Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № e-2(048)-34/2024 29.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 9400 manat pulun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində cari borcunun, iddia ərizəsinin tərtib olunması üçün 50 (əlli) manat məbləğində vəsaitinin və tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun, cəmi 1890 (min səkkiz yüz doxsan) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 02.2023-cü il tarixində Cavabdeh 2200 (iki min iki yüz) manat, daha sonra isə 600 (altı yüz) manat olmaqla, ümumilikdə 2800 (ik min səkkiz yüz) manat məbləğində pul vəsaitin vermişdir.Cavabdeh ilə təxminən 20 il bundan əvvəl Bakı şəhəri, Nəsimi rayonu D.Əliyeva küçəsi 241, S.Vurğun bağı yaxınlığında yerləşən çayxanada tanış olmuşdur. Belə ki cavabdeh həmin çayxanada çalışırdı. Həmçinin, Cavabdeh onun həmyerlisi olmuşdur. O, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 241, S.Vurğun bağ yaxınlığında yerləşən ərazidə ticarət obyektləri olduğundan əlaqəsi yaranmışdır. Daha sonra 2024-ci ilin dekabr ayında Cavabdeh onunla təsadüfən Bakı şəhəri, Nəsimi rayonu, Dilara Əliyeva küçəsində yolun kənarında qarşılaşmış və həmin zaman cavabdeh ondan borc pu istəmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində Cavabdeh ona zəng edərək iş qurmaq üçün ondan pul istəmiş, daha sonra qaytaracağına vəd vermişdir. Cavabdeh ondan 2800 (iki min səkkiz yüz) mana məbləğində pul vəsaitini alsa da, bu məsələ öz həllini tapmamış və cavabdeh uzun müddə ərzində ona həmin pulun qaytaracağını vəd etsə də, öz öhdəliklərini lazimi qaydada icr etməmişdir.Cavabdeh qanunsuz əməllərinə görə Nəsimi rayon Polis İdarəsinə şikayət etmiş, lakin, Nəsimi RPİnin İŞ-ni müstəntiqi X1 tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı çıxarılmışdır. Cavabdeh hüquq mühafizə orqanında ondan 2800 (iki min səkkiz yüz manat pul vəsaitini aldığını özü etiraf etmişdir. Cavabadeh şəxs iş qurmaq üçün qutu almaq istədiyindən ondan bu qədər məbləğdə borc pulun aldığını etiraf etmiş, ailəsinin maddi imkanı pis olduğundan qaytara bilmədiyini qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh törətdiyi əməli etiraf edərək ondan aldığı pul vəsaitini geri qaytarmadığını təsdiq etmişdir. Cavabdeh 2800 (iki min səkkiz yüz manat məbləğində pul vəsaitindən onun təkidləri nəticəsində yalnızca 1000 (bir min) manatını ona müstəntiq vasitəsilə qaytarmışdır, yerdə qalan 1800 (bir min səkkiz yüz) manat pu vəsaiti isə bu günə qədər ona ödənilməmişdir.Odur ki, bununla əlaqədar olaraq Cavabdeh tərəfindən alınmş 2800 (iki min səkkiz yüz) manat məbləğində pul vəsaitindən 1000 (bir min) manatı ona qaytarılması nəticəsində yerdə qalan 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini ona qaytarmamışdır.Ona görə də hkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin İŞ-nin 19 oktyabr 2023-cü il tarixli qəraraının sürətindən görünür ki,Cavabdeh İddiaçı həqiqətən 2800 manat məbləğində pulu almasını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Kapital bank ASC tərəfindən verilmiş 14954 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 40 manat məbləğindən dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş ABB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzin sürətindən görünür ki, İddiaçı iddia ərizəsinin tərtib olunması üçün Bakı şəhəri 34 saylı vəkil bürosuna müraciət edərkən 50 manat pul ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya 1800 manat borclu olması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə zamanı işin araşdırma halları ilə müəyyən olunmuşdur ki,İddiaçı cavavdeh Cavabdeh ayrı ayrı vaxtlarda 2800 manat məbləğində pul vermişdir.Cavabdeh həmin pulu ilə iş quracağını bildirmişdir.Bir müddət keçdikdən sonra iddiaçı cavabdehdən borcunu istəsə də cavabdeh müxtəlif bəhanələrlə pulun iddiaçıya qaytarmaqdan yayınmışdır.İddiaçı Nəsimi Rayon Polis idarəsinə müraciət etmişdir.Cavabdeh polis idarəsində dindirilərkən iddiaçıya 2800 manat borcu olduğunu etiraf etmiş və həmin borc puldan 1000 manatı iddiaçıya qaytarsada qalan 1800 manat pul hal-hazır ki, tarixədək iddiaçıya qaytarmamışdır. Məhkəmə bütün mötəbər sübutları nəzərədən keçirib belə qənaətə gəlir ki, iddia təmin edilərək 1800 manat borc pul cavabdehdən alınaraq iddiaçıya ödnməlidir. Azərbaycan Respublikası Mülki Prosessula Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh 1800 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu və iddia ərizəsinin tərtib olunması üçün ödənilmiş 50 manat pul Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1800 manat məbləğində pul və ödənilmiş 40 manat dövlət rüsümu alınaraq İddiaçı verilsin. Əlavə olaraq iddiaçı tərəfindən iddia ərizəsinin tərtib olunbmaı üçün ödənilmiş 50 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №e-2(048)-34/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №e-2(048)-34/2024
29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver