Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3461/2024 23.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, X1 barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X4, Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə, barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmışdır. İlk növbədə qeyd olunmalıdır ki, ərizəçinin soyadı, adı və ata adı məhkəməyə təqdim edilmiş ərizənin kağız daşıyıcı versiyasında, elektron versiyasında və işə əlavə edilmiş sənədlərdə (pasport, etibarnamə, mediasiya arayışı və sair) X7, İddiaçı və Baıramov Ruslan kimi fərqli yazılışda qeyd edilmişdir. Ərizənin məzmunundan göründüyü kimi, hazırki ərizədə qeyd edilən tələb mülki prosessual qanunvericilikdə xüsusi icraat qaydasında baxılan işlər sırasına aiddir. Lakin məhkəməyə göndərilən ərizənin elektron versiyasında “tərəflər” qrafasında İddiaçı qismində, Cavabdeh isə həm cavabdeh, həm də maraqlı şəxs qismində qeyd edilmişdir. Bununla da ərizənin mülki prosessual qanunvericilikdə nəzərdə tutulan forma və məzmununa riayət olunmadan məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Bundan əlavə, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi Gürcüstan vətəndaşı olmaqla, müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayır. Hazırki ərizə isə maraqlı şəxs Cavabdeh qeydiyyatda olduğu yer üzrə Lənkəran Rayon Məhkəməsinə verilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan normasının tələbinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə verilməlidir. Yalnız ərizənin dövlət orqanı (qurumu) tərəfindən verildiyi halda, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı yer üzrə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iş materiallarından görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün hər hansı miqdarda dövlət rüsumu ödəməmiş, ərizənin mətnində mediasiya prosesində 50 manat ödədiyi üçün 50 manat dövlət rüsumu ödəməkdən azad olduğunu qeyd etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Barışıq sazişinin təsdiq edilməsi barədə ərizələr qiymətləndirilməyən ərizə hesab olunduğuna görə həmin Qanunun qeyd olunan maddəsinin məzmununa əsasən müəyyən edilir ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün cəmi 100 manat dövlət rüsumu ödəməli idi və onun mediasiya prosesində ödədiyi 50 manat vəsait həmin tələb üçün ödənilməli olan dövlət rüsumunu əhatə etmir. Qanunvericiliyə əsasən şəxsin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi vəsait onun məhkəməyə müraciət etmək üçün ödəməli olduğu dövlət rüsumuna hesablansa da və ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyi barədə sənədi işə əlavə etsə də, onun ödədiyi cəmi 50 manat vəsait hazırki tələb üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. X2 və onun nümayəndəsinə izah edilir ki, hazırki ərizə ilə ərizəçinin yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qəraraaldım: X1 barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-3461/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3461/2024
23.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver