Məhkəmə qərarları › İş №e-2(046)-2401/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2401/2025

20.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2401/2025 20.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 hakimliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Göyçay Rayon Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu X2 21 avqust 2025-ci il tarixli 8İ6713 reyestr nömrəsi ilə qeydə alınmış «İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında» İcra Qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Göyçay Rayon Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair ərizəsi üzrə işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verilmiş, işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilmişdir. İşi məhkəmədə baxılmağa hazırlamaq qaydasında Azərbaycan Respublikası MPM-nin 167-ci maddəsində nəzərdə tutulmuş zəruri hərəkətlər edilmişdir. Eyni tərəflər arasında Göyçay Rayon Məhkəməsinin icraatında olan digər 2(046)- 2386/2025 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayon Notariat Ofisinin xüsusi notariusu X2 19 avqust 2025-ci il tarixli 8İ6657 reyestr nömrəsi ilə qeydə alınmış «İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında» İcra Qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, eyni tələb üzrə Göyçay Rayon Məhkəməsinin icraatında mülki iş vardır. Hazır ki tələbi üzrə olan mülki işin digər hakimin icraatında olan mülki işə bir icraatda birləşdirilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Göyçay Rayon Notariat Kontorunun nümayəndələri məhkəməyə gəlməmişlər. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi İbrahim Məmmədov məhkəməyə vəsatət göndərərək icraatda olan 2(046)-2401/2025 saylı mülki işin bir-biri ilə əlaqəi işlərdən digərini ilkin olaraq icraata qəbul etmiş hakim Gülnaz Qurbanovanın icraatında olan 2(046)- 2386/2025 saylı mülki işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə,ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır.Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti,həm də mənkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Göyçay Rayon Məhkəməsinin icraatında eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli mülki işlər olduğundan bu işlərin birləşdirilməsi məqsədə müvafiqdir. Bu məqsədlə ilkin olaraq icraata qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin icraatında olan digər 2(046)-2386/2025 saylı mülki işə hazırki iş bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 171, 263,264-cü maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Göyçay Rayon Məhkəməsi qərara aldı: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Göyçay Rayon Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair 2(046)-2401/2025 saylı mülki iş Göyçay Rayon Məhkəməsinin icraatında olan digər İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Göyçay Rayon Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair 2(046)-2386/2025 saylı mülki işə bir icraatda birləşdirilsin. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar