Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-191/2024 18.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMCnun Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş zərərə görə 6770 manat, ödənilmiş icarə haqqına görə 5070 manat pul və mediasiya şürasına ödənilmiş 50 manat pul alınaraq "xxxx" MMC-ə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehla aralarında xx.xx.2023-cü il tarixində müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh şəxs Cəmiyyətimizdə işlədiyi dövr ərzində xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayon ərazisindən keçən 123-cü km-də onun tərəfindən idarə olunan Ford Tranzit markalı, 99JS481 dövlət qeydiyyat nişanlı ambulans avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olan zaman avtomobili yolun sol kənarında yerləşən beton səddə vurmuş, hərəkət hissəsindən sağ boşluq sahəyə çıxarıb aşıraraq nəqliyyat vasitəsinə ziyan vurmuşchor. Sözügedən şəxs tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızıqdan sərnişini X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almışdır.Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət tərkibinin olmadığı müəyyən edilmiş material üzrə cinayət işi rədd edilmişdir.xx.xx.2023-ci il tarixdə cavabdeh şaxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati tənbeh tədbiri görülməsi barədə qərar çıxarılmışdır. xx.xx.2023- cü il tarixdə qəzaya uğramış Ford Tranzit markalı, 99JS481 dövlət qeydiyyat nişanlı xüsusi təyinath ambulans avtomobilinə "xxxx" MMC-də mütəxəssislər tərəfindən texniki baxış keçirilmiş və sıradan çıxan ehtiyat hissələri müəyyən olunmuşdur. Sözügedən mütəxəssislər tərəfindən vurulan ziyanın yekun məbləği 6770,00 (altı min yeddi yüz yetmiş) manat dəyərində müəyyən edilmişdir. Daha sonra təmir müddəti ərzində 1 təqvim günü üçün 30 (otuz) manat hesablamaqla, MA44 23 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən Mercedes Benz 313 CDİ xüsusi markalı nəqliyyat vasitəsi icarəyə götürülmüş və bugünədək 5070 (beş min yetmiş manat) icarə haqqı hesablanmış və ödənilmişdir.Onlar cavabdeh şaxsə preterziya göndərilərək cavabdeh şəxsdən 3 gün ərzində xx.xx.2023- cü il tarixində imzalanmış tam maddi məsuliyyət haqqında müqavilədən irəli gələn öhdəliklərinə müvafiq olaraq ümumilikdə 11840 (on bir min səkkiz yüz qırx manat) manat zərər məbləği tələb edilsə də cavabdeh tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. O cümlədən cavabdeh şəxslə sözügedən problemi həll etmək məqsədilə tərəfimizdan Mediasiya Şurasına da müraciət edilmişdir. Mübahisanin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə 50 manat ödənilmişdir.Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinə əsasən Cavabdeh ilə aralarındakı xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.Lakin bütün bunlara baxmayaraq cavabdeh şəxs müqavilədən irəli gələn öhdəliklərinə uyğun olmayaraq öz vəzifələrini lazınınca icra etməmiş, ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq üzərinə düşən 11840 (on bir min səkkiz yüz qırx manat) manat məbləğində dəymiş zərəri və mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi məqsədi ilə 50 (alli manat) manat olmaqla Ümumilikdə 11890 (on bir mün səkkiz yüz doxsan manat) manat onlara ödəməkdən yayınmışdır.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirdi ki, ondan tələb olunan ziyan tələbi ilə razıdır, lakin ondan tələb oluna 5770 manat icarə haqqı əsassızdır.Bütün bunları nəzərə alaraq məhkəmədən ədələtli qərar qəbul edilməsin xahiş etdi. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliksı DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, xx.xx.1968-ci il tarixdə anadan olmuş Cavabdeh Lerik rayonu Blaband kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş X7 1 saylı Mediasiya təşkilatının X2 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MŞL-02723 saylı arayışdan görünür ki, iddiaçı tərəf Lənkaran 1 saylı Mediasiya təşkilatına əmək mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. İş materiallarına əlavə edilmiş 16 may 2023-cü il tarixli əmrin sürətindən görünür ki, Cavabdeh 16 may 2023-cü il tardə sürücü vəzifəsinə təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMc tərəfindən 04 sentyabr 2023-cü il tarixli qüsur aktından görünür ki, Ford Tranzit markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı ambulans avtomobilinə 6770 manat miqdarında maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli TP5968872 nömrəli qərardan görünür ki, Səfərov X6 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 amant məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessula Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 6770 manat borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Bu fakt məhkəmə iclasında araşdırılmış Cavabdeh da öz izahatında təsdiq etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 6770 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMCə veriliməlidir. Məhkəmə İddiaçı "xxxx" MMC-nin cavabdehdən tələb etdiyi 5070 manat məbləğində icarə haqqına gəldikdə belə hesab edir ki, iddiaçı "xxxx" MMC bu barədə məhkəməyə kifayətqədər sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Əlavə olaraq iddiaçı "xxxx" MMC tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-ə verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 6770 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-ə verilsin. Əlavə olaraq iddiaçı "xxxx" MMC tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-ə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-191/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-191/2024
18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver