Məhkəmə qərarları › İş №e-2(049)-1950/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-1950/2024

14.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-1950/2024 14.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin sədri X2, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Lənkəran Rayon Məhkəməsinin hakimlərinə etirazını və məhkəmənin hakimi Pənahov Anar Elman oğlunun özü-özünə etirazını iş materialları ilə birlikdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 999 manat miqdarında mənəvi təzminat məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun icraatına verilmişdir. İş üzrə İddiaçı məhkəmə hazırlıq iclasına gəlməmiş, məhkəməyə hakim Anar Pənahova etiraz barədə ərizə göndərərək ibildirmişdir ki, iş üzrə Cavabdeh Lənkəran Rayon Məhkəməsinin işçisi, hakim Anar Pənahovun iş yoldaşıdır. Gələcəkdə qəbul ediləcək qətnamənin qanuniliyi şübhə altına alınacağından hakim Anar Pənahova etiraz edir. Ona görə də həmin işin Lənkəran Rayon Məhkəməsinin icraatından alınaraq digər qonşu rayon məhkəmələrindən hər hansı birinə göndərilməsini xahiş edir. Hakim Anar Pənahov da məhkəmə hazırlıq iclasında özü-özünə etiraz edərək bildirmişdir ki, işə baxan hakim olaraq o özü və iş üzrə Cavabdeh xeyli müddətdir ki, eyni məhkəmədə fəaliyyət göstərirlər və mütəmadi ünsiyyətdə olurlar. Aralarında səmimi münasibətlər mövcuddur. Belə bir vəziyyətdə Cavabdeh qismində cəlb edildiyi işə onun sədrliyi ilə baxılması, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq proses iştirakçılarının (xüsusən də iddiaçı tərəfin) ədalətli məhkəmə araşdırmasına olan inamını sarsıda bilər. İş üzrə çıxarılacaq yekun məhkəmə qərarının obyektivliyinə, bununla da bilavasitə hakimin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul edəcəyinə proses iştirakçıları tərəfindən yarana biləcək şübhələrin olmaması üçün hesab edir ki, hazırki iddiaya onun sədrliyi ilə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq, düzgün deyildir. Ona görə də hazırki iş üzrə özüözünə etiraz edir və mülki işin baxılması üçün başqa məhkəmənin hakiminə verilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmə hazırlıq iclasında İddiaçı etirazına, həmçinin, hakim Anar Pənahovun özü-özünə etirazına münasibət bildirərək qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etirazını, həmçinin, hakim Anar Pənahovun özü-özünə etirazını və iş materiallarını nəzərdən keçiriərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hesab edirəm ki, hər iki etiraz təmin edilməlidir. Belə ki, “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 3-24/2005 nömrəli Qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.1-ci bəndində qeyd edilmişdir ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır. Həmin Qərarın 5.5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır. İddiaçının etiraz ərizəsində göstərilənlərə münasibət bildirərək qeyd edirəm ki, İddiaçı hakim Anar Pənahovun hazırki mülki iş üzrə qəbul ediləcək qətnamənin qanuniliyinin şübhə altına alınacağını bildirir və şübhələrini əsaslandırmağa çalışır. İş üzrə Cavabdeh, həqiqətən də, Lənkəran Rayon Məhkəməsinin əməkdaşı olmaqla, hazırki vəziyyətdə həmin işə Lənkəran Rayon Məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi tərəflər arasında həmin qərarın obyektivliyinə şübhə doğura bilər. Eyni zamanda, hakimin özü-özünə etirazında göstərilənlərlə bağlı hesab edirəm ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan hallar bilavasitə mövcud olmasa da, habelə, Lənkəran Rayon Məhkəməsinin hakimi Anar Pənahovun hazırki iş üzrə hər hansı şəxsə qarşı qərəzli mövqeyi olması və ya işin nəticəsində maraqlı olması halları müəyyən olunmasa da, hazırki iş üzrə onun tərəfindən qəbul ediləcək hər hansı qərarın obyektivliyi və qərəzsizliyi, həmin qərarın məzmunundan asılı olmayaraq, gələcəkdə şübhə doğura bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1 və 19.1.7-ci maddələrinin məzmununa görə hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Ona görə də hesab edirəm ki, hazırki işə Lənkəran Rayon Məhkəməsinin hakimi Anar Pənahov, habelə, həmin məhkəmənin digər hakimləri tərəfindən baxılması məqsədəmüvafiq deyildir və iş üzrə gələcəkdə qəbul ediləcək qərarın şübhə altına alınmaması baxımından iddiaçının Lənkəran Rayon Məhkəməsinin hakimlərinə etirazı və məhkəmənin hakimi Pənahov Anar Elman oğlunun özüözünə etirazı təmin edilərək iş baxılması üçün başqa rayon məhkəməsinə verilməsindən ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21-23-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Lənkəran Rayon Məhkəməsinin hakimlərinə etirazı və məhkəmənin hakimi Pənahov Anar Elman oğlunun özü-özünə etirazı təmin edilsin. İş baxılması üçün başqa rayon məhkəməsinə verilməsindən ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Lənkəran Rayon Məhkəməsinin sədri: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar