Məhkəmə qərarları › İş №e-2(046)-920/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-920/2022

30.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-920/2022 30.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun ödənilməsi öhdəliyindən azad edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14000 (on dörd min) manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməsi ödəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 65,8 kv.m ümumi, 42,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzil onun mülkiyyətindədir. Mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 17 noyabr 2008-ci il tarixdə qeydə alınmış və İddiaçı adına MH seriyalı ******* saylı çıxarış verilmişdir. Bundan əvvəl işə baxan məhkəmələr İddiaçı verilmiş çıxarışın qanuniliyini və onun bu mənzilin qanuni mülkiyyətçisi olduğunu müəyyən etmişdir. Cavabdehlərin isə mənzilə dair bütün sənədləri (alqısatqı müqaviləsi və çıxarış) etibarsız hesab edilmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-20/2013 nömrəli, 15 yanvar 2013cü il tarixli qətnaməsinə əsasən ünvan 2 ünvanda yerləşən 2 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq İddiaçı 14000 (on dörd min) manat pul alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi qət edilmişdir. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(107)-20/2013-nömrəli, 15 yanvar 2013-cü il tarixli qətnaməsi ilə 14000 (on dörd min) manat pul İddiaçı alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi qət edilmişdir ona görə ki, 2010-cu il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 2 ünvanda yerləşən 2 saylı mənzil təmir edilmişdir. 14000 (on dörd min) manat pulun İddiaçı alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi hissədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-20/2013nömrəli, 15 yanvar 2013-cü il tarixli qətnaməsi ilə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil yaxşılaşdırılmalarla birlikdə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətinə keçməklə onu əsassız varlandırdığından və mənzilin yaxşılaşdırılmasına çəkilən xərclər sonradan aradan qalxmış, yəni məhkəmə qətnaməsi ilə etibarsız hesab olunmuş bağışlama və alqı-satqı müqavilələrinə əsaslandığından mübahisəli evin təmirinə qarşılıqlı iddiaçılar tərəfindən çəkilmiş xərclər qarşılıqlı tələbdə göstərilən 14000 (on dörd min) manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməlidir. Bnunla bağlı qeyd edir ki, mənzilin təmir edilməsindən (2010-ci ildən) bu günədək, həmin mənzil Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsindədir. Həmin vaxtdan, yəni mənzilin təmir edilməsi vaxtından 12 (on iki) il vaxt keçmişdir. Keçən 12 (on iki) il müddət ərzində mənzildə görülmüş təmir aşınmaya məruz qalmış, köhnəlmişdir. Hər il keçdikcə mənzildə görülmüş təmir aşınmaya məruz qalmaqla və köhnəlməklə dəyərini itirdiyindən, hazırda mənzildə aparılan təmirin heç bir dəyəri qalmamışdır. Mənzil isə hələ də İddiaçı təhvil verilməmişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı 14000 (on dörd min) manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməsi ödəliyindən azad edilməlidir. Göründüyü kimi mübahisəli mənzil yaxşılaşdırılmalarla birlikdə İddiaçı mülkiyyətinə keçmədiyindən, mənzil İddiaçı mülkiyyətinə keçməklə onu əsassız varlandırması halı baş verməmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(107)-20/2013 saylı qətnaməsindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 04 may 2012-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.C.Babayev, İş № 2(046)-13/2012) İddiaçı cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinə və Göyçay rayon Dövlət Notariat Kontoruna qarşı «bağışlama müqaviləsinin, alqı-satqı müqaviləsinin, həmin alqı- satqı müqaviləsi əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaları» tələbinə dair ilkin iddiası təmin edilərək, ünvan 3 ünvanda yerləşən 65,8 kv.m ümumi, 42,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilə dair X4 ilə X5 arasında bağlanmış və Ucar rayon Dövlət Notariat Kontoru tərəfindən 14 dekabr 2009-cu il tarixdə 4-Ə-352 saylı reyestrlə təsdiq edilmiş bağışlama müqaviləsi, həmin bağışlama müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş 19 fevral 2010-cu il tarixli, seriya MA № ******* saylı Çıxarışın etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən 65,8 kv.m ümumi, 42,7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzili ilə bağlı X5 ilə Cavabdeh1 arasında bağlanmış və Ucar rayon Dövlət Notariat Kontoru tərəfindən 26 fevral 2010-cu il tarixdə 4 Ə-59 reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsi; həmin alqısatqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 03 mart 2010-cu il tarixli, Seriya MA №0049064 saylı Çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3 evin, 2 saylı mənzilindən çıxarılmaları, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı və X3 qarşı «alqı-satqı müqaviləsi bağlanan zaman ödənilmiş və həmçinin mənzilin təmir olunaraq dəyərinin artırılması üçün sərf edilmiş pulun geri qaytarılması» tələbinə dair qarşılıqlı iddiaları isə qismən təmin edilərək, X1 32.000 (otuz iki min) manat pulun alınaraq Cavabdeh1 verilməsi qət edilmiş, qarşılıqlı iddianın mənzilin dəyərinin artırılması nəticəsində real gəlir əldə etmiş İddiaçı təmir üçün xərclədikləri 20.000 (iyirmi min) manat məbləğində, X1 isə beh verilmiş 2000 (iki min) manat, alqı-satqı üçün verilmiş pula 6000 (altı min) manat indeksasiya hesablamaqla tutulması və qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda qaytarmalı və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsinə dair hissəsi rədd edilmişdir. Qətnamədən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, ilkin və qarşılıqlı iddialar üzrə cavabdeh X5 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir.İş üzrə Göyçay Rayon Məhkəməsinin 04 may 2012-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X1 öz xeyrilərinə 40.000(qırx min) manat məbləğində mənzilin alqı-satqısı zamanı ödədikləri pulun, mənzilin dəyərinin artırılması nəticəsində real gəlir əldə etmiş İddiaçı isə təmir üçün xərclədikləri 20.000 manat məbləğində pulun onların xeyrinə tutulması və qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda qaytarmalı və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsi barədə qətnamə çıxarılması tələbinə dair qarşılıqlı iddianın mənzilin dəyərinin artırılması nəticəsində real gəlir əldə etmiş İddiaçı təmir üçün xərclədiklər 20.000 manat məbləğində pulun onların xeyrinə tutulması və qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda qaytarmalı və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olmasının göstərilməsinə dair hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin və qarşılıqlı iddia həmin hissədə qismən təmin edilmişdir. Mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq İddiaçı 14000 manat pul alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3 evin, 2 saylı mənzilindən çıxarılmaları ilə X1 32000 (otuz iki min) manat, İddiaçı isə 14000 manat pulun alınaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi eyni vaxtda icra olunması göstərilmişdir. Məhkəməyə təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(107)-1011/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə qətnaməsinə əsasən ödəməli olduğu 14.000 manat məbləğində pulun ödənilməsi öhdəliyindən azad olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(107)-20/2013 saylı qanuni qüvvəsin almış qətnamə ilə İddiaçı 14.000 manat pulun alınaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilməsi, qarşılığında isə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 3 evin, 2 saylı mənzilindən çıxarılmaları eyni vaxtda icra edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi ünvan 3 evin, 2 saylı mənzildə cavabdehlərin görüdküləri təmir işlərinin aşınmaya məruz qalması, köhnəlməsi və mənzilin heç təmirinin dəyərinin qalmaması İddiaçı 14000 manat məbləğində pulun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilməsi ödəliyindən azad edilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Dövlət X6 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 14.000 manat pulun ödənilməsi öhdəliyindən azad edilməsi barədə iddiası rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 14.000 manat pulun ödənilməsi öhdəliyindən azad edilməsi tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar