Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3238/2024 10.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - iddiaçı «X2» X4 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli 3 baş inəyin natura şəklində qaytarılması və s. tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı «X2» X7 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli 3 baş inəyin natura şəklində qaytarılması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bundan əvvəl isə Cavabdeh qarşı 3 baş inəyin natura şəklində qaytarılması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah olunmuşdur ki, iddiaçı eyni növlü və eyni keyfiyyətli inəy və yonca qarışığını tələb etsə belə, onları qiymətləndirməlidir. Ona tövsiyyə olunmuşdur ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Lakin, iddiaçı yenidən analoji nöqsanla məhkəməyə müraciət etmişdir. Buna görə də hesab edirəm ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri təkrar geri qaytarılmalı və iddiaçı, bir daha qeyd olunan nöqsanı aradan qaldırmadan iddia verdiyi halda cərimə olunacağı barədə xəbərdar edilməlidir. Təkrar olaraq qeyd edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 3 baş inəy artıq satılmış və ehtimal olunur ki, iddiaçı tərəfindən tələb olunan 65 ədəd yonca qarışığı da artıq istifadə olunmuşdur. Hazırda iddiaçı eyni növlü və eyni keyfiyyətli inəy və yonca qarışığını tələb edir. Məhkəmə iddianı təmin etmiş olsa belə, eyni növlü və eyni keyfiyyətli inəy və yoncanı cabadeh tapıb verə bilməzsə, onun dəyəri alınaraq iddiaçıya verilməlidir. Buna görə də, imperativ (yəni tələblərinə mütləq riayət olunmalı) norma olan Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsi, qətnamədə alınmalı əmlakla bərabər onun dəyərinin də qeyd edilməsini tələb edir. Təkrar olaraq bildirirəm ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, iddiaçı təkrar olaraq iddia predmetinin qiymətini göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçının məhkəməyə daxil olmuş ərizəsini bir daha nəzərdən keçirib hesab edirəm ki, iddiaçı iddia predmetinin qiymətini təkrar göstərmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPMnin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. İddiaçıya izah olunur ki, MPM-nin 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. İddiaçı artqıq 2-ci dəfədir ki, nöqsanlı eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət edərək işə düşgün və tezliklə baxılmasına maneçilik törədir. Buna görə də bir daha qeyd olunan nöqsanları aradan qaldırmadan iddiaçı ərizə verərsə, o, 500 manatadək cərimə oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : «X2» X6 Cavabdeh qarşı eyni növlü və keyfiyyətli 3 baş inəyin natura şəklində qaytarılmasıvə s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər təkrar geri qaytarılsın. İddiaçıya təkrar izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(049)-3238/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3238/2024
10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver