Məhkəmə qərarları › İş №e-2(046)-726/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-726/2024

23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-726/2024 23.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15000 (on beş min) manat hüquqi xidmətə görə 200 (yüz) manat və 136 (yüz otuz altı) manat dövlət rüsumu, ümumilikdə 15336 (on beş min üç yüz otuz altı) manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 07 fevral 2022-ci il tarixdə Bakı şəhərində 51 saylı notariat ofisinin xüsusi notariusu X1 iştirakı ilə kredit müqaviləsi imzalamışdır. Kredit müqaviləsinə əsasən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə cavabdehə 15000 (on beş min) manat borc pul vermişdir. Cavabdeh aldığı borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, bu günə kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hüquqşünas olmadığı üçün, məcburiyyət qarşısında qalaraq, ona hüquqi xidmət göstərmək üçün “X5” MMC ilə 15 fevral 2024-ci il tarixdə 05 nömrəli müqavilə imzalamışdır. Göstərilən hüquqi xidmətə əsasən “X5” MMC-nin xəzinəsinə 200 (iki yüz) manat nəqd şəkildə pul ödəmişdir. Bu barədə 579918 saylı mədaxil qəbzi almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş, ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb təqdim etdiyi sübutlar əsasənda qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ona 15.000 manat pul vermişdir. İddiaçı olan borcu hissəhissə ödəyə bilər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş materialların əlavə edilmiş: Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X3 tərfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cəfərov X2 Zaur Zahid oğlundan 15.000 manat borc qismində aldığı pulu xx.xx.2023-cü il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh 15.000 manat borcun 5 gün müddətinə qaytarmasını tələb etmiş və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı “X5” MMC-nə 05 saylı müqaviləyə əsasən 200 manat pul ödəmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 136 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, xx.xx.2022-ci il tarixli notariat qaydasında təsdiq edilmiş etibarlı kredit müqaviləsinə görə Cəfərov X2 Zaur Zahid oğlundan 15.000 manat borc qismində aldığı pulu xx.xx.2023-cü il tarixədək qaytarmasını öhdəsinə götürmüşdür. Lakin müqavilə ilə müəyyən edilmiş müddət ərzində borcun qaytarılması təmin edilməmişdir. Belə olan halda İddiaçı Cavabdeh əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi kimi qiymətləndirib borcun dərhal qaytarılmasını tələb etmək hüququna malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc olaraq 15000 manat, göstərilmiş hüquqi xidmətə görə 200 manat, ümumilikdə 15200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 136 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc olaraq 15000 manat, göstərilmiş hüquqi xidmətə görə 200 manat, ümumilikdə 15200 (on beş min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 136 (yüz otuz altı) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar