Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1764/2025 25.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin mülkiyyətdən çıxarılması və orada apardığı tikintinin sökülməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun istifadəsində olan Lənkəran rayonu, Haftoni qəsəbəsinin, Talışlı kəndində yerləşən ərazidə apardığı tikintinin dayandırılması və inşa etdiyi tikilinin sökülərək cavabdehin oradan çıxardılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu,Talışlı kəndində ona məxsus mülkiyyətində olan torpaq sahəsi mövcuddur. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlar verilmişdir. Lakin Lənkəran rayon sakini Cavabdeh həyətyanı torpaq sahəsi yaxınlıqda yerləşdiyinə görə qanunsuz olaraq həyətinə daxil olmuş orada olan meşə zolağı istiqamətində tikinti aparır. Onun tikinti apardığı yer onun istifadəsindədir. Bu hal onun istifadəsində olan mülkiyyətinə qanunsuz müdaxilədir və onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Belə ki, sözügedən şəxsin mülkiyyətinin çıxarışı mövcud olsa da, lakin aparılan tikinti sənədlərdə qeyd olunan koordinatlarda deyil ona aid ərazidə aparılır. Yəni cavabdeh əlində olan çıxarışdan kənar tikinti apararaq onun mülkiyət hüquqlarını pozmaqdadır. Qeyd edib ki, həmin mülkiyyət Lənkəran rayonu, Haftoni qəsəbəsinin Talışlı kəndində yerləşir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş və ərizə göndərərək xidməti zərurət səbəbindən məhkəmədə iştirak etməyi qeyri-mümkün olduğunu, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş iddaçı DƏDR-dən cavabdehin onların ərazisində tikinti aparması ilə bağlı məlumat verildiyini, həmin sənədlərin onlarda olduğunu, cavabdeh tərəfindən tikintinin meşə zolağında aparıldığını bildirilib hazırlıq iclasının təxirə salınmasını və gələn hazırlıq iclasında həmin sənədlərin təqdim ediləcəyini bildirmişdir. Lakin iddiaçı növbəti hazırlıq iclasına gəlməmiş və sübutları təqdim etməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, özünə məxsus Lənkəran rayonunu Haftoni qəsəbəsində 0,06 ha həyətyanı (Təyinatı: yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair ona qanunamüvafiq qaydada xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra aidiyyəti üzrə Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində tikinti aparılmasına icazə verilməsini xahiş etmiş, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 281 nömrəli sərəncamına əsasən ona mülkiyyətində olan 600 kv.m həyətyanı torpaq sahəsində ümumi sahəsi 197.7 kv.m, yaşayış sahəsi 36 kv.m olan 2 mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir. O, iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsini zəbt etməmiş və orada heç bir tikinti aparmamışdır. Apardığı tikinti işləri yalnız öz mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. Bunu dəqiqləşdirmək üçün DƏDRK PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin əməkdaşları tərəfindən yerində ölçmə işləri aparılmış və ona bu barədə rəsmi məlumat vermişlər. Torpaq sahəsində apardığı tikinti işləri həmin arayışda qeyd olunan torpaq sahəsinin döngə nöqtələri daxilində yerləşməkdədir. Buna görə də iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil verilmiş iddia tələbini qəbul etməyib mübahisənin hüquqi əsaslandırılması ilə bağlı çıxış edərək göstərmişdir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, o cümlədən onlar tərəfindən təqdim edilmiş sübutun təkzib edilməsinə və eləcə də mübahisənin obyektiv həlli baxımından araşdırılması üçün heç bir müraciət etməmişdir. Əksinə iddiaçı məhkəməyə gəlməyərək işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Hazırki halda hesab edir ki, iddiaçının irəli sürdüyü tələbə münasibətdə hüquqi marağı birmənalı deyildir. Odur ki, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Talışlı kəndində yerləşən 0,68 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Talışlı kəndində yerləşən 0,14 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli, 20801844 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdehdir. Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 281 nömrəli sərəncamından görünür ki, Qurumba kənd sakini Cavabdeh Daşınmaz Dövlət Reyestrindən 19 may 2008-ci il tarixli, MH-0007230 saylı çıxarışa əsasən Lənkəran rayonunun Haftoni qəsəbəsində mülkiyyətində olan 600 kv.m həyətyanı torpaq sahəsində 2 mərtəbəli, 2 otaqlı yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRK PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1341/2025 saylı məktubundan görünür ki, Lənkəran rayonu, Haftoni qəsəbəsində yerləşən və xx.xx.2008-ci il tarixli, 20801844 nömrəli Reyestrdən çıxarış əsasında mülkiyyətə verilmiş torpaq sahəsinin naturada yerinin koordinatlar (X: 306236.82; 306241.02; 306221.04; 306217.17, Y: 4289940.91; 4289911.13; 4289906.41; 4289936.16) üzrə tanıdılması təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ bəndinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə, cavabdehin və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri hərtərəfli araşdırıb, onlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək qeyd edir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçıya kifayət vaxt və imkan yaradılmasına baxmayaraq o, öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və təqdim etmiş olduğu sübutlar əsasında işə onun iştirakı olmadan baxılmasını bildirmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunmamaqdadır. İşin hallarının sübut olunması dedikdə hər bir tərəfin istinad etdiyi halları qarşı tərəfin etirazlarını üstələyən dərəcədə isbat etməsidir. İşin hallarının sübut olunmaması isə iş üzrə faktların qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya mötəbər olmayan, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsidir. Sübutun mötəbərliyi isə onun gerçəkliyə uyğunluğu deməkdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu normaya müvafiq olaraq iddianın uğurlu olması üçün sübutetmə yükü üzərində olan tərəf onda olan sübutları məhkəməyə təqdim etməlidir. Eyni zamanda mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Hazırki mübahisə üzrə iddia tələbini təsdiq edən halları sübut etmə yükü iddiaçının üzərindədir. Lakin buna baxmayaraq, iddiaçı öz tələbinin əsaslılığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Avropa Məhkəməsinin «Van de Huk Niderlanda qarşı» işi üzrə 19 aprel 1994-cü il tarixli Qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla cavabdehin müıkiyyətində olan torpaq sahəsinə hər hansı müdaxilə və ya onun mülkiyyət hüququnun hansısa formada məhdudlaşdırılması qanuni və mütənasib olmazdı. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunun hüququdur. Mülki-Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «cavabdehin mülkiyyətdən çıxarılması və orada apardığı tikintinin sökülməsi» tələbinə dair iddiası rədd edilsin. İddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-1764/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1764/2025
25.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver