Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1579/2025 23.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lənkəran X4 İdarəsinin Lənkəran rayonu üzrə Xidmət Sahəsinin istismarında olan, ünvan 1 ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü D=108 mm-lik qaz kəmərinin cavabdeh tərəfindən mühafizə zonasının əvvəlki vəziyyətə gətirilməsi, ödənilmiş 100 manat dövlət rüsümunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azəriqaz İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və dövlət rüsumunun İddiaçı İBnin bank hesabına geri qaytarılmasını xahiş etmişdir. Qarşı tərəf işin mahiyyəti üzrə həll edilməsini tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatəti təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlaya bilər. İş materiallarına əlavə edilmiş elektron iddia ərizəsindən göürünür ki, İddiaçı tərəfindən “Hökümət ödəniş portalı” vasitəsilə **********17 nömrəli qəbz əsasında 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı (VÖEN: **********) tərəfindən “Hökümət ödəniş portalı” vasitəsilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı Lənkəran RQİİ-nə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 259, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı (VÖEN: **********) tərəfindən “Hökümət ödəniş portalı” vasitəsilə ödənilmiş (02 aprel 2025-ci il, saat 16:51:23, mədaxi qəbzi № **********17) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu "xxxx" İB-nin Lənkəran RQİİ-nin (Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) hesabına qaytarılsın. Qərardadın icrası X1 İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-1579/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1579/2025
23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver