Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2754/2024 30.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - iddiaçı «X2» X4 Cavabdeh qarşı 3 baş inəyin natura şəklində qaytarılmasıvə s. tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 30 iyul 2024-cü il tarixdə baxaraq, müəyyən etdim : İddiaçı «X2» X7 Cavabdeh qarşı 3 baş inəyin natura şəklində qaytarılmasıvə s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən tələb olunan 3 baş inəy artıq satılmış və ehtimal olunur ki, iddiaçı tərəfindən tələb olunan 65 ədəd yonca qarışığı artıq istifadə olunmuşdur. Belə olan halda verilmiş 3 baş inəyin və 65 ədəd yonca qarışığının qaytarılması qeyri-mümükündür. İddiaçı eyni növlü və eyni keyfiyyətli inəy və yonca qarışığını tələb etsə də, onları qiymətləndirməmişdir. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 4 saylı qərarın 9.2-ci maddəsinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Əmlak qiymətyləndirilmədiyi üçün, iddianın təmin olunacağı təqdirdə cavabdehdən tutulacaq dövlət rüsumunun məbləğini müəyyən etmək mümkün olmayacaqdır. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, iddiaçı iddia predmetinin qiymətini göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçının məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçı iddia predmetinin qiymətini göstərmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : «X2» X6 Cavabdeh qarşı 3 baş inəyin natura şəklində qaytarılması və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(049)-2754/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2754/2024
30.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver