Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № e-2(047)-990/2025 29.09.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs1 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs1 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil şöbəsinin (VÖEN **********) İcbari Tibbi Sığorta Fonduna 366,53 manat, işsizlikdən sığorta fonduna 160,85 manat, Dövlət Sosial Müdafiə Fonduna 76100,27 manat olmaqla, ümumilikdə 76627,65 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********074700, xx.xx.2025-ci il tarixli **********694400, **********084500 nömrəli bildirişlər və xx.xx.2025-ci il tarxili **********166000 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Cavabdehin icra orqanının rəhbəri olduğu Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil şöbəsi qeyri-kommersiya hüquqi şəxs olduğundan və yaranmış sosial öhdəliyinin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi müəyyən edildiyindən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı işə ümumi yuristiksiyalı məhkəmədə baxılmalıdır. Odur ki, yuxarıda qeyd olunan hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 76100,27 manat, işsizlikdən sığorta fonduna olan 160,85 manat, İcbari Tibbi Sığorta Fonduna olan 366,53 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs1 barəsində (doğulduğu tarix - xx xxxxxx 1985-ci il, doğulduğu yer – Azərbaycan, Laçın; Leninkənd K., şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, o, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, maraqlı şəxs olan qardaşı Maraqlı şəxs1 bir müddət Abşeron Rayon Təhsil şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra etmiş, lakin sonradan Abşeron Rayon Təhsil şöbəsi ləğv edilərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsi yaradılmış, hal-hazırda qardaşı Maraqlı şəxs1 Abşeron-Xızı rayonları üzrə təhsil sektorunda baş məsləhətçi vəzifəsində işləyir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə və Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, ərizəçinin nümayəndəsi Rövşən Nurullayev məhkəməyə ərizə göndərərək məhkəmə iclasını nümayəndələrinin iştirakı olmadan keçirib ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və maraqlı şəxs isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan şəxsi hesab vərəqələrinin təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron Rayon Təhsil şöbəsinin İcbari Tibbi Sığorta Fonduna 366,53 manat, işsizlikdən sığorta fonduna 160,85 manat, Dövlət Sosial Müdafiə Fonduna 76100,27 manat olmaqla, ümumilikdə 76627,65 manat borcu vardır. İş materiallarında olan bildirişlərdən və xəbərdarlıqdan görünür ki, yaranmış borc məbləğinin beş gün ərzində ödənilməsi məqsədi ilə Abşeron Rayon Təhsil Şöbəsinə xx.xx.2024cü il tarixli, **********074700, xx.xx.2025-ci il tarixli **********694400, **********084500 nömrəli bildirişlər və xx.xx.2025-ci il tarixli, **********166000 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, borc məbləği ödənilmədiyi təqdirdə Maraqlı şəxs1 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunacağı həmin şöbəyə bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmrin surətindən və iş yeri barədə məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdən Abşeron Rayon Təhsil şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra etmiş Maraqlı şəxs1 hal-hazırda Abşeron-Xızı rayonları üzrə təhsil sektorunda baş məsləhətçi vəzifəsində işləyir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumatının məzmunundan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində uçotda olan vergi ödəyicisi Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron Rayon Təhsil Şöbəsinin (VÖEN **********) hər hansı bank hesabları mövcud olmadığından həmin ödəyicinin mövcud olmayan bank hesablarına hər hansı alınmalı sərəncamların göndərilməsi mümkün olmamış, həmçinin daşınar və daşınmaz əmlakına dair hər hansı aktivləri müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının təhsil nazirinin 25 fevral 2022-ci il tarixli F-99 nömrəli “Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi barədə” əmrinə əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli sərəncamları rəhbərlik və icra üçün qəbul edilmiş (1-ci bənd), həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) əsasında regional təhsil idarələri yaradılmış, o cümlədən Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsi yaradılmış (2 və 2.1.1-ci bəndlər) və müəyyən edilmişdir ki, regional təhsil idarələri rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçir (6-cı bənd). Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonrakı mətndə “Konstitusiya”) 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonrakı mətndə “Vergi Məcəlləsi”) 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən, vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 305.1.12-ci maddəsinə əsasən, məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. MPM-nin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. MPM-nin 355-6-cı maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. MPM-nin 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. MPM-nin 355-7.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. MPM-nin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. MPM-nin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. MPM-nin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi olmuş hüquqi şəxs Abşeron Rayon Təhsil Şöbəsi (VÖEN **********) artıq mövcud deyildir və həmin qurumun hüquqi varisi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli 3059 saylı sərəncamı ilə Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin yaradılması müəyyənləşdirilmiş, həmçinin məhkəmə araşdırması zamanı eyni zamanda o da müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının təhsil nazirinin 25 fevral 2022-ci il tarixli F-99 nömrəli “Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi barədə” əmri ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli sərəncamları rəhbərlik və icra üçün qəbul edilmiş (1-ci bənd), həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) əsasında regional təhsil idarələri yaradılmış, o cümlədən Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsi yaradılmış (2 və 2.1.1-ci bəndlər) və müəyyən edilmişdir ki, regional təhsil idarələri rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçir (6-cı bənd). Göstərilənlərə əsasən də məhkəmə belə qənaətə gəlir ki, ərizə əsassız olduğundan təmin edilməməli, Ləğv edilmiş Abşeron Rayon Təhsil Şöbbəsinin müdirinin səlahiyyətlərini müvəqqəti olaraq icra etmiş, hal-hazırda Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun baş məsləhətçisi olan Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından imtina edilməli, yəni ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs1 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə proses iştirakçılarına izah edir ki, ləğv edilmiş Abşeron Rayon Təhsil Şöbəsinin bütün öhdəliklərinə görə hüquqi varisi Abşeron-Xızı Regional Təhsil İdarəsi cavabdehdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilməsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs1 qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-990/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №e-2(047)-990/2025
29.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver