Məhkəmə qərarları › İş №e-2(046)-840/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-840/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-840/2025 17.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı “X3” X7 nümayəndəsi X2, Cavabdeh və nümayəndəsi X9 iştirakı ilə, İddiaçı “X3” X7 Cavabdeh qarşı əşyaların natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı “X3” X7 Cavabdeh qarşı cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 01 aprel 2022-ci il tarixli, 2022/ÖM/00439 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/6 HZ 1200W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A) və 1 ədəd hava kompressorunun (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc:735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində agentliyə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 1 aprel tarixli 2022/ÖM/00439 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30- 200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində verilmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 1 aprel tarixli müqavilə və 2022-ci il 1 aprel tarixli aktla vətəndaş Cavabdeh “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2024-ci il 5 avqust tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Avtotəmizləmə xidmətləri” zərfinə daxil olan aktivləri, yəni 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF- Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) təyinatı üzrə istifadə etmədiyi və həmin avadanlıqların yerində olmaması müəyyən edilmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 17-2/2-Q-60869/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində agentliyə geri qaytarılması təmin edilməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 1 aprel tarixli 2022/ÖM/00439 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları: İddiaçı “X3” X7 nümayəndəsi X4 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, “X3” tərəfindən onlara məktub gələndə qarşılıqlı ərizə yazıb göndərilmiş, bununla bağlı nümayəndələri də gəlmiş, 2023-cü ilin avqust ayınadək hər ay “X3” nümayəndəsi gələrək yoxlanış etmiş, avadanlıqlar yerində olmuşdur. Sonuncu dəfə 2024-cü ilin avqust ayında “X3” nümayəndəsi qardaşı Cavabdeh zəng edərək görüşmək istədiyini bildirmiş, Zahir onlarla görüşdükdə Zahirə sual vermişdirlər ki, avtoyuma cihazı haradadır o da cavab verərək bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında qohumlarının yerində avadanlıqları işə salmışdır. Sonradan külək olduğu üçün cihaz sıradan çıxmış, əllərində pul olmadığı üçün onları düzəltdirə bilməmişlər. “X3” tərəfindən verilmiş avadanlıqları 15 gün müddət işlədilmişdir. Avadanlıqlar onlara veriləndə demişdilər ki, 1 il müddətinə onlar satıla bilməz, onlar da satanda 1 ildən çox müddət keçmişdir. 1 il 3 ay müddətində nümayəndə hər iki aydan bir gəlib yoxlanış etmişdir. Sonuncu dəfə nümayəndə 2023-cü ilin avqust ayında gələndə “biz birdə bura gəlib bu işlə maraqlanan deyilik” dedi. Məhkəmə iclasında iştirak edən Cavabdeh X5 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, 2022/ÖM/00439 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən və eyni tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktının surətlərindən görünür ki, X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı özünüməşğulluğa cəlb olunmuş Cavabdeh istifadə etməsi üçün 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) vermişdir. xx.xx.2022-ci il tarixli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilənin 4.3-cü bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka bu müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. 05 avqust 2024-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinq aktlarından görünür ki, özünüməşğulluğa cəlb olunmuş Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış, bu zaman onun istifadəsinə verilmiş 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) aşkar edilməmiş, habelə cavabdeh həmin avadanlıqlar yarasız olduğu üçün hissələrini ehtiyyacı olan şəxslərə verdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Agentlik tərəfindən verilmiş əmlakı bu məktub ona təqdim olunduğu tarixdən 30 (otuz) iş günü ərzində Agentliyə geri qaytarması, əks təqdirdə bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin naturada ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsi ilə tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu:

24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi, təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi, özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi, eləcə də özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərindən ibarətdir. 24.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. 24.3. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. 24.7.Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özünüməşğulluğun təşkili Qaydası”:

8.1. Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. [19] 8.2. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. 8.3. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. 8.4. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 450.1-ci maddəsinə əsasən öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir.

Məhkəmənin mövqeyi: İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə üzrə özünüməşğulluğa cəlb olunmuş şəxs kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara baxmayaraq cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onları əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əmlakından (1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30- 200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50)) irrasional şəkildə istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, sözügedən müqavilənin 3.3-cü bəndinə əsasən əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək, əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemləndirilməsi), habelə əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün bu müqaviləyə əlavə 2-də göstərilən təlimata riayət etmək, əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələrindəndir. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliyə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilənin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir.

Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) özü və ya həmin aparatın qətnamə icra olunan vaxt natura qaydasında qaytarılaraq iddiaçı “X3” X7ə qaytarılmalıdır. Məhkəmə xərcləri:

X6 Azərbaycan Respublikası Qanununun 9.1.7-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan, Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində vəsait dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh 1 ədəd yuma aparatı (soyuq su) (200 bar təzyiq, işləmə təzyiqi: 30-200 bar, axın surəti: 15 Lt, motor gücü: 5.5 KW/7.5 Hp, gərginlik: 380 v/3, iş ölçüləri: 73x78x105, TAHAWASH TT-2900), 1 ədəd tozsoran (texniki) (avtomobil salonunun təmizlənməsi üçün, 34-35 WD-M 220-240 VAC 50/** HZ ***0W, Xcort XVC0130), 1 ədəd köpük maye püskürtmə çəni (75 litr, FENG FF-Q909A), 1 ədəd hava kompressoru (50 litr, 2.5 HP, gərginlik: 220-240v 50 HZ, güc: 735w (1HP), həcmi: 501/dəq, Xcort XACD50) özü və ya həmin aparatın qətnamə icra olunan vaxt natura qaydasında qaytarılaraq iddiaçı X3” X7ə qaytarılsın. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində vəsait dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar