Məhkəmə qərarları › İş №e-2(049)-3177/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3177/2025

24.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3177/2025 24.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ : Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi, Bakı şəhər 6 saylı Vəkil bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən onunla cavabdehin mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı 1/6 payına görə Cavabdeh kompensasiya verilməklə həmin daşınmaz əmlak üzərində onun mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiaları üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəli Çıxarışa əsasən onunla cavabdehin mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin qapalı hərracdan satılaraq satış pulunun cavabdehlə arasında paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra o, xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verib Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəli Çıxarışa əsasən onunla cavabdehin mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı 1/6 payına görə Cavabdeh 10000 manat kompensasiya verilməklə həmin daşınmaz əmlak üzərində onun mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu dəfə, xx.xx.2025-ci il tarixdə onun nümayəndəsi Nümayəndə1 bir daha iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verib Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəli Çıxarışa əsasən iddiaçı ilə cavabdehin mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı 1/6 payına görə Cavabdeh 12500 manat kompensasiya verilməklə həmin daşınmaz əmlak üzərində onun mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi vardır. Qeyd olunan daşınmaz əmlakda onun payı 5/6, cavabdehin payı isə 1/6-dir. Həmin daşınmaz əmlaka dair hüquqları qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən **********46-10301 reyestr nömrəli çıxarış verilmişdir. Sözügedən daşınmaz əmlakda hər birnə düşən pay aydındır. Lakin həmin payın konkret olaraq daşınmaz əmlakın hansı hissəsindən olması məlum olmamaqla, paylarının ayrılması ilə bağlı cavabdehlə aralarında razılıq əldə edilmədiyndən daşınmaz əmlakda olan paylarının naturada ayrılması mümkün olmamışdır. Nəticədə isə daşınmaz əmlakın mülkiyyətində olan hissəsi naturada ayrılmadığından öz payı üzərində faktiki olaraq sərəncam verə bilmir. Sözügedən daşınmaz əmlakda paylarının naturada ayrılması barədə müraciəti əsasında Lənkəran Rayon Məhkəməsində araşdırma aparılmış, müvafiq ekspertiza təyin edilmiş, ekspertiza yolu ilə də qeyd olunan daşınmaz əmlakın naturada bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. Həmin daşınmaz əmlakın dəyərinin payına düşən hissəsinin ona verilməsi, yaxud cavabdehin payına düşən hissəsinin ona verməyi ilə bağlı müraciəti nəticəsiz qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın predmetini paylı mülkiyyətdə olan daşınmaz əmlakdakı payın hərracda satılaraq dəyərinin paylarına uyğun bölgüsü təşkil etməklə, iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısı- Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəli Çıxarış, paylı mülkiyyətdə olan həmin əmlakın naturada bölgüsünün mümkünsüzlüyünə dair Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən ibarət olmaqla həmin sənədləri iddia ərizəsinə əlavə etmişdir. Qanunvericiliyin tələbinə əsasən sözügedən daşınmaz əmlak cavabdehlə paylı mülkiyyətləri olsa da, həmin daşınmaz əmlakın paylarına uyğun bölgüsünün mümkünsüzlüyü səbəbindən qeyd olunan daşınmaz əmlak satılmaqla dəyərinin paylarına uyğun aralarında bölünməsi məhkəmə qaydasında həyata keçirilməlidir. Mübahisənin məhkəmədənkənar həllinə dair cavabdehlərə yazılı olaraq müraciət etmiş və müraciəti cavabdeh tərəfindən alınmasına baxmayaraq müraciəti təmin edilməmişdir. Cavabdeh nə birgə mülkiyyətlərində olan daşınmaz əmlakın dəyərinin payına düşən hissəsini ona vermədiyindən, nə də həmin daşınmaz əmlakı satıb dəyərini aralarında bölməyə razı olmadığından yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra verdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini onunla əsalandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evindən ibarət əmlakda onun payı 5/6, cavabdehin payı isə 1/6-dir. Evin yaşayış sahəsi 70 kv.metrdir ki, bunun da 1/6-i 11,6 kv.metr təşkil edir. Cavabdeh Bakı şəhərində qeydiyyatda olmaqla həmin evdə ümumiyyətlə yaşamır. Evə dair kommunal xərclərin ödənilməsində, təsərrüfatın idarə edilməsində iştirak etmir. Bütün bu xərcləri özü qarşılayıram. Qeyd olunan daşınmaz əmlakda cavabdeh 1/6 paya sənəd üzərində malik olsa da, faktiki olaraq oradan istifadə etmir. Onun həmin evdə ümumiyyətlə heç bir əmlakı yoxdur. Bu isə cavabdehin qeyd olunan əmlakda payının cüzi olmaqla, ümumi əmlakın ida edilməsində mühüm mənafeyinin olmamasını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətdə olan əmlakda cavabdehin payı cüzi olmaqla ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadığından ona tərəfimdən kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilə bilər. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi sonuncu dəfə dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi ayrı-ayrılıqda sonuncu dəfə dəqiqləşdirilmiş iddia tələbini qəbul edib onun təmin olunmasına etiraz etməmişlər. Cavabdeh bu barədə məhkəməyə yazılı ərizə də təqdim eytmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR : Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,080160 ha. həyətyanı torpaq sahəsi və 105.40 kv.m. fərdi yaşayış evi 5/6 hissədə iddiaçının, 1/6 hissədə isə cavabdehin adına paylı mülkiyyət hüququ əsasında dövlət qreydiyyatına alınmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(049)-2232/2024 nömrəli qətnamədən görünür ki, yuxarıda qeyd olunan əmlskın naturada bölgüsü mümkün olmadığından iddiaçının cavabdehə qarşı verdiyi iddia təmin olunmamışdır. "xxxx"MMC-nin rəyindən görünür ki, yuxarıda qeyd olunan əmlakın bazar dəyəri 75000 manat, likvid dəyəri isə 73000 manat təşkil eləyir. Məhkəmə qeyd edir ki, işdə olan digər sənədlər işin həllinə təsir olmadığından, onların tədqiqinə zərurət yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehi və onun nümayəndəsinin izahatlarını dinləyib, cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən isə məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclasında ərizə verərək sonuncu dəfə dəqiqləşdirlmiş iddia tələbini qəbul etdiyindən, onu etirafı məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü həmin tələb təmin olunmalı, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəli Çıxarışa əsasən iddiaçı ilə cavabdehin mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı 1/6 payına görə Cavabdeh 12500 manat kompensasiya verilməklə həmin daşınmaz əmlak üzərində onun mülkiyyət hüququna xitam verilməli, cavabdehə 12500 manat kompensasiya verilməklə onun həmin əmlakda olan payına xitam verilməsi eyni vaxtaa icra edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəli Çıxarışa əsasən iddiaçı ilə cavabdehin mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı 1/6 payına görə Cavabdeh 12500 manat kompensasiya verilməklə həmin daşınmaz əmlak üzərində onun mülkiyyət hüququna xitam verilsin. Cavabdeh 12500 manat kompensasiya verilməklə onun həmin əmlakda olan payına xitam verilməsi eyni vaxtda icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar