Məhkəmə qərarları › İş №e-2(047)-47/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-47/2024

30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-47/2024 30.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 14 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin obyektiv araşdırılması üçün Bakı şəhər 14 saylı notariat ofisinin cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun qızı X2 Respublikasında ali təhsil müəssisəsinə bakalavr pilləsinə qəbul olunmasına köməklik göstərmək üçün tanış olmuş, bu işin müqabilində cavabdeh ona 18000 ABŞ dolları pul verməli idi. Lakin cavabdeh bu miqdarda pulu əlbəəl şəkildə ona verməyə etibar etmədiyi üçün aralarında kredit müqaviləsi bağlamaq üçün razılığa gəlmiş, buna görə də o, Cavabdeh ilə 23 noyabr 2022-ci il tarixli kredit müaviləsini imzalamış, belə ki, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi o, tam şəkildə yerinə yetirmiş, Cavabdeh qızı olan X4 Respublikasında ali təhsil müəssisəsinə bakalavr pilləsinə qəbul olmuşdur. Cavabdeh ali təhsil müəssisəsinə daxil olma barədə sənədləri əldə edib və təhsil haqqını ödəmiş, lakin sonradan təhsil haqqının baha olduğunu düşünüb ali təhsil müəssisəsinə qızını oxumağa göndərmək istəməmiş və bununla əlaqədar olaraq ondan pulu geri istəmişdir. Lakin o, müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, İddiaçı isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onların iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh və cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 14 saylı notariat ofisinin notariusuna da məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar da məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin və Bakı şəhər 14 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər 14 saylı notariat ofisinin 3M-4265 nömrəli notariat işindən, Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən, müvafiq ödəniş qəbzindən və pulun çıxarılmasına dair qəbzdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 18000 ABŞ dolları, yəni Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun 30600 manat məbləğində borc pul vermiş, İddiaçı həmin pulu "xxxx" ASC-nin 5 saylı şöbəsindən qəbul etmiş və həmin borcu xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı həmin tarixədək qeyd edilən borc məbləğini ödəmədiyindən Bakı şəhər 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi müvafiq qaydada Bakı şəhəri Xətai rayon icra şöbəsinə icraya yönəldilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən verilmiş etirazdan görünür ki, adıçəkilən kredit müqaviləsi üzrə verdiyi borc məbləği iddiaçı tərəfindən bu günə qədər ona geri qaytarılmadığına görə onun tərəfindən müvafiq notariat kontoruna müraciət edilərək icra qeydinin verilməsi tələb edilmiş, notariat kontoru tərəfindən verilmiş icra qeydi hazırda Sumqayıt Şəhər İcra İdarəsinin icraatındadır. İddiaçı həmin icra hərəkətlərindən yayınmaq üçün müxtəlif üsullara əl atmaqla məşğuldur. Belə ki, ilk öncə hazırkı iddia ilə bağlı Binəqədi rayon məhkəməsinə iddia ilə müraciət etmiş, daha sonra isə eyni tələblə bağlı Laçın rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı kredit müqaviləsinin etibarsızlığını mübahisələndirsə də buna dair hüquqi əsası və mötəbər sübutları iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa mübahisə predmeti olan kredit müqaviləsi üzrə məcburi icraya yönəldilmiş icra qeydindən müvafiq məhkəməyə şikayət verilməsi üçün iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülmüş, bütün bu qeyd olunanlar iddia tələbinin hüquqi əsasının olmadığına dəlalət etməklə yanaşı qaldırılmış iddianın yalnız icra hərəkətlərinin uzadılmasına yönəldilmişdir. Qeyd edilənlərə əsasən də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş pretenziyadan görünür ki, İddiaçı Cavabdeh aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, əks halda 30 gün müddətində məhkəməyə müraciət edəcəyi barədə müvafiq qaydada məlumat vermişdir. İş materiallarına əlavə edilən qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Bundan başqa, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinin tələblərinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinin tələblərinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinin tələblərinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinin tələblərinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinin tələblərinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə və məhkəmə tərəfindən müvafiq qaydada sorğu edilərək alınmış Bakı şəhər 14 saylı notariat ofisinin 3M-4265 nömrəli notariat işinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı 18000 ABŞ dolları, yəni Azərbaycan Mərkəzi Bankının ABŞ dollarının manata məzənnə kursuna uyğun 30600 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc vermiş, İddiaçı isə həmin pulu notariusun depozit hesabı vasitəsilə "xxxx" ASC-nin 5 saylı şöbəsindən qəbul etmiş və qeyd edilən borcu xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin İddiaçı həmin tarixədək qeyd edilən borc məbləğini ödəmədiyindən Bakı şəhər 14 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi müvafiq qaydada Bakı şəhəri Xətai rayon icra şöbəsinə icraya yönəldilmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, İddiaçı Cavabdeh qızı olan X2 Respublikasında ali təhsil müəssisəsinə bakalavr pilləsinə qəbul edilməsi ilə bağlı aralarında müvafiq razılaşmanın olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübutları da təqdim edə bilməmişdir. Sadalananlara əsasən də belə müəyyən olunur ki, tərəflər arasında həqiqətən də hər hansı bir əqdi pərdələmək məqsədi deyil, mübahisə edilən Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən İddiaçı 30600 manat məbləğində borcun verilməsi niyyəti olmuşdur. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, Bakı şəhər 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair İddiaçı iddia tələbinin təmin edilməməsi qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli, İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 14 saylı notariat ofisinə qarşı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının hesabına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər 14 saylı notariat ofisinə qarşı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar