Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-88/2024 24.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 Baymra qızının nümayəndəsi və vəkili Nümayəndə1, Göyçay rayonu Potu Bələdı̇ yyəsinin sədri Nümayəndə2 iştirakı ilə, İddiaçı Emı̇ n qızının cavabdehlər Məlı̇ kova Esmı̇ ra Bayram qızına və Göyçay rayonu Potu Bələdı̇ yyəsinə̇ qarşı Göyçay rayonu Potu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş baş planından çıxarışın və yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəllər Göyçay rayonu Potu Bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarışın və hazırkı bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X7 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, bununla bağlı «noyabr 2003-cü il» tarixli JN- 502F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlanmışdır. X9 həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X1 və həmin alqı-satqı müqaviləsi əsasında onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X6 isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında təmsil etdiyi şəxsə satmışdır. Təmsil etdiyi şəxs, Göyçay rayonu Potu kəndində yaşayan X2 23 iyun 2008-ci il tarixdə DƏDRX-nin 16 sayl, Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və plan-ölçüyə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsini 16550 manat ödəməklə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin alqı-satqı müqaviləsi 23 jyun 2008-ci il tarixdə Ucar rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu E.Ə Cəlalov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 16 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin, sonuncu Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mübahisəli halların olduğunu əsas gətirərək, 31 iyul 2015-ci il tarixli, **********54 nömrəli məktubla mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Təmsil etdiyi şəxs hüququnun əsassız olaraq qeydə alınmamasından narazı qalaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «23 iyun 2008-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli, 2-1 (84)-772/2015 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İcraata cəlb olunmuş Cavabdeh2 müraciəti əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı icraat təzələnmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1 (84)-772/2015 nömrəli qərardadından təmsil etdiyi şəxsin verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1 (107)-94/2016 nömrəli qərardadı ilə təmin edilməmişdir. Məcbur qalıb, Ali Məhkəməyə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixil qərardadının ləğv edilməsini xahiş etmişdir. Əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarış və hazırki balədiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarış hüquqlarını pozmaqla bərabər həm də, qanunsuz olaraq verilmişdir.Belə ki,eyni torpaq sahəsinə verilməsi iddia olunan əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş planından çıxarış və hazırki bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarış əvvəllər bələdiyyə sədri işləmiş X10 tərəfindən imzalanmış torpaq sahəsindən planından adi gözlə görünəxək dərəcədə kəskin şəkildə fərqlənir.Əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev və hazırki bələdiyyə sədri Nümayəndə2 Cavabdeh2 torpaq sahəsini satılması iddia olunan dövrdə nə bələdiyyə sədri işləmiş,nə də bələdiyyə üzvü olmuşdur.Bu halı Mərkəzi Seçki Komissiyasının 88 saylı X12 dairə seçki komissiyasının xx.xx.2023-cü il tarixli,04 saylı məktubu təsdiq edir.Bu hal isə əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarışın və hazırki bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın ona satılan torpaq sahəsində başqa şəxs tərəfindən inşa olunmuş qanunsuz tikilinin sökülməsinə və məhkəmədə hüquqlarını müdafiə etməyinə və hüququnun dövlət qeydiyyatına alınmasına,həmçinin Şəki İnzibati-İqtisad Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli,2-1(84)-772/2015 saylı qərarının icrasına maneə yaratmaq üçün qanunsuz olaraq verildiyini təsdiq edir.Hüquqları pozulduğu üçün əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən və hazırki bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın etibarsızlığı ilə bağlı tədbir görməyi barədə Potu Bələdiyyəsinə müracət etmişdir.Lakin cavabdeh ərizənin icrasından imtina etdiyi üçün hazırki tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaya qarşı etirazları: Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X7 mülkiyyətinə 0,11 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə adına JN- 502F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Rövşən Zakirov həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə X5, sonuncu isə həmin torpaq sahəsini xx.xx.2008-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Təmsil etdiyi şəxs Cavabdeh2 müraciəti əsasında ona Göyçay rayon Potu bələdiyyəsinin 10 mart 2007-ci il tarixli 06 saylı qərarı ilə həmin vaxt qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq fərdi yaşayış evi tikmək üçün 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin satılması ilə əlaqədar həmin vaxt mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin mütəxəssisi və digər məsul şəxslərin iştirakı ilə cavabdeh satılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin satılması barədə rəy verilmiş, tələb olunan vəsait cavabdeh tərəfindən bələdiyyənin hesabına köçürülmüş, torpaq alqı-satqısı barədə akt tərtib edilmiş və alqı- satqı aktı imzalandıqdan və möhürlə təsdiq edildikdən sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydiyyata alınmışdır. Cavabdeh həmin torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirməklə torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Hazırki iş üzrə cavabdeh həmin torpaq sahəsini və üzərində inşa etdirdiyi fərdi yaşayış evini mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması üçün tələb olunan sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinin qeydə alınması ilə əlaqədar aparılmış araşdırılmalar zamanı məlum olmuşdur ki, cavabdehin qanuni əsaslarla əldə etdiyi və qanuni istifadəsində olan həmin 0,11 ha həyətyanı torpaq sahəsi üzərində başqasının, yəni hazırki iş üzrə İddiaçı mülkiyyət hüququ əsasında adına qeydiyyata alınmışdır. Ona görə də həmin torpağın mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmasından imtina edilmişdir. Bundan sonra cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən hazırki iş üzrə İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati - İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2-1(84)-477/2017 saylı qərarı ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 saylı qərarı ilə Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı Cavabdeh2 satılmış, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İddiaçı qərardan verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-3/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2-1(84)-477/2017 saylı qərarı dəyişdirilmiş, cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 saylı qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı Cavabdeh2 satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulması, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2-1(84)-477/2017 saylı qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi qərarını bununla əsaslandırmışdır ki, cavabdeh olan inzibati orqan daha əvvəl iddiaçı Cavabdeh2 bələdiyyə tərəfindən qanuni olaraq ayrıldığını özü təsdiq etdiyi və hüdudlarında fərdi yaşayış evi olan torpaq sahəsi üzərində başqa şəxsin- İddiaçı mülkiyyət hüququnu qeydiyyata almaqda səhvə yol vermişdir. Belə ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyət hüququnun məhz həmin torpaq sahəsinin üzərində qeydiyyata alınması öhdəliyi qoyulmamışdır. İnzibati orqan məhkəmənin qərarını düzgün icra etməmiş, nəticədə yeni məhkəmə mübahisəsinə şərait yaratmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması ilə iddiaçı Cavabdeh2 həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları, habelə gözlənilən (qanuni gözləntiyə əsaslanan) mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qərarını iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 10/1936 saylı ekspertiza rəyinə əsaslandırmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, Cavabdeh2 satılmış torpaq sahəsinin koordinatları X3 mülkiyyətində olmuş (sonradan İddiaçıyı satılmış) torpaq sahələri ilə üst-üstə düşmür. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən Cavabdeh2 adına verilmiş 0,11 ha həyətyanı torpaq sahəsində Daşınmaz əmlakın texniki vəziyyətinin əks etdirən müayinə Aktında qeyd edilən torpaq sahəsinin koordinatı mübahisəli olan və İddiaçı adına qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqan Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 saylı qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində cavabdeh inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə Cavabdeh2 satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində E. Məlikovanın torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyatı həyata keçirmişdir. Şəki İnzibati Məhkəməsinin qeyd edilən qərarından narazı qalan İddiaçı və vəkili qərardan kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 909/2021- ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayət təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-3/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının mövqeyi belə olmuşdur ki, Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən iddiaçıya 0,11 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Bundan sonra iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəmiş, bu istəklə bağlı cavabdeh İdarəyə müraciət etmiş, lakin həmin inzibati orqan sözügedən torpaq sahəsi üzərində artıq başqasının, yəni üçüncü şəxsin mülkiyyət hüququnun rəsmiləşdirildiyini (həmin şəxsin adına müvafiq Çıxarışın verildiyini) göstərməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Rövşən Zakirovun mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, o həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında Qətibə Talıbovaya, sonuncu isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında hazırkı iş üzrə üçüncü şəxsə satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi üçüncü şəxsin hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən sonuncu cavabdeh olaraq həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə üçüncü şəxsin 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərar əsasında üçüncü şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX-0774497 saylı çıxarış və A-030056 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı həmin çıxarışla üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsinin Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən ona satılmış torpaq sahəsi olmasına istinad edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin üst-üstə düşübdüşmədiyini müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş, həm iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 10/1936 nömrəli ekspert rəyindən, həm də xx.xx.2020-ci il tarixli 07/086 nömrəli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, iddiaçıya satılmış torpaq sahəsinin koordinatları Qətibə Talıbovanın mülkiyyətində olmuş (sonradan üçüncü şəxsə satılmış) torpaq sahələri ilə üst-üstə düşmür. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 16 saylı ərazi idarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən iddiaçı Cavabdeh2 adına verilmiş 0,11 ha. həyətyanı torpaq sahəsində Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə Aktında qeyd edilən torpaq sahəsinin koordinatı mübahisəli olan və üçüncü şəxsin adına qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üstüstə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015- ci il tarixli, 2-1(84)-772/2015 nömrəli qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində cavabdeh inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirmişdir. Cavabdeh inzibati orqanın bu hərəkəti hazırkı qərarın 38-ci bəndində göstərilən normanın pozuntusudur. Belə ki, normanın tələbinə görə yalnız həmin maddədə göstərilən əsaslar olduğu təqdirdə şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alına bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından isə müəyyən olunur ki, üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi xx.xx.2008ci il tarixli müqavilə qeyd edilsə də, üzərində mülkiyyət hüquqları qeydə alınan torpaq sahəsinin koordinatları həmin müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, cavabdeh orqan müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsini onun adına dövlət reyestrində qeydiyyata alarkən səhvə yol vermiş, müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsini yox, başqa torpaq sahəsini, yəni Cavabdeh2 satılmış 0,11 ha torpaq sahəsini onun adına qeydiyyata almışdır. Halbuki, cavabdeh inzibati orqan hazırkı qərarın 37-39-cu bəndlərində göstərilən maddələrin tələbinə görə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmadığını müəyyən etməli, dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın hazırkı qərarın 37-39-cu bəndlərində göstərilən vəzifələrini tam icra etməməsi işə apellyasiya instansiyası məhkəməsində baxılarkən öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015ci il tarixli 2-1(84)- 772/2015 nömrəli qərarının icrasında səhvə yol verərək torpaq sahəsi üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirmişdir. Mübahisə predmetini təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hazırkı qərarın 38-ci bəndində göstərilən əsaslardan hər hansı birinin mövcudluğu iş materialları ilə təsdiq olunmur. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Üçüncü şəxsin (İddiaçı) kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. (qərarlar elektron kabinet vasitəsi ilə işə əlavə olunur). Məhkəmə məlum qərar qəbul etmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarından, eləcə də apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarından aydın olur ki, iş üzrə cavabdeh Göyçay rayon Potu bələdiyyəsi tərəfindən Cavabdeh2 fərdi yaşayış evinin tikintisi üçün Potu kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi həmin vaxt qüvvədə olmuş qanunvericilik aktalarının tələblərinə tam əməl edilməklə verilmiş, torpaq sahəsi satılarkən heç bir qanun pozuntusuna yol verilməmiş, 0,11 ha həyətyanı torpaq sahəsinin Cavabdeh2 qanuni əsaslarla verilməsi qeyd edilən məhkəmələrin qərarı ilə öz təsdiqini tapmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında təqdid edilən sənədlərlə, eyni zamanda ekspert rəyi ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X7 mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsi və onun tərəfindən Qətibə Talıbovaya satılmış 0,11 ha torpaq sahələri ilə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış 0,11 ha torpaq sahələrinin koordinatları üstüstə düşmür, həmin torpaq sahəsi qanuni yolla Cavabdeh2 satılmış torpaq sahəsi ilə üstüstə düşür. Yəni iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsi Qətibə Talıbova tərəfindən ona satılmış torpaq sahəsi deyil, Cavabdeh2 satılmış torpaq sahəsidir. İddiaçının iddia ərizəsində Cavabdeh2 qanuni yolla satılmış 0,11 ha həyətyanı torpaq sahəsinə münasibətdə Göyçay rayon Potu bələdiyyəsinin baş planından çıxarışın və digər sənədlərin etibarsız hesab edilməsini mübahisələndirsə də, baş planından və yerquruluşu layihəsindən çıxarışların və digər sənədlərin etibarsız hesab edilməsini təsdiq edən mötəbər sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Cavabdeh2 0,11 ha torpaq sahəsinin qanuni əsaslarla verilməsi və bunun əsasını təşkil edən sənədlər məhkəmələr tərəfindən qanuni hesab edildiyindən iddiaçının iddia ərizəsinin əsasını təşkil edən sənədlər sübut növü kimi qəbul edilə bilməz. Cavabdeh2 0,11 ha torpaq sahəsinin qanuni yolla satılmasına və bununla əlaqədar tərtib edilmiş sənədlərə artıq digər məhkəmələr tərəfindən qərarla hüquqi qiymət verildiyindən və məhkəmənin həmin qərarları qüvvədə olduğundan təkrar mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 233.3-cü maddəsinin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər Yuxarda göstərilən işin hallarından görünür ki, iddiaçı iddia tələbinin predmetini dəyişməklə yeni məhkəmə mübahisəsi irəli sürsə də iddia tələbinin əsasını və mübahisənin predmetini Qətibə Talıbovadan aldığı torpaq sahəsi yox, cavabdehin qanuni əsaslarla əldə etdiyi və qanuni istifadəsində olan 0,11 ha torpaq sahəsi təşkil edir ki, buna da artıq digər məhkəmələrin qanuni qüvvəsini almış qərarlarında hüququ qiymət verilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə hesab edir ki, iddiaçının mübahisələndirdiyi hallara digər məhkəmələr tərəfindən artıq hüquqi qiymət verildiyindən iddiaçının cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir subyektiv hüququ əsasları yoxdur. Ona görə də yuxarıda göstərdiklərini və iddia ərizəsinə qarşı etirazın əsaslarını təşkil edən sübutları nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayon Potu bələdiyyısinə qarşı “Göyçay rayonu Potu bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş Göyçay rayonu Potu Bələdiyyəsinin baş planından çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Göyçay rayonu Potu Bələdiyyəsnin baş sxemindən çıxarışın və yerquluşu lahiyəsindən çıxarışın etibarsızlığı ilə bağlı tədbir görülməsi üçün Potu Bələdiyyəsinə 03 fevral 2023-cü il tarixli ərizə ilə müraciət etmiş,lakin Potu Bələdiyyəsi 28 fevral 2023-cü il tarixli cavab məktubu ilə həmin torpaq sahəsinə aid yerquluşu lahiyəsindən çıxarışın arxiv sənədlərinin içərisində olmaması, həmin planın hansı koordinatlar əsasında verilməsinə heç bir məlumatın olmamasını bildirmişdir. Ona görə də qeyd olunan sənədlərin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Baymra qızının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı etiraf etmədi,etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Göyçay rayonu Potu Bələdı̇ yyəsinin sədri Nümayəndə2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, Cavabdeh2 satılmış torpaq sahəsinin layihəsinə əsasən əvvəlki bələdiyyə sədri Eldar Babayevin həmin torpaq sahəsinə aid verdiyi yerquruluşu layihəsindən çıxarış Potu bələdiyyəsinin arxiv sənədlərinin içərisində yoxdur. Həmin planın hansı koordinatlar əsasında verilməsinə dair heç bir məlumatları yoxdur. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin müdiri Nazim İbrahimov izahat verərək bildirdi ki, onlara verilən sualları sxemlə müəyyən edilməsi mümkün deyildir. İşlə bağlı hazıda 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Şəki İnzibati- İqtisadi Məhkəməsində İddiaçı adına çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Hal-hazırda bununla bağlı iş gedir. Məhkəmə iclasında mütəxəssis 16 saylı Ucar Ərazi İdarəsinin mühəndisi X15 İbrahimovun izahatına oxşar izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işə əlavə edilmiş Göyçay rayon Potu Bələdiyyəsinə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən ünvanlanmış 03 fevral 2023-cü il tarixli ərizədən görünür ki,İddiaçı nümayəndəsi Vəkil yerquruluşu layihəsindən çıxarışın etibarsızlığı ilə bağlı tədbir görülməsini xahiş etmişdir. İşə əlavə edilmiş Göyçay rayon Potu Bələdiyyəsinin 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, 03 fevral 2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, Cavabdeh2 satılmış torpaq sahəsinin layihəsinə əsasən əvvəlki bələdiyyə sədri Eldar Babayevin həmin torpaq sahəsinə aid verdiyi yerquruluşu layihəsindən çıxarış Potu bələdiyyəsinin arxiv sənədlərinin içərisində yoxdur. Odur ki, həmin planın hansı koordinatlar əsasında verilməsinə dair heç bir məlumat yoxdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/226 saylı ekspert rəyindən görünür ki, Göyçay rayonu Potu Bələdiyyəsinin sədri E.Babayev tərəfindən təsdiqlənmiş sxemdə göstərilən 1310B nömrəli kontur kimi qeyd olunan torpaq sahəsi ilə Göyçay rayonu Potu bələdiyyəsinin sədri A.Seyidov və ləğv edilmiş Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən təsdiqlənmiş sxemdə koordinatlar və istinad nöqtəsi mövcud olmadığı üçün planların eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Göyçay rayonu Potu Bələdiyyəsinin sədri E.Babayev tərəfindən təsdiqlənmiş sxemdə göstərilən 1310B nömrəli kontur kimi qeyd olunan torpaq sahəsində koordinatlar mövcud olmadığı üçün üst-üstə düşmə halını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış (xx.xx.2015-ci ildə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlara əsasən) 0,11 ha torpaq sahəsi ilə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışla X3 adına qeydiyyata alınmış (1206.2008-ci il tarixli AA 001094 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) 0,11 ha torpaq sahəsinin 0, 01 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 saylı qərarının surətindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı X11 23 iyun 2008-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-3/2021 saylı qərarının surətindən görünür ki, üçüncü şəxs İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin nümayəndəsi Vəkil Şəki İnzibati-İqsitadi Məhkəməsinin 2-1(84)-477/2017 nömrəli iş üzrə 18 may 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər Göyçay Rayon Potu Bələdiyyəsi və İddiaçı qarşı “Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən ona satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı Cavabdeh2 satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı adına aparılmış mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli 2-1(84)-477/2017 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-909/2021 saylı qərarının surətindən görünür ki, üçüncü şəxs İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarından verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına görə istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. “Seymur” X4 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 aprel 2021-ci il tarixli qərarına görə Konstitusiya Məhkəməsinin Plenumu həmçinin işə baxan məhkəmələr tərəfindən qərar qəbul edilərkən istinad olunan məhkəmə qərarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqedən çıxış edərək bir daha qeyd edir ki, preyudisiallıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Göründüyü kimi, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “C. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Eyni tərəflərin iştirak etdiyi iş üzrə qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2-1(107)-3/2021 nömrəli qərarı ilə müəyyən edilmiş hallarından görünür ki, Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Cavabdeh2 0,11 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Bundan sonra Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəmiş, bu istəklə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin inzibati orqan sözügedən torpaq sahəsi üzərində artıq başqasının, yəni İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirildiyini (həmin şəxsin adına müvafiq Çıxarışın verildiyini) göstərməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X7 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, X9 həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X1. X6 isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında İddiaçı satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi İddiaçı hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən İddiaçı cavabdeh olaraq həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə İddiaçı 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərar əsasında İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX-0774497 saylı çıxarış və A-030056 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.Müəyyən edilmişdir ki, inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)-772/2015 nömrəli qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F nömrəli (kod ********) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində Cavabdeh2 torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirilmişdir. İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi xx.xx.2008-ci il tarixli müqavilə qeyd edilsə də, üzərində mülkiyyət hüquqları qeydə alınan torpaq sahəsinin koordinatları həmin müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, cavabdeh orqan müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsini onun adına dövlət reyestrində qeydiyyata alarkən səhvə yol vermiş, müqavilə ilə iddiaçıya satılmış torpaq sahəsini yox, başqa torpaq sahəsini onun adına qeydiyyata almışdır. Belə ki, cavabdeh Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)- 772/2015 nömrəli qərarının icrasında səhvə yol verərək torpaq sahəsi üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirilmişdir. Məhkəmə nəzərə alır ki,etibarsızlığı tələb edilən Göyçay rayonu Potu Bələdiyyəsinin baş planından çıxarış və yerquruluşu layihəsindən çıxarış yekun inzibati aktın qəbul edilməsinə (Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının) yardım edən texniki sənədlər olmaqla birgə yoxlanılaraq qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2-1(107)-3/2021 nömrəli qərarı ilə hüquqi qiymət verilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilmir tələbini nəzərə alıb,hesab edir ki, Cavabdeh2 0,11 hektar həyətyanı torpaq sahəsinin satılması barədə Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına və qərarın qəbul edilməsi ilə əlaqədar istinad olunan sənədlərə (baş planından və yerquruluşu layihəsindən çıxarış) hüquqi qiymət qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2-1(107)- 3/2021 nömrəli qərarı ilə verildiyindən, hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Emı̇ n qızının iddiası təmin olunmamalı, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçı Emı̇ n qızının cavabdehlər Məlı̇ kova Esmı̇ ra Bayram qızına və Göyçay rayonu Potu Bələdı̇ yyəsinə̇ qarşı Göyçay rayonu Potu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş baş planından çıxarışın və yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı Emı̇ n qızından 100 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №e-2(046)-88/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-88/2024
24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver