Məhkəmə qərarları › İş №e-2(046)-2562/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-2562/2025

05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-2562/2025 05.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X2 Göyçay şəhəri Atatürk küçəsi bina 12-də yerləşən 31 nömrəli mənzilin mərhum X3 miras qalmış ½ hissəsindən müəyyən edilmiş ¼ hissə miras payının dəyəri olan 6250 manat pulun mənzili X1 Cavabdeh alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, onlar hazırki bazar qiymətinə münasibətdə 1/8 hissədə pay istəmişdirlər. Belə razılağa gəldilər ki, alqı-satqıda olan 30.000 manat pulun 1/8 olan 3750 manat ödəniş olunacaq və onlar iddia tələbindən imtina edəcəklər. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddia tələbi ilə bağlı iddiaçı tərəf ilə razılağa gəldiyini və ödənişi məhkəmə zalında ödəyəcəyini bildirdi. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi ilə bağlı cavabdeh tərəflə razılığa gəldiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 82.50 manat dövlət rüsumu İddiaçı qaytarılsın (qəbzin nömrəsi: **********). Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar