Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-191/2023 30.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Azərbaycan Sənaye Bankı” ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 Lənkəran şəhəri X8 ev 56 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Azərbaycan Sənaye Bankı” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 15 dekabr 2008-ci il tarixli müqaviləyə əsasən Lənkəran şəhəri, X7 0.025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 68.9 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evi "xxxx" ASC-yə satılmışdır. Bundan sonra "xxxx" ASC-nin adına 23 dekabr 2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Hazırda həmin əmlak tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsusdur. "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış və Astara rayon Dövlət notariat kontorunda təsdiq edilmiş 15 dekabr 2008-ci il tarixli, 4-Ə-05-821 reyestr nömrəli müqavilənin bağlanmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin alınması ilə bağlı Astara rayon Dövlət notariat kontoruna 16 avqust 2022-ci il tarixli, 7695 nömrəli sorğu göndərilmişdir. Astara rayon notariat ofisinin 24 avqust 2022-ci il tarixli, 569 nömrəli məktubunda 2008-ci il üzrə notariat sənədlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə təhvil verildiyi göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə 31 avqust 2022-ci il tarixli, 7738 nömrəli sorğu göndərilmişdir. Sorğunun cavabının məhkəmə icraatı gedişində təqdim edilməsi tərəfimizdən təmin ediləcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29cu maddəsinin; İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bankın fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əldə etməsindən uzun müddət keçməsinə baxmayaraq, Bank bugünədək fərdi yaşayış evinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2, onların ailə üzvləri və digər şəxslərin heç bir qanuni əsas olmadan yaşamaları, həmin əmlaka qanunsuz sahiblik və istifadə etmələridir. Fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçıya keçməsinə və Bank tərəfindən Fərdi yaşayış evinin 30 (otuz) gün müddətindən gec olmayaraq boşaldılması barədə cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq, Cavabdehlər fərdi yaşayış evini boşaltmırlar. Bununla da Cavabdehlər İddiaçının mülkiyyət hüququnu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüququnun həyata keçirilməsinə mane olurlar. Fərdi yaşayış evində Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşamaları ASAN 2 tərəfindən Banka verilmiş 26 iyul 2022-ci il tarixli, ******* saylı arayış (Forma №2) ilə təsdiq olunur. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsus olan, Lənkəran şəhəri, X7 0.025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 68.9 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verməklə çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq "xxxx" ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-yə məxsus olan, Lənkəran şəhəri, X7 0.025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 68.9 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Daha sonra məhkəmə MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə bildirişi cavabdehlərin qeydiyyat ünvanı üzrə icra nümayəndəliyinə təqdim edilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Buna görə də məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş xx.xx.2008-ci il tarixli, ******* saylı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışının təsdiq olunmuş surətindən görünür ki, Lənkəran şəhəri, X8, ev 56 ünvanında 0.025ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 68.9 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət kimi «Azərbaycan Sənaye Bankı” ASCnın adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin təsdiq olunmuş arayışıdan görünür ki, xx.xx.1985-ci il tarixdə Lerik rayonunun Tikəband kəndində doğulmuş Şahmarov X2 şəhəri, X8, ev 56 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin təsdiq olunmuş arayışıdan görünür ki, xx.xx.1996-ci il tarixdə Lənkəran rayonunda doğulmuş Cavabdeh1 Lənkəran şəhəri, X8, ev 56 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin təsdiq olunmuş arayışıdan görünür ki, xx.xx.1989-cu il tarixdə Lerik rayonunun Tikəband kəndində doğulmuş Şahmarov X4 şəhəri, X8, ev 56 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin təsdiq olunmuş arayışıdan görünür ki, xx.xx.1997-ci il tarixdə Lənkəran rayonunda doğulmuş Əlizadə X6 şəhəri, X8, ev 56 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin təsdiq olunmuş arayışıdan görünür ki, xx.xx.1974-cü il tarixdə Lənkəran rayonunda doğulmuş Əlizadə X5 şəhəri, X8, ev 56 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 19 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışının surətindən görünür ki, xx.xx.1947-ci il tarixdə Lənkəran rayonunda doğulmuş Alizadə X1 şəhəri, X8, ev 56 ünvanda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 26 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Alizadə X1 şəhəri, X8, ev 56 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 dekabr 2022-ci il tarixli, 12-5/248 saylı arayışından görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Alizadə X1 şəhəri, X8, ev 56 ünvanda yaşamırlar, harada yaşamaları barədə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli, 7699 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 Lənkəran şəhəri, X8, ev 56 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli hökümət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 iddiaçı «Azərbaycan Sənaye Bankı” ASC-yə məxsus Lənkəran şəhəri, X8, ev 56 ünvanda yerləçən mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir, iddiaçı iddia tələbində qeyd olunan məbləği cavabdehlərdən tələb etdiyindən, iddia tələbi üzrə ödənilən məbləğ cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlara əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 iddiaçı «Azərbaycan Sənaye Bankı” ASC-yə məxsus Lənkəran şəhəri, X7 0.025 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 68.9 kv.m yaşayış, 89.3 kv.m köməkçi sahədən ibarət 56 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. İddia tələbi üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «Azərbaycan Sənaye Bankı” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-191/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-191/2023
30.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver