Məhkəmə qərarları › İş №e-2(047)-459/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-459/2025

02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-459/2025 02.07.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 və ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 və ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X7 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişlər. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3, onun nümayəndəsi və eyni zamanda vəkili Ərəstun İsgəndərova, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 və ilkin iddia üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Lakin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi və eyni zamanda vəkili Ərəstun İsgəndərov məhkəməyə ərizə göndərərək ilkin iddia üzrə Cavabdeh borc pulu tam şəkildə ödədiyi üçün, həmçinin X7 tərəfindən borc məbləği ödənilməsə belə ilkin iddia ərizənin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə etdiyi sənədlərin ona geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirib məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia ərizənin də baxılmamış saxlanılması və ödənilmiş dövlət rusumunun büdcədən ona geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2, onun nümayəndəsi və eyni zamanda vəkili Ərəstun İsgəndərovun, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 və ilkin iddia üzrə Cavabdeh iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ilkin və qarşılıqlı iddialar baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.2-cü maddəsinə görə, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 nümayəndəsi və eyni zamanda vəkili Ərəstun İsgəndərov və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 məhkəməyə ərizələr təqdim edərək ilkin və qarşılıqlı iddiaların baxılmamış saxlanılmasını xahiş etdiklərindən, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 və ilkin iddia üzrə Cavabdeh isə məsələnin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 və ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı, həmçinin ilkin və qarşılıqlı iddia ərizələrinə əlavə olunmuş sənədlər ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 geri qaytarılmalı, eyni zamanda mülki iş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 tərəfindən ödənilmiş 447,30 (dörd yüz qırx yeddi manat otuz qəpik) manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 hesablarına köçürülməlidir. İlkin iddia üzrə Cavabdeh borc pulu tam şəkildə ödədiyi üçün ödənilmiş 148 manat dövlət rüsumu isə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X1 hesabına aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası МPМ-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 və ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın və iddia ərizəsinə əlavə olunmuş sənədlər müvafiq olaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X5 geri qaytarılsın. Mülki iş üzrə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X2 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7 tərəfindən ödənilmiş 447,30 (dörd yüz qırx yeddi manat otuz qəpik) manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 hesablarına köçürülsün. Ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X1 hesabına aid edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar