Məhkəmə qərarları › İş №e-2(047)-765/2024

Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-765/2024

16.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-765/2024 16.07.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Laçın Rayon Məhkəməsinin hakimi vəzifəsini icra edən X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN 193768 nömrəli inzibati xəta haqqında protokolun və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İddia ərizəni və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul etməsindən imtina edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN 193768 nömrəli inzibati xəta haqqında protokolun və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, İ.Əliyev küçəsi, ev 3 A-da yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi İddiaçı hazırki tələbinə, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN 193768 nömrəli inzibati xəta haqqında protokolun və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə olan halda hesab edirəm ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN 193768 nömrəli inzibati xəta haqqında protokolun və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı həmin qərardan yaşayış yeri üzrə aidiyyəti məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı izah olunsun ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Qarabağ regional şöbəsi tərəfindən qəbul edilmiş MN 193768 nömrəli inzibati xəta haqqında protokolun və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı həmin qərardan yaşayış yeri üzrə aidiyyəti məhkəməyə şikayət verə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar