Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2595/2025 22.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X2, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “fərdi yaşayış edindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququna xitam verilməsi, evin boşaldılması və cavabdehin həmin evdən çıxarılaraq, evin İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən əvvəllər Cavabdeh4 məxsus olmuş ünvan 1 ünvandayerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adına rəsmiləşdirilmişdir. İddiaçı QSC-nin sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X4 qeydə alındığı andan keçmiş mülkiyyətçinin ünvan 1 ünvandayerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ itirilmişdir. Qeyd edilməlidir ki, Cavabdeh4 verilmiş kredit vəsaitinin hesabına bərpasının təmin edilməsi üçün sözügedən evin müvafiq qaydada satılması zərurəti yaranmışdır. Cavabdeh4 həmin yaşayış evindən istifadə etdiyini nəzərə alaraq, həmin evin alınması İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixli 13-7/2-3-12/339/2024 saylı məktubla ilkin olaraq ona təklif edilmişdir. Əks təqdirdə evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi Cavabdeh4a bildirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 mülkiyyətdə olan evi tərk etməmiş, xəbərdarlığa heç bir reaksiya verməmiş və hal-hazırda həmin evdən qanunsuz istifadə etməkdə davam edirlər. Məhkəməiclasında iştirak edən iddiçının nümayəndəsi X3 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavadehlərə rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər gəlməməsi barədə də məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə, göstərilən əsasa və MPM 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli Çıxarışa əsasən əvvəllər Cavabdeh4 məxsus olmuş ünvan 1 ünvandayerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2025-ci il tarixli, 74295135 saylı ödəniş qəbzindən görünür ki, İddiaçı QSC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə “Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 157.2-ci maddəsinə görə mülkiyyətçi (bizim halda İddiaçı SKT) özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə, daşınmaz əmlak tamamilə məhv olduqda daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvandayerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adına rəsmiləşdirilmişdir. Həmin mənzildə isə hazırda cavabdelər yaşayırlar. Bu hal müvafiq çıxarışla da tam təsdiq olunur. Belə olan halda isə iddiaçı mülkiyyətçi kimi öz mülkiyyətinə sahiblik və ondan istifadə edə bilmədiyi üçün iddia təmin edilməlidir. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında araşdırılmış sübutları, eləcə nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, cavabdehlərə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə, məhkəmə bildirişi poçt vasitəsi ilə çatdırılmasına baxmayaraq cavahdelər iddiaya qarşı etiraz verməmişlər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququna xitam verilsin, ev boşaldılsın və cavabdehlər həmin evdən çıxarılaraq ev İddiaçı QSC-yə təhvil verilsin. İş üzrə ödənilmiş 100,0 manat dövlət rüsumu cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı QSC-yə ödənilməsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-2595/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2595/2025
22.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver