Məhkəmə qərarları › İş №e-2(049)-2278/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2278/2025

12.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2278/2025 12.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının evdən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qıznın gəlin köçərkən cehizlik əşyalar qismində gətirdiyi əmlakların (bir qutu armudu stəkan, altı ədəd ağ rəngdə nəlbəki, bir qutu xrustal stəkan, altı ədəd kompot stəkanı, altı ədəd sarı rəngdə kompot stəkanı, on iki ədəd göy rəngdə nəlbəki, altı ədəd nəlbəki, beş ədəd ağ rəngdə fincan, beş ədəd xrustal stəkan, altı ədəd fincan, altı ədəd ağ rəngdə nəlbəki, altı ədəd balaca nəlbəki (armudu stkan üçün), altı ədəd ağ rəngdə kasa, on iki ədəd ağ rəngdə balaca kasa (maskur), on beş ədəd qırmızı rəngdə balaca kasa (maskur), altı ədəd ağ rəngdə dərin boşqab, yeddi ədəd razetka, üç ədəd ağ rəngdə bulud, dörd ədəd plastmas balaca xəmir kəsən, iki ədəd şüşə fincan, bir ədəd göy rəngdə qaşığı ilə birlikdə plastmas qab, bir ədəd mikser qabı, mətbəx üçün dəst (şəkər tozu, qənd, düyü üçün qablar), bir ədəd çəhrayı rəngdə plastmas qab, bir ədəd qoz çəkən, bir ədəd plasmast rəndə, iki ədəd ağ rəngdə uzun bulud, dörd ədəd ağ rəngdə bulud, bir ədəd tort götürən bıçaq, iki ədəd balaca çərəz qabı, bir ədəd yumurta qabı, iki ədəd şüşə çərəz qabı, iki ədəd mərtəbəli çərəz qabı (biri ağ, biri göy rəngdə), iki qutu balaca stopka (şüşə), mətbəxdə işlədilən plastmas dəst, mətbəxdə işlədilən dəmir dəst, iyirmi üç ədəd böyük çəngəl dəsti, tort üçün yeddi ədəd balaca çəngəl, limon üçün altı ədəd balaca çəngəl, on səkkiz ədəd çay qaşığı, bir ədəd qayçı, bir qutu balaca bıçaq, bir ədəd balaca bıçaq, iki ədəd dəmir xəmir kəsən, iki ədəd balaca fırça, bir ədəd balaca çaydan, bir ədəd şəkər tozu üçün qab, iki ədəd balaca fincan, bir ədəd güzgü, bir ədəd tort qarışdıran, bir ədəd kartofəzən, iki ədəd bulud qaşığı, bir ədəd sarımsaq əzən, bir ədəd fındıq sındıran, on dörd ədəd yemək qaşığı, iki ədəd şüşə meyvə qabı, bir ədəd göy rəngli meyvə qabı, iki ədəd güldan, iki ədəd mürəbbə qabı, bir ədəd rəndə, iki ədəd su dolçası, bir ədəd göyərti çəkən, altı ədəd şüşə fincan, bir ədəd uzun mürəbbə qabı, bir ədəd qəndqabı, iki ədəd plasmast çörək qabı, iki ədəd qırmızı rəngli fincan, bir ədəd tərəvəz üçün qab, bir ədəd patarsərən (zajolka), iki ədəd divar saatı, bir ədəd mikser, bir ədəd ət çəkən maşın, böyük uşaq arabası, manej, bir ədəd göy rəngli hovuz, bir ədəd paltaryuyan qab, iki ədəd podnos, dörd ədəd göy rəngli qazan, bir ədəd aliminium materialında balaca qazan, bir ədəd plasmast tort qabı, bir ədəd balaca mikser, bir ədəd çuqun qab, bir ədəd çuqun bardaq (quflica), iki ədəd aşsüzən, dörd ədəd qırmızı rəngli qazan, altı ədəd plasmast qab, bir ədəd böyük aliminium materialında qazan, bir ədəd sərinkeş (vintilyator), bir ədəd çörək qabı, beş ədəd tava, bir ədəd ütü, bir ədəd ütü altı, bir ədəd plasmast şkaf, iki ədəd tül pərdə, iki ədəd qalın pərdə, iki ədəd döşək, bir ədəd taxt döşəyi, üç ədəd yorğan, iki ədəd yataq örtük dəsti, iki ədəd qırmızı rəngli yun odeyal, bir ədəd qara rəngli odeyal, bir ədəd selekon yorğan, üç ədəd balaca yastıq, dörd ədəd selekon yastıq, dörd ədəd böyük yastıq, dörd ədəd döşəkçə, bir ədəd balaca döşək, on iki ədəd dəsmal, dörd ədəd dəsmal, iyirmi ədəd yastıq üzü, doqquz ədəd mələfə, beş ədəd çexol, bir ədəd yaşıl rəngli gödəkçə, bir ədəd külqabı, iki ədəd can qurudan (böyük dəsmal), dörd ədəd dəsmal, bir ədəd balaca can qurudan, üç ədəd podnos, üç ədəd masa örtüyü, üç ədəd podnos içi, iki ədəd süfrə, bir ədəd balaca masa örtüyü, səkkiz ədəd dəsmal, 3 ədəd çay dəsmalı, bir ədəd hamam üçün can sabunlayan, iki ədəd balaca odeyal, beş ədəd çılçıraq, altı ədəd stolüstü, bir ədəd divanüstü, bir ədəd paltarasan, bir ədəd ayaqqabı qoyan, bir ədəd çarpayı, bir ədəd şifoner, bir ədəd termo, bir ədəd tumba, bir ədəd tək nəfərlik çarpayı,bir ədəd çarpayı (rastaraduşka), bir ədəd divan, bir ədəd qonaq otağı üçün stol, altı ədəd stul, mətbəx mebeli, mətbəx stol dəsti - 1 ədəd stol və 4 ədəd stul, Biryusa markalı soyuducu, LG markalı paltaryuyan, Eurolux markalı qaz sobası (mətbəx), Eurolux markalı asperator, Hisense markalı televizor, Pak Khazar markalı qaz peçi, AUX markalı kondisoner, dalğa ötürücü tava (krosno), elektrik sobası, Samsung markalı DVD, 2 ədəd xalça (daroşka), oxu stolu (jurnalni miz)) cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən evdən götürülməsi və onun tərəfimdən ödənilmiş 100 manant dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X2 ilə Cavabdeh 2018-ci ildə rəsmi nikaha daxil olmuşlar və cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Onların Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Sadiq və xx.xx.2020-ci i tarixdə Aybəniz adlı iki uşaqları dünyaya gəlmişdir. Onların ailə münasibətləri baş tutmadığından tərəflər ayrılmışlar və nikahları Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1022/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Ayrıldıqları vaxtdan cavabdeh onların yaşadığı evdən getmişlər və cavabdehin cehiz əmlakları onların evində qalmışdır. Artıq oğlu ilə iş üzrə Cavabdeh arasındakı nikah münasibətləri pozulduğundan cavabdehin əmlakları artıq evdə darısqallıq yaradır və heç bir zərurət və heç kimə lazım olmadığı, eləcə də heç kəsin istifadə etmədiyi halda cavabdehin əmlakları onun evində normal və səliqəli yaşayışlarına maneə olur. Müraciət etmələrinə baxmayaraq cavabdeh həmin əmlaklarını onun evdən götürməkdən yayınmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və cavabdehdən gəlin gələrkən gətirdiyi cehiz əmlakının onun evindən götürülməsini tələb edir. Hazırda cavabdehin ona məxsus evdə bir qutu armudu stəkan, altı ədəd ağ rəngdə nəlbəki, bir qutu xrustal stəkan, altı ədəd kompot stəkanı, altı ədəd sarı rəngdə kompot stəkanı, on iki ədəd göy rəngdə nəlbəki, altı ədəd nəlbəki, beş ədəd ağ rəngdə fincan, beş ədəd xrustal stəkan, altı ədəd fincan, altı ədəd ağ rəngdə nəlbəki, altı ədəd balaca nəlbəki (armudu stkan üçün), altı ədəd ağ rəngdə kasa, on iki ədəd ağ rəngdə balaca kasa (maskur), on beş ədəd qırmızı rəngdə balaca kasa (maskur), altı ədəd ağ rəngdə dərin boşqab, yeddi ədəd razetka, üç ədəd ağ rəngdə bulud, dörd ədəd plastmas balaca xəmir kəsən, iki ədəd şüşə fincan, bir ədəd göy rəngdə qaşığı ilə birlikdə plastmas qab, bir ədəd mikser qabı, mətbəx üçün dəst (şəkər tozu, qənd, düyü üçün qablar), bir ədəd çəhrayı rəngdə plastmas qab, bir ədəd qoz çəkən, bir ədəd plasmast rəndə, iki ədəd ağ rəngdə uzun bulud, dörd ədəd ağ rəngdə bulud, bir ədəd tort götürən bıçaq, iki ədəd balaca çərəz qabı, bir ədəd yumurta qabı, iki ədəd şüşə çərəz qabı, iki ədəd mərtəbəli çərəz qabı (biri ağ, biri göy rəngdə), iki qutu balaca stopka (şüşə), mətbəxdə işlədilən plastmas dəst, mətbəxdə işlədilən dəmir dəst, iyirmi üç ədəd böyük çəngəl dəsti, tort üçün yeddi ədəd balaca çəngəl, limon üçün altı ədəd balaca çəngəl, on səkkiz ədəd çay qaşığı, bir ədəd qayçı, bir qutu balaca bıçaq, bir ədəd balaca bıçaq, iki ədəd dəmir xəmir kəsən, iki ədəd balaca fırça, bir ədəd balaca çaydan, bir ədəd şəkər tozu üçün qab, iki ədəd balaca fincan, bir ədəd güzgü, bir ədəd tort qarışdıran, bir ədəd kartofəzən, iki ədəd bulud qaşığı, bir ədəd sarımsaq əzən, bir ədəd fındıq sındıran, on dörd ədəd yemək qaşığı, iki ədəd şüşə meyvə qabı, bir ədəd göy rəngli meyvə qabı, iki ədəd güldan, iki ədəd mürəbbə qabı, bir ədəd rəndə, iki ədəd su dolçası, bir ədəd göyərti çəkən, altı ədəd şüşə fincan, bir ədəd uzun mürəbbə qabı, bir ədəd qəndqabı, iki ədəd plasmast çörək qabı, iki ədəd qırmızı rəngli fincan, bir ədəd tərəvəz üçün qab, bir ədəd patarsərən (zajolka), iki ədəd divar saatı, bir ədəd mikser, bir ədəd ət çəkən maşın, böyük uşaq arabası, manej, bir ədəd göy rəngli hovuz, bir ədəd paltaryuyan qab, iki ədəd podnos, dörd ədəd göy rəngli qazan, bir ədəd aliminium materialında balaca qazan, bir ədəd plasmast tort qabı, bir ədəd balaca mikser, bir ədəd çuqun qab, bir ədəd çuqun bardaq (quflica), iki ədəd aşsüzən, dörd ədəd qırmızı rəngli qazan, altı ədəd plasmast qab, bir ədəd böyük aliminium materialında qazan, bir ədəd sərinkeş (vintilyator), bir ədəd çörək qabı, beş ədəd tava, bir ədəd ütü, bir ədəd ütü altı, bir ədəd plasmast şkaf, iki ədəd tül pərdə, iki ədəd qalın pərdə, iki ədəd döşək, bir ədəd taxt döşəyi, üç ədəd yorğan, iki ədəd yataq örtük dəsti, iki ədəd qırmızı rəngli yun odeyal, bir ədəd qara rəngli odeyal, bir ədəd selekon yorğan, üç ədəd balaca yastıq, dörd ədəd selekon yastıq, dörd ədəd böyük yastıq, dörd ədəd döşəkçə, bir ədəd balaca döşək, on iki ədəd dəsmal, dörd ədəd dəsmal, iyirmi ədəd yastıq üzü, doqquz ədəd mələfə, beş ədəd çexol, bir ədəd yaşıl rəngli gödəkçə, bir ədəd külqabı, iki ədəd can qurudan (böyük dəsmal), dörd ədəd dəsmal, bir ədəd balaca can qurudan, üç ədəd podnos, üç ədəd masa örtüyü, üç ədəd podnos içi, iki ədəd süfrə, bir ədəd balaca masa örtüyü, səkkiz ədəd dəsmal, 3 ədəd çay dəsmalı, bir ədəd hamam üçün can sabunlayan, iki ədəd balaca odeyal, beş ədəd çılçıraq, altı ədəd stolüstü, bir ədəd divanüstü, bir ədəd paltarasan, bir ədəd ayaqqabı qoyan, bir ədəd çarpayı, bir ədəd şifoner, bir ədəd termo, bir ədəd tumba, bir ədəd tək nəfərlik çarpayı,bir ədəd çarpayı (rastaraduşka), bir ədəd divan, bir ədəd qonaq otağı üçün stol, altı ədəd stul, mətbəx mebeli, mətbəx stol dəsti - 1 ədəd stol və 4 ədəd stul, Biryusa markalı soyuducu, LG markalı paltaryuyan, Eurolux markalı qaz sobası (mətbəx), Eurolux markalı asperator, Hisense markalı televizor, Pak Khazar markalı qaz peçi, AUX markalı kondisoner, dalğa ötürücü tava (krosno), elektrik sobası, Samsung markalı DVD, 2 ədəd xalça (daroşka), oxu stolundan (jurnalni miz) ibarət cehiz əmlakları qalmışdır. O, cavabdehin əmlakının yerləşdiyi evin qanuni sahibi və mülkiyyətçisi olduğundan hesab edir ki, cavabdehin onların ailəsi ilə qohumluq əlaqələri kəsildiyindən cavabdehin əmlaklarının ona məxsus bir evdə qalmasının heç bir qanuni əsası yoxdur. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1022/2024 saylı qətnaməsindən görünür ki, Nümayəndə ilə Cavabdeh arasında Lənkəran rayon Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış 180 saylı nikah qeydi pozulmuşdur. xx.xx.2012-cü il tarixli arayışın surətindən görünür ki, ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/9 ünvanında yerləşən 17 nömrəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydiyyata alınmaqla İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə mübahisə predmeti olan əşyaların yerləşdiyi mənzil, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixi-xx.xx.2012; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-RX0078466) əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). 1952-ci il martın 20-də Parisdə imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) təsbit olunmuşdur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beynəlxalq hüquq aktlarında İnsan Hüquqları Haqqında ümumi Bəyənnamənin 17-ci maddəsi, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyaya əlavə (1 saylı) protokolun 1ci maddəsi ilə və s. və Azərbaycan Respublikası Konstitusiyasında (29-cü maddə) isə nəzərdə tutulma fundamental İnsan hüquqları sırasında mühüm yer tutur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Mülkiyyət hüququ və məhkəmə müdafiə hüququ bir sıra beynəlxalq sənədlərdə də mühüm yer tutur. BMT-nin insan hüquqları haqqında Ümumi Bəyannaməsinin 17-ci maddəsinə görə, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ var. Heç kəs özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. İnsan hüquqlarının və X1 haqqında Konvensiyaya dair bir saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşmasını nəzərdə tutur (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi qanuni və əsaslıdır və təqdim etdiyi sübutlarla da təsdiq olunmaqdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etmiş və onun sübutları məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. İş üzrə iddaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin vermiş olduğu Çıxarışa (Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış: Qeydiyyat tarixi-xx.xx.2012; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-RX0078466) əsasən İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehə məxsus olan bir qutu armudu stəkan, altı ədəd ağ rəngdə nəlbəki, bir qutu xrustal stəkan, altı ədəd kompot stəkanı, altı ədəd sarı rəngdə kompot stəkanı, on iki ədəd göy rəngdə nəlbəki, altı ədəd nəlbəki, beş ədəd ağ rəngdə fincan, beş ədəd xrustal stəkan, altı ədəd fincan, altı ədəd ağ rəngdə nəlbəki, altı ədəd balaca nəlbəki (armudu stkan üçün), altı ədəd ağ rəngdə kasa, on iki ədəd ağ rəngdə balaca kasa (maskur), on beş ədəd qırmızı rəngdə balaca kasa (maskur), altı ədəd ağ rəngdə dərin boşqab, yeddi ədəd razetka, üç ədəd ağ rəngdə bulud, dörd ədəd plastmas balaca xəmir kəsən, iki ədəd şüşə fincan, bir ədəd göy rəngdə qaşığı ilə birlikdə plastmas qab, bir ədəd mikser qabı, mətbəx üçün dəst (şəkər tozu, qənd, düyü üçün qablar), bir ədəd çəhrayı rəngdə plastmas qab, bir ədəd qoz çəkən, bir ədəd plasmast rəndə, iki ədəd ağ rəngdə uzun bulud, dörd ədəd ağ rəngdə bulud, bir ədəd tort götürən bıçaq, iki ədəd balaca çərəz qabı, bir ədəd yumurta qabı, iki ədəd şüşə çərəz qabı, iki ədəd mərtəbəli çərəz qabı (biri ağ, biri göy rəngdə), iki qutu balaca stopka (şüşə), mətbəxdə işlədilən plastmas dəst, mətbəxdə işlədilən dəmir dəst, iyirmi üç ədəd böyük çəngəl dəsti, tort üçün yeddi ədəd balaca çəngəl, limon üçün altı ədəd balaca çəngəl, on səkkiz ədəd çay qaşığı, bir ədəd qayçı, bir qutu balaca bıçaq, bir ədəd balaca bıçaq, iki ədəd dəmir xəmir kəsən, iki ədəd balaca fırça, bir ədəd balaca çaydan, bir ədəd şəkər tozu üçün qab, iki ədəd balaca fincan, bir ədəd güzgü, bir ədəd tort qarışdıran, bir ədəd kartofəzən, iki ədəd bulud qaşığı, bir ədəd sarımsaq əzən, bir ədəd fındıq sındıran, on dörd ədəd yemək qaşığı, iki ədəd şüşə meyvə qabı, bir ədəd göy rəngli meyvə qabı, iki ədəd güldan, iki ədəd mürəbbə qabı, bir ədəd rəndə, iki ədəd su dolçası, bir ədəd göyərti çəkən, altı ədəd şüşə fincan, bir ədəd uzun mürəbbə qabı, bir ədəd qəndqabı, iki ədəd plasmast çörək qabı, iki ədəd qırmızı rəngli fincan, bir ədəd tərəvəz üçün qab, bir ədəd patarsərən (zajolka), iki ədəd divar saatı, bir ədəd mikser, bir ədəd ət çəkən maşın, böyük uşaq arabası, manej, bir ədəd göy rəngli hovuz, bir ədəd paltaryuyan qab, iki ədəd podnos, dörd ədəd göy rəngli qazan, bir ədəd aliminium materialında balaca qazan, bir ədəd plasmast tort qabı, bir ədəd balaca mikser, bir ədəd çuqun qab, bir ədəd çuqun bardaq (quflica), iki ədəd aşsüzən, dörd ədəd qırmızı rəngli qazan, altı ədəd plasmast qab, bir ədəd böyük aliminium materialında qazan, bir ədəd sərinkeş (vintilyator), bir ədəd çörək qabı, beş ədəd tava, bir ədəd ütü, bir ədəd ütü altı, bir ədəd plasmast şkaf, iki ədəd tül pərdə, iki ədəd qalın pərdə, iki ədəd döşək, bir ədəd taxt döşəyi, üç ədəd yorğan, iki ədəd yataq örtük dəsti, iki ədəd qırmızı rəngli yun odeyal, bir ədəd qara rəngli odeyal, bir ədəd selekon yorğan, üç ədəd balaca yastıq, dörd ədəd selekon yastıq, dörd ədəd böyük yastıq, dörd ədəd döşəkçə, bir ədəd balaca döşək, on iki ədəd dəsmal, dörd ədəd dəsmal, iyirmi ədəd yastıq üzü, doqquz ədəd mələfə, beş ədəd çexol, bir ədəd yaşıl rəngli gödəkçə, bir ədəd külqabı, iki ədəd can qurudan (böyük dəsmal), dörd ədəd dəsmal, bir ədəd balaca can qurudan, üç ədəd podnos, üç ədəd masa örtüyü, üç ədəd podnos içi, iki ədəd süfrə, bir ədəd balaca masa örtüyü, səkkiz ədəd dəsmal, 3 ədəd çay dəsmalı, bir ədəd hamam üçün can sabunlayan, iki ədəd balaca odeyal, beş ədəd çılçıraq, altı ədəd stolüstü, bir ədəd divanüstü, bir ədəd paltarasan, bir ədəd ayaqqabı qoyan, bir ədəd çarpayı, bir ədəd şifoner, bir ədəd termo, bir ədəd tumba, bir ədəd tək nəfərlik çarpayı,bir ədəd çarpayı (rastaraduşka), bir ədəd divan, bir ədəd qonaq otağı üçün stol, altı ədəd stul, mətbəx mebeli, mətbəx stol dəsti - 1 ədəd stol və 4 ədəd stul, Biryusa markalı soyuducu, LG markalı paltaryuyan, Eurolux markalı qaz sobası (mətbəx), Eurolux markalı asperator, Hisense markalı televizor, Pak Khazar markalı qaz peçi, AUX markalı kondisoner, dalğa ötürücü tava (krosno), elektrik sobası, Samsung markalı DVD, 2 ədəd xalça (daroşka), oxu stolu (jurnalni miz) çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin vermiş olduğu Çıxarışa (Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış: Qeydiyyat tarixi-xx.xx.2012; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-RX0078466) əsasən İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehə məxsus olan bir qutu armudu stəkan, altı ədəd ağ rəngdə nəlbəki, bir qutu xrustal stəkan, altı ədəd kompot stəkanı, altı ədəd sarı rəngdə kompot stəkanı, on iki ədəd göy rəngdə nəlbəki, altı ədəd nəlbəki, beş ədəd ağ rəngdə fincan, beş ədəd xrustal stəkan, altı ədəd fincan, altı ədəd ağ rəngdə nəlbəki, altı ədəd balaca nəlbəki (armudu stkan üçün), altı ədəd ağ rəngdə kasa, on iki ədəd ağ rəngdə balaca kasa (maskur), on beş ədəd qırmızı rəngdə balaca kasa (maskur), altı ədəd ağ rəngdə dərin boşqab, yeddi ədəd razetka, üç ədəd ağ rəngdə bulud, dörd ədəd plastmas balaca xəmir kəsən, iki ədəd şüşə fincan, bir ədəd göy rəngdə qaşığı ilə birlikdə plastmas qab, bir ədəd mikser qabı, mətbəx üçün dəst (şəkər tozu, qənd, düyü üçün qablar), bir ədəd çəhrayı rəngdə plastmas qab, bir ədəd qoz çəkən, bir ədəd plasmast rəndə, iki ədəd ağ rəngdə uzun bulud, dörd ədəd ağ rəngdə bulud, bir ədəd tort götürən bıçaq, iki ədəd balaca çərəz qabı, bir ədəd yumurta qabı, iki ədəd şüşə çərəz qabı, iki ədəd mərtəbəli çərəz qabı (biri ağ, biri göy rəngdə), iki qutu balaca stopka (şüşə), mətbəxdə işlədilən plastmas dəst, mətbəxdə işlədilən dəmir dəst, iyirmi üç ədəd böyük çəngəl dəsti, tort üçün yeddi ədəd balaca çəngəl, limon üçün altı ədəd balaca çəngəl, on səkkiz ədəd çay qaşığı, bir ədəd qayçı, bir qutu balaca bıçaq, bir ədəd balaca bıçaq, iki ədəd dəmir xəmir kəsən, iki ədəd balaca fırça, bir ədəd balaca çaydan, bir ədəd şəkər tozu üçün qab, iki ədəd balaca fincan, bir ədəd güzgü, bir ədəd tort qarışdıran, bir ədəd kartofəzən, iki ədəd bulud qaşığı, bir ədəd sarımsaq əzən, bir ədəd fındıq sındıran, on dörd ədəd yemək qaşığı, iki ədəd şüşə meyvə qabı, bir ədəd göy rəngli meyvə qabı, iki ədəd güldan, iki ədəd mürəbbə qabı, bir ədəd rəndə, iki ədəd su dolçası, bir ədəd göyərti çəkən, altı ədəd şüşə fincan, bir ədəd uzun mürəbbə qabı, bir ədəd qəndqabı, iki ədəd plasmast çörək qabı, iki ədəd qırmızı rəngli fincan, bir ədəd tərəvəz üçün qab, bir ədəd patarsərən (zajolka), iki ədəd divar saatı, bir ədəd mikser, bir ədəd ət çəkən maşın, böyük uşaq arabası, manej, bir ədəd göy rəngli hovuz, bir ədəd paltaryuyan qab, iki ədəd podnos, dörd ədəd göy rəngli qazan, bir ədəd aliminium materialında balaca qazan, bir ədəd plasmast tort qabı, bir ədəd balaca mikser, bir ədəd çuqun qab, bir ədəd çuqun bardaq (quflica), iki ədəd aşsüzən, dörd ədəd qırmızı rəngli qazan, altı ədəd plasmast qab, bir ədəd böyük aliminium materialında qazan, bir ədəd sərinkeş (vintilyator), bir ədəd çörək qabı, beş ədəd tava, bir ədəd ütü, bir ədəd ütü altı, bir ədəd plasmast şkaf, iki ədəd tül pərdə, iki ədəd qalın pərdə, iki ədəd döşək, bir ədəd taxt döşəyi, üç ədəd yorğan, iki ədəd yataq örtük dəsti, iki ədəd qırmızı rəngli yun odeyal, bir ədəd qara rəngli odeyal, bir ədəd selekon yorğan, üç ədəd balaca yastıq, dörd ədəd selekon yastıq, dörd ədəd böyük yastıq, dörd ədəd döşəkçə, bir ədəd balaca döşək, on iki ədəd dəsmal, dörd ədəd dəsmal, iyirmi ədəd yastıq üzü, doqquz ədəd mələfə, beş ədəd çexol, bir ədəd yaşıl rəngli gödəkçə, bir ədəd külqabı, iki ədəd can qurudan (böyük dəsmal), dörd ədəd dəsmal, bir ədəd balaca can qurudan, üç ədəd podnos, üç ədəd masa örtüyü, üç ədəd podnos içi, iki ədəd süfrə, bir ədəd balaca masa örtüyü, səkkiz ədəd dəsmal, 3 ədəd çay dəsmalı, bir ədəd hamam üçün can sabunlayan, iki ədəd balaca odeyal, beş ədəd çılçıraq, altı ədəd stolüstü, bir ədəd divanüstü, bir ədəd paltarasan, bir ədəd ayaqqabı qoyan, bir ədəd çarpayı, bir ədəd şifoner, bir ədəd termo, bir ədəd tumba, bir ədəd tək nəfərlik çarpayı,bir ədəd çarpayı (rastaraduşka), bir ədəd divan, bir ədəd qonaq otağı üçün stol, altı ədəd stul, mətbəx mebeli, mətbəx stol dəsti - 1 ədəd stol və 4 ədəd stul, Biryusa markalı soyuducu, LG markalı paltaryuyan, Eurolux markalı qaz sobası (mətbəx), Eurolux markalı asperator, Hisense markalı televizor, Pak Khazar markalı qaz peçi, AUX markalı kondisoner, dalğa ötürücü tava (krosno), elektrik sobası, Samsung markalı DVD, 2 ədəd xalça (daroşka), oxu stolu (jurnalni miz) çıxarılsın. İş üzrə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar