Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-180/2024 09.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qaytarılması və özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki işə xx.xx.2024cü il tarixdə, Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı MMC-i məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətlərində olan ünvan 1 ümumi sahəsi 0,14 ha olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin onun öz vəsaiti hesabına sökülərək təmizlənməsi, cavabdehlər tərəfindən zəbt edilərək faktiki istifadə etdikləri, iddiaçının mülkiyyətində olan 0.14 ha və 0.09 ha torpaq sahələrinin cavabdehlərin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə elektron qaydada məhkəməyə iddianın həcminin azaldılmasına dair ərizə ünvanlayaraq iddiaçının mülkiyyətində olan ünvan 1 ümumi sahəsi 0,14 ha olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin onun öz vəsaiti hesabına sökülərək təmizlənməsi, cavabdehlər tərəfindən zəbt edilərək faktiki istifadə etdikləri, iddiaçının mülkiyyətində olan 0.14 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ümumi sahəsi 0,14 ha olan torpaq sahəsini iddiaçı "xxxx" MMC birgə mülkiyyətçilər X2 və X1 dəyəri ödənilməklə AN-İ N1106458 saylı xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Alqı-satqı müqaviləsi əsasında iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmış, iddiaçıya qeydiyyat nömrəsi ********** saylı xx.xx.2022-ci il tarixli elektron çıxarış və torpaq sahəsinin AN810198 saylı xx.xx.2022-ci il tarixli plan və ölçüsü verilmişdir. İddiaçı torpaq sahəsində hasarlama işləri aparmaq istəyərkən torpaq sahəsində cavabdeh X3 tərəfindən tikilmiş ferma binasının mövcud olduğu məlum olmuşdur. Bununla bağlı iddiaçı tərəfindən Lənkəran rayonu Separadi Bələdiyyəsinə də müraciət edilmişdir. Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətlərində həmin ərazidə 0,5456 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi cavabdeh tərəfindən ferma kimi istifadə olunur. Lakin ferma binasını cavabdeh onlara mülkiyyət hüquqları əsasında məxsus olan torpaq sahəsi üzərində inşa etmişdir ki, bu da iddiaçının mülkiyyət hüquqlarnı pozur. Həmçinin, onlar tərəfindən müvafiq sorğu ilə yerquruluşu mütəxəssisinə müraciət edilərək cavabdehin iddiaçının mülkiyyətində olan 0.14 ha torpaq sahəsinin hansı hissəsini faktiki istifadə etdiyi barədə sual qoyulmuşdur. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan 0.14 ha torpaq sahəsi ilə yanaşı həm də iddiaçının mülkiyyətində olan əlavə 0.09 ha torpaq sahəsi də zəbt edilərək istifadə olunur. Hesab edirlər ki, iddiaçının mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmış hüquqlarının bu şəkildə pozulması yolverilməzdir. Ona görə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi məhkəmə qaydasında iddiaçının sahibliyinə qaytarılmalı, eləcə də həmin sahədə cavabdeh tərəfindən inşa edilmiş tikili onun özünün maddi vəsaiti hesabına sökülərək təmizlənməlidir. Hesab edirlər ki, iddiaçının dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququ iddia tələbləri üzrə cavabdeh tərəfindən pozulmuşdur və mübahisəli torpaq sahəsi hal-hazırda cavabdehin qanunsuz sahibliyindədir. Buna görə də mülkiyyətçi olaraq, həmin torpaq sahəsini iddia tələbləri üzrə cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdırlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq iddialarını müdafiə etdiklərini göstərib məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə bildirişi hazırda həbsdə olan Cavabdeh1 çatdırılmaq üçün Bakı İstintaq Təcridxanasının elektron poçt ünvanına və digər Cavabdeh2 yaşadığı ünvana poçt vasitəsi ilə göndərilmiş, əlavə olaraq Cavabdeh1 qardaşı Talehlə ona məxsus 050- ***-**-** nömrəli telefonla əlaqə saxlanılmış, əldə olunmuş məlumatdan məlum olmuşdur ki, cavabdehlər Şirvan Apeilyasiya məhkəməsində Cavabdeh1 apellyasiya şikayəti üzrə növbəti məhkəmə iclasında iştirak edirlər və onlar həmin iclasda iştirak etməkdən ötrü Şirvan şəhərinə getdikləri üçün Lənkəran Rayon Məhkəməsinin iclasında iştirak edə bilmirlər. Məhkəmə bütün bunları nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ekspert rəyini tədqiq edib və işdə olan materialları nəzərdən keçirib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan ƏMDX DƏDK və RPHŞ-nin “Hüquqların Dövlət qeytdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran rayonu, Separadi kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Separadi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 145 nömrəli arayışdan görünür ki, reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi **********, olan ƏMDX DƏDK və RPHŞ-”in Çıxarışına əsasən İddiaçı MMC-nin mülkiyyətində olan və Lənkəran rayonu, Separadi kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdeh X3 tərəfindən ferma binası tikilmiş, həmin ərazı tam çəpərə alınmış və istifadə edilir. İşə əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və R publik hüquqi şəxsi 10 saylı Lənkəran Əİ-nin xx.xx.2024-cü il tarixli mütəxəssis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/6431 saylı rəylərindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1519/2024 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********59 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-596 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) iddiaçı "LENK-FRUİT” MMC-nin mülkiyyətində olan Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlüklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Həmin 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 600 kv.m (10m x 60m) ölçüdən ibarət tikilinin (ferma tikilisinin) inşa edilməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, araşdırma zamanı sözügedən mübahisəli ərazidə "xxxx" MMC-nin mülkiyyətində 0.09 ha (mütəxəssis qarşısında qoyulmuş suallarda adıçəkilən) ölçüdən ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması barədə mövcud baza məlumatlarında məlumatların aşkar edilməməsi müəyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir. Məhkəmə işdə olan digər sübutlarla bağlı qeyd edir ki, həmin sübutların tədqiqi işin obyektiv həlli üçün əhəmiyyət kəsb etmədiyindən, onların tədqiqinə zərurət yoxdur. Məhkəmə iddiaçının iddiasına “cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin onun öz vəsaiti hesabına sökülərək təmizlənməsi” tələbinə aydınlq gətirərək qeyd edir ki, iddiaçı “cavabdeh” dedikdə, konkret olaraq cavabdehlərdən kimi nəzərdə tutduğunu iddia ərizəsində dəqiq göstərməmiş, məhkəmə iclasına da gələrək buna aydınlıq gətirməmişdir. Lakin, iddianın ruhundan həmin cavabdehin X3 olduğu sezilir. Belə ki, yuxarıda qeyd olunmuş Separadi Bələdiyyəsinin arayışından da göründüyü kimi, mübahisəli fermanı məhz o, tikdirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı «Lenk-Fruit” MMC-nin mülkiyyətində olan, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən 600 kv.m (10m x 60m) ölçüdən ibarət tikilinin (ferma tikilisinin) inşa edilmişdir. Həmin tikintiyə vəonun yerləşdiyi torpaq sahəsindən istifadəsinə dair müvafiq icazə, yəni qərar alınmadığı və iddiaçının buna rəsmi razılığını əks etdirən sənəd olmadığı üçün həmin ferma özbaşına tikilmiş tikili hesab edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə məhkəmə iclasında sübuta yetirilkdi ki, Cavabdeh1 qanuni əsaslarla mülkiyyətinə və ya istifadəsinə verilməmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsində ferma inşa etdirmiş, onun inşası üçün lazımi icazə almamış, buna görə də o bina özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qeyd olunan Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 0,14 ha olan torpaq sahəsində Cavabdeh1 tərəfindən özbaşına inşa edilmiş tikilinin öz vəsaiti hesabına sökülərək təmizlənməli, cavabdehlər tərəfindən faktiki istifadə etdikləri, iddiaçının mülkiyyətində olan 0.14 ha torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərə aid edilməli və müştərək olaraq onlardan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 0,14 ha olan torpaq sahəsində Cavabdeh1 tərəfindən özbaşına inşa edilmiş tikilinin öz vəsaiti hesabına sökülərək təmizlənsin. Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki istifadə etdikləri, iddiaçının mülkiyyətində olan 0.14 ha torpaq sahəsi onların qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılsın. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat cavabdehlərə aid edilsin və onlardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-180/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-180/2024
09.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver