Məhkəmə qərarları › İş №e-2(049)-3512/2022

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-3512/2022

14.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-3512/2022 14.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı Novruz oğlu, İddiaçının vəkili Bakı Şəhər Mərkəz Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, Cavabdeh Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında İddiaçı Novruz oğlunun Cavabdeh qarşı öhdəliklərin icra edilməsi tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi̇ : İİddiaçı Novruz oğlu Cavabdeh qarşı öhdəliklərin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdehin 2013-2021-ci illərdə ümumi mülkiyyətidə olan Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi üzərində 2825.5 kv.m. sahəsi olan qeyri-yaşayış binasından əldə etdiyi ******* (iki milyon yüz yetmiş iki min on altı) AZN gəlirin aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya düşməli olan ½ hissəsindən ödənilmiş 160000 (yüz altmış min) AZN çıxıldıqdan sonra qalan 926008 (doqquz yüziyirmialtımin səkkiz) AZN-in cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh mülki işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsini xahiş etmiş və bildirmişdir ki, iddia ərizəsində qeyd olunan məbləğlərin əldə edilməsi sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə ki, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən Əzizə şadlıq sarayının idarəetməsindən əldə edilmiş gəlir müvafiq olaraq hazırda cavabdeh olan qardaşı İddiaçı da verilmiş, lakin sonuncu daha artıq məblığ tələb etmişdir. Tələb olunan gəlir 2013-2021-ci illəri əhatə etmişdir ki, həmin dövrdə də onun VÖENİ (26002) işlək olmuş, hazırda isə dayandırmışdır. Qeyd olunanlara əsasən işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı və onun vəkili cavabdehin VÖEN-i olmasından məlumatları olmamasını və hazırda mülki işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsinə etirazının olmamasını bildirmişlər.. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı iddia ərizəsi üzrə mülki işə kommersiya məhkəməsində baxılmalı olduğundan, mülki işin materialları baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sisteminin Vergi ödəyiciləri haqqında məlumat portalının çıxarışından görünür ki, Cavabdeh fərdi sahibkar statusuna malik olmaqla, vergi ödəyicisi kimi (VÖEN: **********) vergi uçotuna alınmışdır. Məhkəmə araşdırmaları zamanı tərəflərin verdikləri izahatlardan və işin materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul omaqla yanaşı mübahisənin predmetini isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı daşınmaz əmlakın idarəedilməsindən əldə edilmiş gəlirin bölüşdürülməsindən təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırkı işdən də göründüyü kimi iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. MPM-nin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-nin 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi baxılması üçün başqa məhkəməyə verir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Novruz oğlunun Cavabdeh qarşı öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhhkəmə qeyd olunanları nəzərə alıb MPM-nin 32, 44.2, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldi: İddiaçı Novruz oğlunun Cavabdeh qarşı öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar