Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2632/2025 22.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması və iddiaçıya təhvil verilməsi” barədə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüququna xitam verilməsi, evin boşaldılması və cavabdehin həmin evdən çıxarılaraq, evin İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən əvvəllər Cavabdeh1 məxsus olmuş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının adına rəsmiləşdirilmişdir. İddiaçı QSC-nin sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X8 qeydə alındığı andan keçmiş mülkiyyətçinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ itirilmişdir. Cavabdeh1 verilmiş kredit vəsaitinin hesabına bərpasının təmin edilməsi üçün sözügedən evin müvafiq qaydada satılması zərurəti yaranmışdır. Cavabdeh1 həmin yaşayış evindən istifadə etdiyini nəzərə alaraq, həmin evin alınması İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixli 13-7/2-3-12/338/2024 saylı məktubla ilkin olaraq ona təklif edilmişdir. Əks təqdirdə evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi Cavabdeh1 bildirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 mülkiyyətində olan evi tərk etməmiş, xəbərdarlığa heç bir reaksiya verməmiş və hal-hazırda həmin evdən qanunsuz istifadə etməkdə davam edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 241.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini 18/19-ok saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı QSC BOKT-nin xeyrinə təkrar ipoteka ilə yüklü etmişdir. İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 241.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini 44/19-ok saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı QSC BOKT-nin xeyrinə təkrar ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 məxsus olan AZE Seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ünvan 3 ünvanında pasport qeydiyyatındadır. Cavabdeh2 məxsus olan AZE Seriyalı, 14011762 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, ünvan 4 ünvanında pasport qeydiyyatındadır. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********70-10301 olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 241.3 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Lənkəran ŞİHB-nin Liman şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Lənkəran filialına ünvanladığı xx.xx.2024-cü il tarixli, 12-13/221 №-li arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh1 həmin evdə təsərrüfat qeydiyyatında olan ailə üzvləri – anası X3, arvadı Cavabdeh2, uşaqları X4 və X5 ibarətdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, onların həmin yaşayış evindən istifadə etdikləri nəzərə alınaraq, həmin evin alınması İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixli 13-7/2-3-12/338/2024 saylı məktubla ilkin olaraq ona təklif edilmişdir. 10 gün ərzində təkliüfə münasibət bildirilmədiyi halda evin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi barədə tədbirlər görüləcəyi diqqətə çatdırılmışdır. xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 241.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini 18/19-ok saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı QSC BOKT-nin xeyrinə təkrar ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 241.3 kv.m olan 5 otaqlı fərdi yaşayış evini 44/19-ok saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı QSC BOKT-nin xeyrinə təkrar ipoteka ilə yüklü etmişdir. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********70-10301 olan Çıxarışa əsasən ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 241.3 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər iddiaçının mülkiyyətində olan evi tərk etməmiş, xəbərdarlığa heç bir reaksiya verməmiş və hal-hazırda həmin evdən istifadə etməkdə davam edirlər. Məhkəmə iddiaçının xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəyə münasibətdə qeyd edir ki, iddiaçı həmin ərizə ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 istifadə hüquqlarına xitam verilməsi, evin boşaldılması və cavabdehlərin həmin evdən çıxarılaraq, evin İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100,0 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddaçı həmin ərizəni məhkəmə baxış mərhələsində verməsini Lənkəran ŞİHB Liman şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 1339 saylı arayışı ilə əsaslandırmışdır. Belə ki, həmin arayışda İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh1 ailə üzvləri ilə birlikdə X3 və Cavabdeh2 olaraq yaşadıqları qeyd olunmuşdur. Lakin həmin hal, yəni iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində işdə olan cavabdehlərlə yanaşı X1 faktiki olaraq yaşaması iddiaçıya hələ hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə xx.xx.2024-cü il tarixdə məlum idi. Belə ki, xx.xx.2025-ci il tarixdə hazırki tələblə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə məhkəməyə müraciət etmiş iddiaçı Lənkəran ŞİHB-nin Liman ŞİƏD üzrə nümayəndəliyi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Lənkəran filialına ünvanladığı xx.xx.2024-cü il tarixli, 12-13/221 №-li arayışı iddia ərizəsinə əlavə etmişdir. Həmin arayışda da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1 ilə yanaşı ailə üzvləri – anası X3, arvadı Cavabdeh2, uşaqları X4 və X7 faktiki yaşadıqları qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanları nəzərə alaraq məhkəmə iddiaçının işin hazırlıq mərhələsində ona məlum olmasına baxmayaraq məhkəmə baxışı zamanı iddianın iddia tələbinin həcmini artırmağa dair verdiyi ərizənin qəbul edilməsini qanunauyğun hesab etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 №-li Qərardadının 22-ci bəndində ifadə edilmiş hüquqi mövqeyə görə əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli Qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 100 manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, ev boşaldılmalı və cavabdehlər həmin evdən çıxarılaraq, ev İddiaçı QSC-yə təhvil verilməli və ödənilmiş 100,0 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-210-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Həmin ev boşaldılaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evdən çıxarılsınlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına təhvil verilsin. Ödənilmiş 100,0 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-2632/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2632/2025
22.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver