keçirilmiş maddi məsul şəxs Cavabdeh təhkim edilmiş müştərilərin faktiki borc qalıqlarının xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə aparılmış yoxlamanın yekununa dair akt “maddi məsul şəxs” Cavabdeh tərəfindən imzalanmamışdır. Göründüyü kimi Avrora MMCnin əməkdaşları tərəfindən Cavabdeh təhkim edilmiş müştərilərin qalıq borclarına dair akt Cavabdeh tərəfindən imzalanmadığından, iddiaçının qeyd dəymiş ziyanı cavabdehdən tələb etməsi əsassızdır. Belə ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Cavabdeh tərəfindən Avrora MMC-yə 5389.50 manat maddi ziyan vurulduğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X9 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 23.9 manat məbləğində pul və 50 manat meddiasiya xərci iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, Cavabdeh 5389.50 manat maddiz ziyanın, 50 manat mediasiya xərcinin və ödənilmiş 23.9 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nə verilməsi barədə tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh 5389.50 manat maddiz ziyanın, 50 manat mediasiya xərcinin və ödənilmiş 23.9 manat dövlət rüsumunun alınması barədə tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-2305/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-2305/2025
27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver