Məhkəmə qərarları › İş №e-2(047)-76/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-76/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-76/2025 11.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət еdərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il saat 17:00 radələrində Abşeron rayonu ərazisində Cavabdeh2 məxsus Cavabdeh1 idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “LF 7185-720” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Corolla” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Toyota Corolla” markalı, **-VV-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 3400,00 (üç min dörd yüz) manat təşkil edir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA129785/23 və PXA130737/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 3400,00 (üç min dörd yüz) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3400 (üç min dörd yüz) manat sığorta ödənişinin və ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu əvəzi pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından, xx.xx.2022-ci il tarixli qimətləndirmə aktdan, icbari sığorta müqaviləsinə dair məlumatdan və Abşeron rayon DYPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu ərazisində Cavabdeh1 tərəfindən idarə olunan "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmış “LF 7185-720” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsus olan “Toyota Corolla” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “Toyota Corolla” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 3400 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən X1 plastik kart hesabına sığorta ödənişinin ödənilməsi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş Abşeron RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 barəsində cinayət işinin bağlanılması rədd edilərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci, 332,4-cü və 327.8-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surətinin Abşeron rayon Pİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən müəyyən edilmiş 3400 manat sığorta ödənişinin yeddi gün müddətində ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, “LF 7185-720” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki “LF 7185-720” markalı, **- NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh2 tərəfindən X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixdək nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnamə verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmçinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi Cavabdeh1 tərəfindən idarə olunan "xxxx" ASC tərəfindən PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmış “LF 7185-720” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Abşeron rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-də sığortalanmış “LF 7185- 720” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 qeyd olunan yol nəqliyyat hadisəsi baş verərkən həmin avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir ki, bu hal da Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə öz təsdiqini tapmış və nəticədə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra "xxxx" ASC tərəfindən “Toyota Corolla” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 3400 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra "xxxx" ASC tərəfindən 3400 manat məbləğində dəymiş ziyan Cavabdeh1 tələb edilsə də qeyd edilən məbləğ Cavabdeh1 tərəfindən ödənilməmişdir. Lakin buna baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə yanaşı Cavabdeh2 da qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən də belə müəyyən olunmuşdur ki, göstərilən 3400 manat məbləğində dəymiş ziyanın vurulmasında birbaşa təqsirkar şəxs Cavabdeh1 olmuşdur. Bundan başqa, iddiaçı "xxxx" ASC Cavabdeh2 da qeyd edilən dəymiş ziyanın onun xeyrinə tutulmasını tələb etsə də Cavabdeh2 iddiaçıya vurulmuş ziyanın əmələ gəlməsində təqsirli olmasına dair mötəbər sübutları iddiaçının nümayəndəsi məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC subroqasiya tələbinin qanuni əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə istinad edir. Həmin normaya görə, icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır. Oxşar qayda Mülki Məcəllənin ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyəti nəzərdə tutan 1108.2-ci maddəsində də göstərilmişdir. Həmin normaya görə, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirildikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır. Lakin bütün bu qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, məhz Cavabdeh2 da qarşı subroqasiya qaydasında məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Çünki, iş materiallarına əlavə edilmiş Abşeron RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının məzmunundan da belə müəyyən olunur ki, Cavabdeh2 tərəfindən ona məxsus olan “LF 7185-720” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil onun razılığı olmadan Cavabdeh1 qardaşı X4 (“LF 7185-720” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh2 tərəfindən X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixdək nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnamə verilmişdir) tərəfindən qeyd edilən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh1 idarə edilmək üçün verilmiş və qeyd edilən hadisə də məhz nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Cavabdeh1 təqsiri ucbatından baş vermişdir. Bundan başqa iş materiallarına əsasən də belə müəyyən edilir ki, müvafiq bildirişlə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 deyil, digər Cavabdeh1 tələb edilmişdir. Göstərilənlərə əsasən, həmçinin o da müəyyən edilir ki, törədilmiş hadisə Cavabdeh2 münasibətdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin qanuni əsası kimi əsaslandığı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin təsir dairəsinə düşmədiyindən, yəni “LF 7185-720” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 tərəfindən Cavabdeh1 idarə edilmək üçün verilməsində cavabdehlərdən biri olan Cavabdeh2 təqsiri sübuta yetirilmədiyindən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı X1 idarə etdiyi “Toyota Corolla” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı subroqasiya hüququ da yaranmamışdır. Bundan əlavə qeyd edilən bu fakt, yəni “LF 7185-720” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 tərəfindən Cavabdeh1 idarə edilmək üçün verilməsində cavabdehlərdən biri olan Cavabdeh2 təqsirinin olmaması Abşeron RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qanuni qüvvəsini almış qərarında da öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə iddiaçı "xxxx" ASC-nin iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməli olmadığını bildirir. Beləliklə də məhkəmə Cavabdeh1 3400 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 54 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsini və iddia tələbinin qalan hissədə isə rədd edilməsini qanuni və əsaslı hesab edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3400 (üç min dörd yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 3400 (üç min dörd yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumu pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar