Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1219/2023 06.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətin əsasız varlamsı nəticəsində əldə etdiyi 3.414,50 manat həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçotu dərəcəsi üzrə hesablnacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,15 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətin-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 3414.50 manat, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,15 manat və borca illik 5%-lə hesablanmış 270,32 manat əldən çıxamış faydanın Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesbından,ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından ******************** nömrəli xx.xx.2021-ci il tarixində məbləğin bir qismini ATM-dən məxaric etmiş, həmçinin kart hesabından diğər kart hesabından köçürmə əməliyyatı icra etmişdir. Nəticədə Cavabdeh banka cəmi 3.414,50 manat ziyan vurulmuşdur. Bank tərəfindən dəfələrlə rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavbdeh tərəfindən borcun qaytarılması təmin olunmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər gəlməməsi barədədə məlumat verməmişlər Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus ******************** nömrəli kart hesabında olan və ona aid olmayan 3414.50 manat pulu bir neçə dəfəyə çıxarmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022ci il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanında qeydiyatda olan Cavabdeh öhdəliyi icra etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 54,15 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) Mülki Məcəllənin 1091.2-ci maddəsində qeyd edilmişdir ki, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuniəsas və ya müqavilə əsası olmur. MM-nin 449.1-ci maddəsinə əsasən, başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. İşin məhkəmədə müəyyən olunan hallarından görünür ki, cavabdeh heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, texniki səhvin baş verdiyinə görə iddiaçının hesabına əsassız varlanmışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3414.50 manat borc, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,15 manat və borca illik 5%-lə hesablanmış 270,32 manat əldən çıxamış fayda tutulub “ İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-1219/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1219/2023
06.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver