Məhkəmə qərarları › İş №e-2(049)-3533/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3533/2024

19.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3533/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, iddiaçının nümayəndəsi: X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracitə edərək X7 İstismarı İdarəsinə dəymiş 397,30 manat maddi ziyanın və ödənilmiş 30,00 manat dövlət rüsumunun cəmi 427,30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Hüseynov X3 rayonu, Vilvan kəndində idarə etdiyi “Kamaz” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobillə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X7 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan orta təzyiqli d=57 mm-lik polad boru mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyatı komissiya tərfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində İddiaçı İB-nin Lənkəran RQİİ-yə 397,30 (üç yüz doxsan yeddi manat qırx qəpik) manat zərər dəymişdir. Lənkəran rayon-şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş 26.03 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1i ünvanında yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Kamaz” markalı **-BJ-*** dövlət nömrə nişanlı yük avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında TP6378284 saylı qərarından görünür ki, avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh tərəfindən ünvan 2i ünvanında xx.xx.2023-cü il tarixində “Kamaz” markalı, **-BJ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə yol nəqliyyat hadisəsi törədilməsi nəticəsində PE63 mm-lik küçə qaz xəttinə birləşən 1 ədəd PE63x57 mm-lik metal keçid hissəsinin və D=57 mm-lik polad borunu zədələnmiş nəticədə qaz xətti yararsız hala düşmüş, saat 16:20-dan saat 17:00-a qədər təbii qaz havaya axmışdır. Məhkəmə iclasında iştirak eddən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Cavabdeh çatdırılmaqla xəbərdar edilsə də, Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023 tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə 5 gün müddətində vurulmuş maddi ziyan-397.30 manatın ödənilməsi əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran rayonşəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş 26.03 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1i ünvanında yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Kamaz” markalı **-BJ-*** dövlət nömrə nişanlı yük avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında TP6378284 saylı qərardan görünür ki, avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh tərəfindən ünvan 2i ünvanında xx.xx.2023-cü il tarixində “Kamaz” markalı, **- BJ-*** dövlət nömrə nişanlı yük avtomobili ilə yol nəqliyyat hadisəsi törədilməsi nəticəsində PE63 mm-lik küçə qaz xəttinə birləşən 1 ədəd PE63x57 mm-lik metal keçid hissəsinin və D=57 mm-lik polad borunu zədələnmiş nəticədə qaz xətti yararsız hala düşmüş, saat 16:20-dan saat 17:00-a qədər təbii qaz havaya axmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli ziyanın hesablanması cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh ünvan 2ində idarə etdiyi “Kamaz” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobillə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin Lənkəran RQİİ-yə 397,30 (üç yüz doxsan yeddi manat qırx qəpik) manat zərər dəymişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli, **********71 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci və 21.3-cü maddələrinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eıektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclu təsir edən zəhərlərdən və ya istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsir və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 5-ci maddəsinə əsasən, hər hansı bir fiziki və hüquqi şəxs öz hüququnun və qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. MPM-nin 13.4-cü maddəsində göstərilir ki, mübahisə edilən hüquq münasibətini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100.40 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, , xx.xx.2023-cü il tarixində Hüseynov X3 rayonu, Vilvan kəndində idarə etdiyi “Kamaz” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobillə törətdiyi avtoqəza nəticəsində İddiaçı İB-nin X7 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin balansında və istismarında olan orta təzyiqli d=57 mm-lik polad boru mexaniki zərbəyə məruz qalaraq qırılmış, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyatı komissiya tərfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində İddiaçı İB-nin Lənkəran RQİİ-yə 397,30 (üç yüz doxsan yeddi manat qırx qəpik) manat zərər dəymişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh 397,30 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cəmi 427,30 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X2 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 397,30 manat maddi ziyan və 30 ödənilmiş manat dövlət rüsumu olmaqla cəmi 427,30 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X1 hesabına (Lənkəran RQİİnin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Elektron Məhkəmə Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar