Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-395/2020 25.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və Cavabdeh iştiraki ilə, iddiaçı xxxxxxxxxxx ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1539.60 manat vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumun və 0.40 manat xidmət haqqın «xxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə qızı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsin xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» ASC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, “xxxxxxxxxxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** KL *** dövlət qeydiyyat nişanlı Kia Cerato markalı nəqliyyat vasitəsinə Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində maddi zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh tərəfindən X2 idarə etdiyi “xxxxxxxxxxxxxxx” MMC-ə məxsus olan Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilə 1889,60 maddi zərər dəydiyi müəyyən edilmiş, lakin Cinayət Məcəlləsinin 186-ci maddəsinin tərkib əlamətlərləri yaranmamışdır. “xxxxxxxxxxxx” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən ** KL *** dövlət qeydiyyat nişanlı Kia Cerato markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1889,60 manat müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli sığorta aktına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 350 manat azadolma tətbiq edilməklə 1539,60 manat məbləğində sığorta ödənişinin ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, X5 ilə mübahisə etdiyindən X2 idarə etdiyi “xxxxxxxxxxxxxxx” MMC-ə məxsus olan Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. İddiaçının iddia ərizəsində tələb etdiyi 1539.60 manatı hissə-hissə ödəyəcəkdir. Məhkəməyə təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. Məhkəməyə təqdim edilmiş nəqliyyat vasitələrini tam sığorta şəhadətnaməsinin surətindən görünür ki, X4 məxsus «Kia Cerato» markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxxxxxxxxx» ASC tərəfindən sığrotalanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən görünür ki, X6 mülkiyyətində olan Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobildən müvəqqəti istifadə etmək hüququnu “xxxxxxxxxxxxxxxx” MMC-yə etibar etmişdir. Məhkəməyə təqdim edilmiş “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu i ltarixli yol vərəqəsinin surətindən görünür ki, xx.xx.2019-cu ildə Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobil X3 xx.xx.2019-cu il tarixədək idarə etmək üçün verilmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh Göyçay RPŞ-ə verdiyi xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, Rüstəmov Hüseynovun idarə etdiyi Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh yaşadığı evin qarşısında saxlamış, həmin evə girərək Cavabdeh ailəsinin ünvanına layiq ifadələr işlətmişdir. Ona görə də Cavabdeh və idarə etdiyi Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilə yumruqla zərər vurmuşdur. Məhkəməyə təqdim edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli hesabatdan görünür ki, Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1889.60 manat məbləğində ziyan dəymişdir. Sığorta şəhadətnaməsində nəzərdə tutulmuş 350 manat məbləğində şərtiz azadolma tətbiq edilmiş, nəticədə 1539.60 manat zərər hesablanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli sığorta aktının surətindən görünür ki, Cavabdeh X2 idarə etdiyi sığortalı Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu 1539.60 manat məbləğində ziyan «xxxxxxxxxxx» ASC tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli plastik kartların təhvil-təslim aktının surətindən görünür ki, xxxxxxxxxxx ASC tərəfindən 1539.60 manat sığorta ödənişinin alınması üçün palstik kart X4 təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə iqtisad ekspertizalarının xx.xx.2020-ci il tarixli 9/597 saylı ekspert rəyindən görünür ki, «xxxxxxxxxxx» ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsür aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxlışlı Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 1614 manat təşkil edir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia təmin edilərkən iddia tələbi iddia ərizəsində tələb edilən 1539.60 manat həddində təmin edilməlidir. Sadalananlardan görünür ki, Qurbani X1 Rüstəm Şamxal oğlunun idarə etdiyi Kia Cerato markalı ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilə yumruqla zərər vurmuş nəticədə zərəçəkmişə 1539.60 manat məbləğində ziyan dəymiş və həmin ziyan «xxxxxxxxxxx» ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı «xxxxxxxxxxx» ASC Cavabdeh subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat və 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 100 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nöməli hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 1539.60 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu 0.40 manat xidmət haqqı tutularaq iddiaçı «xxxxxxxxxxx» ASCnin xeyrinə verilsin. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nöməli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-395/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-395/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver