Məhkəmə qərarları › İş №e-2(047)-775/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-775/2025

27.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-775/2025 27.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu Həmidov Rasim Həmid oğlu ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ancaq sonradan onların münasibətləri pozulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1121/2022 saylı qətnaməsi ilə Həmidov Rasim Həmid oğlu ilə onun arasında olan Xızı rayonu VVADQ şöbəsində bağlanmış xx.xx.2004-cü il tarixli nikah qeydi pozulmuşdur. Onlar birgə nikaha daxil olan zaman o, keçmiş həyat yoldaşı Rasim Həmidovun Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivində yerləşən evinə gəlin köçmüşdür. Ona məcburi köçkün olduğu üçün dövlət tərəfindən verilən müavinət ailə başçısı Cavabdeh adına olan vahid aylıq müavinət plastik kartına köçürülmüşdür. Lakin o, xx.xx.2020-ci il tarixdən etibarən ailəsindən ayrılıb atası evinə gəlmiş və faktiki ailə təsərrüfat münasibətlərini dayandırmışdır. Ancaq həmin tarixdən sonra da onun aylıq müavinəti 2023-cü ilin mart ayının birinədək qayınatası, Cavabdeh plastik kartına köçürülmüş və həmin pullar cavabdeh tərəfindən şəxsi ehtiyacları üçün xərclənmişdir. O, dəfələrlə cavadehdən pulu istəsə də, ancaq nəticəsi olmamış, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Laçın İHBnın Qarakeçdi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş aktın məzmunundan görünür ki, o, xx.xx.2020-ci il tarixdən etibarən ailəsindən faktiki olaraq ayrılıb və atası evində yəni 552 saylı qəsəbədə yaşamış və hazırda da orada yaşayır. Həmin aktı və onu imzalayan şahidlərin şəxsiyyət vəsiqələrinin surətini iddia ərizəsinə əlavə edir. Odur ki, o, Laçın rayon Qarakeçdi kənd sakinləri X3, X1, Laçın rayon Budaqdərə kənd sakini X2 və Laçın rayon Qarakeçdi kənd sakini İddiaçı məhkəmə baxışında şahid qismində dindirilməsi, həmçinin Cavabdeh 1860 (bir min səkkiz yüz altmış) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək Cavabdeh 1860 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş edir. İş üzrə olan Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə və teleqram göndərərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçınının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş vəsiqənin surətindən görünür ki, İddiaçı Laçın rayonundan olan məcburi köçkündür. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1121/2022 saylı qətnaməsinin məzmunundan görünür ki, İddiaçı ilə Həmidov Rasim Həmid oğlu arasında olan nikahın pozulması, uşaqların ataları Həmidov Rasim Həmid oğlunun yanında qalması və İddiaçı Həmidov Rasim Həmid oğlunun xeyrinə ümumilikdə 450 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Laçın RİHB-nın Qarakeçdi kənd iəd üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən ərindən faktiki olaraq ayrılıb və atası evində, yəni 552 saylı qəsəbədə yaşamış və hal-hazırda da orada yaşayır. İş materiallarına əlavə olunmuş Laçın RİHB-nın xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı Həmidov Rasim Həmid oğlu ilə ailə qurduqdan sonra onun aylıq 60 manat miqdarında almalı olduğu vahid aylıq müavinətin məbləği 2023-cü ilin mart ayının 01-dək keçmiş qayınatası Cavabdeh adına olan vahid aylıq müavinət plastik kartına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş mediator Camal Abbasov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 10:00-da keçirilən ilkin məcburi mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan ərizələrin məzmunundan görünür ki, İddiaçı 2024-clü ildə və 2025-ci ildə həmin bu pul tələbi iddiası ilə 2 dəfə Laçın Rayon Məhkəməsinə müraciət edib oğlu Həmidov Rasimdən məhkəmə yolu ilə almaq istəyib. Hakim iddia tələbini əsassız sayıb və rədd edib. Hakim bir işə bir dəfə baxar. Bu iddia sənədi artıq 3-cü dəfədir ki, baxılır. Qeyd edir ki, Sevincin atası Həmidov Baxşeyişlə o, əmioğludur. Övladlarının ailəsinin dağılmasına baxmayaraq onlar mehriban olmuşlar. Baxşeyiş Xırdalana oğlunun evinə gələndə onlar həmişə görüşüb dərdləşmişlər. İddiaçıin müavinat pulunu yığıb saxlayırdı və Baxşeyişlə görüşəndə varirdi ki, ver qızına. Baxşeyiş dünyasını dəyişənə qədər İddiaçı pul tələb etməyib. 2021-ci ildə pulu tələb edərdi. 4 ilə yaxın vaxt keçib, pulu verdiyi adam ölüb. İndi pul tələb etməyi nə qədər inandırıcı ola bilər. Onun 90 yaşı var, tək 360 (üç yüz altmış) manat pensiya alır və əlavə heç bir gəliri yoxdur. Pensiya da iynə, dərmana gedir və dolanişığı çox çətindir. Demək olar ki, gözü görmür, qulağı eşitmir və yeriyə bilmir. Odur ki, yuxarıda qeyd etdiklərini nəzərə alıb İddiaçı əsassız pul tələbi iddiasının rədd edilməsini məhkəmədən xahiş edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Republikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Bundan başqa, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. MM-nin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinin tələblərinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı Həmidov Rasim Həmid oğlu ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və bundan sonra hər iki şəxs Laçın rayonundan olan məcburi köçkün olduqları üçün İddiaçı almalı olduğu 60 manat miqdarında vahid aylıq müavinət onun keçmiş qayınatası Cavabdeh adına olan vahid aylıq müavinət plastik kartına köçürülmüş, lakin sonradan İddiaçı ilə Həmidov Rasim Həmid oğlunun ailə münasibətləri pozulmuş və İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən keçmiş həyat yoldaşı Həmidov Rasim Həmid oğlundan faktiki olaraq ayrılıb, birgə yaşadığı evi tərk edərək atası evinə, yəni Ağcabədi rayonu Taxtakörpü 552 saylı qəsəbəyə köçərək orada yaşamışdır. Daha sonra isə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1121/2022 saylı qətnaməsi ilə Həmidov Rasim Həmid oğlu ilə İddiaçı arasında olan Xızı rayonu VVADQ şöbəsində bağlanmış xx.xx.2004-cü il tarixli nikah pozulmuşdur. Lakin İddiaçı Həmidov Rasim Həmid oğlu ilə ailə həyatı qurduqdan sonra iddiaçının almalı olduğu 60 manat miqdarında vahid aylıq müavinətin məbləği bundan sonra da 2023-cü ilin mart ayının 01-dək, yəni 31 ay müddətində keçmiş qayınatası Cavabdeh adına olan vahid aylıq müavinət plastik kartına köçürülməkdə davam etmiş və bu fakt Laçın RİHB-nın xx.xx.2025-ci il tarixli arayışına əsasən də öz təsdiqini tapmışdır. Daha sonra İddiaçı Cavabdeh qeyd edilən 1860 (31 ay x 60 manat =1860) manat məbləği qaytarmasını tələb etsə də Cavabdeh həmin pul məbləğini halhazıradək İddiaçı geri qaytarmamışdır. Bundan başqa Cavabdeh məhkəməyə ünvanladığı ərizədə qeyd edilən vahid aylıq müavinət məbləğini iddiaçının atası Baxşeyiş Həmidova verdiyini bildirsə də bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan başqa şəxsin, yəni İddiaçı hesabına 1860 (31 ay x 60 manat =1860) manat pul əldə edərək əsassız varlanmışdır. Belə olan halda isə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə iddia vermək hüququ yaranır ki, iddiaçı da bu hüququndan istifadə edərək cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, Cavabdeh 1860 (bir min səkkiz yüz altmış) manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, yəni Cavabdeh 1860 (bir min səkkiz yüz altmış) manat pul alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1860 (bir min səkkiz yüz altmış) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar