Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № e-2(046)-834/2025 16.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçın Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: iddiaçı “X1“ X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022- ci il 01 aprel tarixli 2022/ÖM/ÖM/00431 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli “Mebel-2 bant vurma” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd PVC kənar bantlama avadanlığı. Yapışqanın qızma müddəti 30 dəqiqə qalınlığı 0,40 x 32 mm işləmə sürəti (dəq.) 10 Metr Elektrik 4-5,5 kvt, yapışqanqabının həcimi 3.5 kq,Frezeleme 0,40 x 3 mm.MEG tab-2 - 1 ədəd natura şəklində şəklində verilmiş avadanlıqlar natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçın nümayəndəsi ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçın Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair mülki iş iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №e-2(046)-834/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №e-2(046)-834/2025
16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver