Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2411/2024 27.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Sahib qızının katibliyi ilə, İddiaçı X3, Cavabdeh Zamanova (Fətəliyeva) Tahirə Zaman qızının iştirakı ilə, İddiaçı X3 cavabdehlər Zamanova (Fətəliyeva) Tahı̇ rə Zaman qızına, X1, Cavabdeh3, X11, Cavabdeh1, X12, X13, Cavabdeh8, X8, X4 və X2 qarşı ümumi paydan payların ayrılması və naturada ölçülərin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və X18 Şəxsin xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli **********52 reyestr nömrəli çıxarışla ümumi mülkiyyətdə olan Göyçay Rayonu Bəydavul kəndində yerləşən 9,14 ha torpaq sahəsində onun payının torpaq sahəsinin miqdarı müəyyən edilərək, natura şəklində ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçı X7 ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh Zamanova Tahı̇ rə Səməd qızı iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehlər Şıxalıyev Allahverdı̇ Mı̇ rzə oğluna, Mı̇ rzəyev Razi azṘ oğluna Mı̇ rzəyev Nı̇ yazi Rza oğluna, X14, Alıyeva Ramı̇ lə Rza qızına, Cavabdeh8, X5, X2, X8 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçı X7 iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı X3 cavabdehlər Zamanova (Fətəliyeva) Tahı̇ rə Zaman qızına, X1, Cavabdeh3, X11, Cavabdeh1, X12, X13, Cavabdeh8, X8, X4 və X2 qarşı ümumi paydan payların ayrılması və naturada ölçülərin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı X6 qaytarılsın. Qərardaddan 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-2411/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2411/2024
27.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver