Məhkəmə qərarları › İş №e-2(049)-157/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-157/2025

28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-157/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X1, İddiaçının vəkili: Bakı Şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili: Bakı Şəhəri Kaspian Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “yaşayış evinə gedən torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilmə servitut ” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə gedən torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilmə servitut” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Bakı Şəhəri Kaspian Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə2 iddia ərizəsinin iddiaçın vəkili tərəfindən imzalandığını, lakin vəkilin belə bir səlahiyyəti olmamışdır. Məhkəmə hazırlıq iclasında iddiaçının vəkili Bakı Şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə1 bildirdi ki, iddiaçı tərəfindən ona etibarnamə verilmiş, lakin iddia ərizəsi verilən zaman qüvvədə olan etibarnaməni tapıb sistemə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli, 3 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 6.3-cü bəndində göstərilir ki, Məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “yaşayış evinə gedən torpaq sahəsindən yol kimi istifadə edilməsi üçün yüklü edilmə servitut ” tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar