Məhkəmə qərarları › İş №e-2(049)-1070/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1070/2024

16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1070/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2inun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı mənəzi zərərin əvəzi olaraq 999 manat pul tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 999 manat məbləğində dəymiş mənəvi təzminat və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq onların şəxsi hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddialarını onunla əsaslandırmışlar ki, yаşаdığları Lənkərаn şəhəri, Sаbir küçəsi 1/16 sаylı еvdə uzun müddətdir ki, qаz хətti оlmаqlа qаzdаn istifаdə еtmişlər. 13 iyun 2020-ci il tаriхdə sаyğаc, müddət kеçməsinə görə yеnisi ilə əvəz еdilmişdir. İstifаdə оlunаn qаz sərfiyyаtının dəyərini nəzаrətçinin vеrdiyi bildirişə uyğun оlаrаq hər аy vахtı-vахtındа ödəmişlər. Keçən ilin fеvrаl аyının оrtаlаrındа istifаdə еtdikləri qаz хəttində sızmа оlmаsını müşаhidə еdib, qаz хəttinin bərpаsı ilə bаğlı cаvаbdеhə mürаciət еtmişlər. 2023-cü il fеvrаl аyının 24-də cаvаbdеh müəssisəsinin əməkdаşlаrı gələrək sаyğаcın yаnındа qаz хəttinə plоmb vurаrаq, хətti onların özlərinin təmir еtməli оlduğunu bildirmişlər. Edilmiş şikayətlərdən sоnrа cаvаbdеh müəssisəsinin əməkdаşlаrı təmir аdı ilə еvə dахil оlub, sаyğаcın yаnındаn еvə tərəf 2 mеtrə yахın məsаfədə qаz хəttini kəsərək çıхıb gеtmişlər. Bununlа bаğlı şikаyətlərə isə cаvаbdеhin vеrdiyi 04 аprеl 2022-ci il tаriхli məktubundа еvdə mənzil dахili qаz хəttinin mövcud оlmаmаsı əsаsınа görə xx.xx.2022-ci il tаriхdə qаzın dаyаndırılmаsı göstərilmişdir. Hаlbuki еvdə qаz хətti mövcud оlmаqlа şikаyətlərindən sоnrа cаvаbdеh müəssisəsinin əməkdаşlаrı keçən ilin mаrt аyındа qаz хəttini kəsmişlər. Аbоnеntin sаldоsundаn dа görünür ki, mаrt аyınаdək qаz istifаdə еdilməklə müəyyən sərfiyyаtlаr qеydə аlınmışdır. Əgər еvdə qаz хətti yох idisə, sаyğаc hаnsı sərfiyyаtı qеydə аlmışdır? Bu isə bir dаhа cаvаbdеhin аrqumеntinin əsаssız оlmаsını, yаlnız оnun əməkdаşlаrındаn şikayətlər еtdiyinə görə ona qаrşı qərəzli оlаraq еvinə gеdən qаz хəttini kəsmələrini göstərir. Hаlbuki qаz хəttini kəsmək dеyil, təmir еtmək оnlаrın vəzifəsi idi. Odur ki, cavabdehin qanunsuz əməlləri ucbatından məcbur qalıb adiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, tələbi Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(049)-1820/2022 saylı Qətnaməsi ilə təmin edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti edilsə də, Şirvan Apellyasiya Məhkəməsi 2(106)-2047/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamədən narazı olan cavabdeh kassasiya şikayəti versə də, Ali Məhkəmənin qərarı ilə həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra isə, Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(049)-1820/2022 saylı icra vərəqəsinə əsasən, cavabdeh tərəfindən evə verilən qaz xətti bərpa və təmir edilmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən onlara vurulmuş mənəvi zərərin əvəzi (həm də fiziki iztirablar formasında) ödənilməlidir. Çünki, onlar soyuq qış aylarında bumbuz evdə cavabdehin günahı ucbatından yaşamışlar. İddiaçılardan İddiaçı1 ümumtəhsil məktəbində müəllimidir, bir gün iş ötürə bilməzdi. Yəni, qaz xəttinin qanunsuz kəsilməsi onlara böyük problemlər yaşatmışdır. Bir sözlə, fəal ictimai həyat tərzlərindən 2 qadın məhrum olmuşlar. Ona görə də, cavabdehin onlara vurduğu mənəvi ziyana görə 999 manat pulun iddiaçılara verilməsinin təmin edilməsi barədə məhkəmədə iddia qaldırıb, müraciət etməkdə haqlıdırlar. Bu baxımdan cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində onlara dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Odur ki, cavabdehdən 999 manat məbləğində dəymiş mənəvi təzminat və 30 manat dövlət rüsumunun onların xeyrinə tutulmasını məqsədə müvafiq hesab edirlər. Məhkəmədə İddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda iddianın məzmununa uyğun çıxış edərək tələblərini müdafiə edib onun təmin olunmasını xahiş etmişlər. İddiaçı1 əlavə olaraq bildirdi ki, 2022-ci ilin aprel ayında onların təbii qazı kəsilmiş və uzun müddətdə qazsız qalmışlar. Nəticədə, balon qazından istifadə etmək məcburiyyətində qalmışlar. Ümumilikdə evlərində verilən təbii qaz cavabdehin təqsiri üzündən 14 ay müddətə dayandırılmışdır. Cavabdeh «X1» nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, «X1» nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə «X1» nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, hazırki iddia üzrə iddiaçılaraın hazırki iş üzrə cavabdehə qarşı verdikləri iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıların yaşadıqları ünvan 1 ünvanında yerləşən evə verilən qaz xətti bərpa edilməklə təmir edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən evə 2022-ci iln may ayından, 2023-cü ilin avqust ayına kimi qaz sərfiyatı hesablanmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçıların izahatları və iş materialları ilə müəyyən edildi ki, cavabdeh müəssisənin qanunsuz hərəkətləri nəticəsində, qız ayları da daxil olmaqla iddiaçılar 2022-ci iln may ayından, 2023-cü ilin avqust ayına kimi təbii qazdan məhrum olmuşlar. Onlar pozulmuş hüquqlarının bəırpası məqsədilə məhkəməyə müraciət etmiş, məhkəmə onların hüquqlarını bərpa edərək müvafiq qərar qəbul etmişdir.Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırda iddiaçılar cavabdehin hərəkətləri nəticəsində onlara mənəvi zərər dəydiyini bildirərək cavabdehdən 999 manat mənəvi zərər (təzminat) tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar öz iddia tələblərinin əsası kimi cavabdehin qış ayları da daxil olmaqla bir ildən də artıq müddətdə təbii qazdan faydalanmaqdan məhrum olduqlarına, onların hüquqlarını bərpasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarına istinad edirlər. Cavabdehin nümayəndəsi nə məhkəmə iclaslarına gəlməmiş, nə də ki, iddiaya qarşı etirazını təqdim etməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi vahid kontekstdə olmalı, yəni, şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yəni, zərərçəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi üçün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi müəyyən edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərərçəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur». Məhkəmə iddiaçının 999 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə qiymət verərək qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, mülki-hüquq məsuliyyəti dedikdə, məhkəmə tərəfindən hüquq pozucusuna münasibətdə zərərçəkmiş şəxsin xeyrinə əmlak sanksiyalarının tətbiqi ilə hüquq pozucusunun üzərinə sərfəli olmayan əmlak nəticələrinin qoyulması və zərərçəkmiş şəxsin əmlak hüquqlarının bərpası başa düşülür. Zərər mülki-hüquq məsuliyyətinin yaranmasının əsaslarından biridir. Mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçıya real zərərin vurulması, əldən çıxmış faydanın müəyyən edilməsi, həmçinin, onun fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə yuxarıda qeyd olunmuş şərtlərlə bağlı qeyd edirki, MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Hamıya bəllidir ki, Lənkəran şəhəri subtropik zonada yerləşməkdə, havası rütübətli və qışda daha soyuq olur. Bu zaman təbii qazdan məhrum olunmuş hər bir kəs, soyuq evdə yaşamaqla sarsıntı keçirməməyə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyuq qış aylarında təbii qazdan məhrum olunmuş iddiaçılar fiziki və mənəvi sarsıntılara məruz qalmışlar. Həmin sarsıntılar cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermiş, həmin qanunsuz hərəkət və mənəvi zərər arasında səbəbli əlaqə olmuş və zərərvuran şəxsin təqsiri üzündən baş vermişdir. Buna görə də məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi olaraq 999 manat cavabdehdən alınıb iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği cavabdehə aid edilməli və sonuncudan tutularaq iddiaçılara verilməlıidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehndən 999 manat pul və 30 manat, cəmi 1029 (bir min iyirmi doqquz) manat tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar