Məhkəmə qərarları › İş №e-2(049)-270/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-270/2025

03.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-270/2025 03.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Lənkəran X5 İdarəsinin ünvan 1i ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü D=76 mm-lik qaz kəmərinin mühafizə zonasında (üzərində) Cavabdeh tərəfindən inşa edilmiş tikilinin öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş 100,00 manat dövlət rüsümunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən 05.08 2024-cü il tarixdə küçə qaz kəmərlərinə baxış keçirilərkən Lənkəran rayonu, Aşağı Nüvədi kəndində yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından küçə kənarı ilə keçən Lənkəran X5 İdarəsinin Lənkəran XS-nin balansında və istismarında olan orta təzyiqli, yerüstu D=76 mm-lik qaz kəmərinə baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh tərəfindən fərdi yaşayış evinə sonaradan artırılmış tikilinin artırılması zamanı həmin qaz kəmərinin L=8,0 p/m hissəsinin qanunsuz olaraq tikilinin altına salınması aşkarlanmışdır. Bildirmək istəyirik ki, tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Bu da qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala duşməsi nəticəsində təbii qazın havaya sovrulması və s. kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməməsinə səbəb olur. Cavabdeh tərəfin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tlkinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qaz kəmərinin mühafizə zonasını pozması fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən də daşıyıcı qaz kəmərinin mühafizə zonası Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi zəruridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdalıq məktubundan görünür ki, Lənkəran rayonu, Aşağı Nüvədi kəndi ünvanında küçə kənarı ilə keçən Lənkəran X5 İdarəsinin istismarında və balansında olan D=6 mm-lik orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin mühafizə zonasını pozaraq qaz xəttinin L=8,0 p/m hissəsinin üzərində tikili artırılmaqla qaz xəttinin tikilinin altında qalması müəyyən edilmişdir. Qaz kəmərinin mühafizə zonasının pozulmasına görə qaz kəmərinə vaxtında texniki xidmət göstərilməsinə və yarana biləcək qəza hallarının aradan qaldırılmasına çətinlik yaranmasına səbəb ola bilər. Qaz kəmərinin mühafizə zonasının pozulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinin kobud surətdə pozulması deməkdir. Bütün bunları nəzərə alaraq, 5 gün müddətində daşıyıcı qaz kəmərinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024-cü il tarixində Lənkəran rayonu, Aşağı Nüvədi kəndində yaşayan, Cavabdeh məxsus fərdi yaşayış evinin qarşısından keçən orta təzyiqli D76 mm-lik qaz kəmərinə baxış keçirilmişdir. Baxış zamanı vətəndaş qaz xəttinin L=8,0 p/m hissəsinin yaşayış evinə artırdığı tikilinin altına salmışdır. Halhazırda qaz xətti tikilinin (evə artırılan) altından keçdiyi üçün həmin qaz xəttinə vaxtaşırı texniki xidmət göstərmək və yaxud qaz sızmasının yoxlanılmasına maneəçilik törətdiyi üçün qaz kəmərlərinin zonasını kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/3948 nömrəli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-3-43/2-1636/2025 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı İddiaçınə məxsus qaz kəmərinin üzərində Cavabdeh tərəfindən tikililərin (mətbəx, hamam və sarayın) inşa edilməsi müəyyən olunmuşdur. Qeyd edilən qaz kəmərinin Cavabdeh istifadəsində olan tikintialtı torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Qeyd edilən qaz kəmərinin yerləşdiyi həmin hissənin uzunluğunun 9,6 metr (bunun 8,3 metrinin kəmərin üstü açıq olmaqla sarayın daxilində yerləşməsi) olması müəyyən olunmudur. Qaz kəmərinin həmin hissəsinin yerləşdiyi torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Asan ödəniş portalından görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu asan ödəniş portalı vasitəsi ilə ödənilmişdir. Debit haqqında bildirişdən görünür ki, mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən 95 manat ödənilmişdir. Məhkəmə iddia ərizəsində qeyd olunanları, iddiaçının nümayəndəsinin izahatını, habelə iş materiallarında olan sənədləri araşdıraraq bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin hüquqi əsasını Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları" təsdiq edilməsi haqqında Qaydaları təşkil edir. Belə ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın: 1.2. Bu Qaydalar şəhərlərin, qəsəbələrin və yaşayış məntəqələrinin ərazisində qaz kəmərlərini və qaz kəmərlərindəki qurğuları, qazdan xammal kimi istifadə edən sənaye müəssisələrinə təbii qaz verən qəsəbələrarası qaz kəmərlərini, habelə mayeləşdirilmiş qazdoldurma məntəqələrini, təbii qazdan neftlə birlikdə çıxarılan, mayeləşdirilmiş karbohidrogen qazlarından yanacaq kimi istifadə edilməsini layihələndirən, tikən, quraşdıran və istismar edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün məcburidir. 1.4. Şəhərlərdə, qəsəbələrdə və yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində, əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması, həmçinin qazdoldurma stansiyalarının, mayeləşdirilmiş karbohidrogen qazları üçün çənlərin qurulması və tikilməsi, avtomobil qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin quraşdırılması və tikintisi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. 2.11. Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri 2.13. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. 3.2. Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. 2 nömrəli Əlavəyə uyğun olaraq "Yeraltı qaz kəmərlərindən binalara və tikintilərə qədər olan məsafə (planda). Yeraltı qaz kəmərlərindən horizontal üzrə binalara və tikintilərə qədər olan məsafə (metr)" başlıqlı cədvəlin tələblərinə əsasən orta təzyiqli (0,05-dən 3-ə qədər) qaz kəmərindən binalar və tikintilərin özülünə, yolüstü körpülərə və tunellərə qədər məsafə 4 metr olmalıdır. Qeyd olunan hüquq normalarından müəyyən olunur ki, şəhərlərdə, qəsəbələrdə və yaşayış məntəqələrində, sənaye, kənd təsərrüfatı və kommunal müəssisələrinin ərazilərində, əhaliyə məişət xidməti müəssisələrində, yaşayış binalarında qaz kəmərlərinin tikilməsi və onlarda qurğuların quraşdırılması, həmçinin qazdoldurma stansiyalarının, mayeləşdirilmiş karbohidrogen qazları üçün çənlərin qurulması və tikilməsi, avtomobil qazdoldurma stansiyalarının, qazdoldurma məntəqələrinin quraşdırılması və tikintisi, bir qayda olaraq, ixtisaslaşdırılmış layihə təşkilatları tərəfindən qüvvədə olan normativ sənədlərin və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. Hazırki işin hallarından müəyyən olunur ki, Lənkəran rayonu, Aşağı Nüvədi kəndi ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinin qarşısından keçən orta təzyiqli D76 mm-lik qaz kəmərinin L=8,0 p/m hissəsinin yaşayış evinə artırdığı tikilinin altına salmışdır. İddiaçı qaz kəmərinin mühafizə zonasının Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsini tələb edir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 3.4-cü bəndinə əsasən “Şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ərazisində qaz kəmərləri, bir qayda olaraq, torpağa basdırılır, sənaye və kommunal müəssisələri ərazisində isə yerin üstü ilə çəkilir. Məhəllələrarası (həyətlərarası) qaz kəmərlərinin çəkilməsi həm yeraltı, həm də yerüstü aparıla bilər (dayaqlar üzəri ilə, yaxud yaşayış və ictimai binaların xarici divar boyu ilə).” Məhkəmə həmçinin qeyd edir ki, hal-hazırkı mübahisədə D=76 mm-lik orta təzyiqli, yerüstü, daşıyıcı qaz kəmərinin mühafizə zonasını pozaraq qaz xəttinin L=8,0 p/m hissəsinin üzərində tikili artırılmaqla, qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Bu da qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması, həyat üçün təhlükəli olan partalayışa səbəb olması, həmçinin kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməsinin qarşısını alır. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, o, qaz xətti üzərindəki süni maneələri, onun üzərində örtülmüş metlaxların sökülərək qaz xətti üzərində yaranan maneənin aradan qaldırılmasını tələb edir ki, gələcəkdə baş verə biləcək hər hansı bir hadisə zamanı təcili müdaxilə etmək mümkün olsun. Qeyd olunanlara məhkəmə məcmu halda qiymət verərək hesab edir ki, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”-nın tələbləri baxımından, qaz xətti üzərində yerləşən pilləkən və onun üzərinə örtülmüş daşlar sökülərək qaz kəməri açıq görünən vəziyyətə gətirilməklə əvvəlki vəziyyət bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməli, İddiaçı Lənkəran X5 İdarəsinin ünvan 1i ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü D=76 mm-lik qaz kəmərinin mühafizə zonasında (üzərində) Cavabdeh tərəfindən inşa edilmiş tikililər (mətbəx, hamam və saray) onun öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Lənkəran X5 İdarəsinin ünvan 1i ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü D=76 mm-lik qaz kəmərinin mühafizə zonasında (üzərində) Cavabdeh tərəfindən inşa edilmiş tikililər (mətbəx, hamam və saray) onun öz vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilsin. Cavabdeh ödənilmiş dövlət rüsümu 100 (bir yüz) manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat alınaraq İddiaçı İB-nin Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar