Məhkəmə qərarları › İş №e-2(049)-268/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-268/2023

24.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-268/2023 24.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “11700 manat məbləğində borc pulun qaytarılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “11700 manat məbləğində borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada mülki iş üzrə İddiaçı məlumatlandırılsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə verərək, işin mahiyyəti üzrə baxılmasını istəmədiyini göstərərək işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin işin mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “11700 manat məbləğində borc pulun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “11700 manat məbləğində borc pulun qaytarılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərflərə elan olunduğu vaxtdan və ya rəsmi qaydada verlidikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar