Məhkəmə qərarları › İş №e-2(049)-112/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-112/2025

13.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-112/2025 13.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad olunması və torpaq sahəsi üzərində inşa olunmuş hasarın sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh tərəfindən zəbt olunmuş Lənkəran rayonu, Vilvan kəndində yerləşən **********01 reyestr nömrəli, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və JN-422A KOD 80200038 nömrəli torpağın mülkiyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin zəbtdən azad olunaraq onlara təhvil verilməsi, cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində qanunsuz ibşa edilmiş daş hasarın cavabdehin öz hesabına sökülməsi, cavabdeh tərəfindən həmin torpaq sahəsi istiqamətində qoyulmuş qapının bağlanması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəmə iclasına gəlsə də, iddiaçı gəlməmiş, lakin məhkəməyə elektron qaydada ərizə göndərərək iddia ərizəsini baxılmamış saxlamaqla onu və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının ərizəsini və cavabdehin həmin ərizəyə etirazını nəzərə alaraq hesab edir ki, iddiaçın ərizəsi təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6.-261.0.8.ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiacının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və əlavə edilmiş sənədlər, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə 100 manat dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 170, 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının ərizəsi təmin olunsun. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad olunması və torpaq sahəsi üzərində inşa olunmuş hasarın sökülməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar