Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3773/2024 28.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə haqqının və itirilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2024-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyanın, 493,50 manat məbləğində cari borcun (debitor), 56,03 manat dövlət rüsumunun, cəmi 3659,93 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı istehsalat BiriiyiCavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təhciz edir. Həmin ünvana İddiaçı İB-nin X5 İstismarı İdarəsi tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir.Lakin cavabdeh “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma ) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayı evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə hal aşkar olunaraq aktlaşdırılmiş və bu halı təsbitləyən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən "Tət qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 3110,40 manat dəymiş ziyan hesablanmışdır. Eyni zamanda Cavabdeh mənzilində təbii qazdan sayğac vasitəsilə istifadəyə görə xx.xx.2024-ci tarixə 493,50 manat məbləğində debitor borcu yaranmışdır. Borcun yaranmasına səbəb Cavabdeh sayğac vasitəsik istehlak etdiyi təbii qazın pulunu ödəməməsi olmuşdur. İddiaçı Lənkəran RQİİ tərəfindən 3603,90 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsini tələblərini pozmuşdur. Bu iddia X5 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilir “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli, ******* saylı aktla və onun tələbnaməsi ik AGİS bazasından çıxarılmış Cavabdeh məxsus **********20000 saylı abonent hesabından çıxarış (saldo) ilə, Lənkəra Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən aparılmış video çəkilişlərlə, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə”sübuta yetirilir. Cavabdeh mənzilində xx.xx.2024-cü il tarixə qaz sayğacı vasitəsilə istifadə etdiyi 493,50 mane məbləğində təbii qazın dəyərinin və 3110,40 manat məbləğində isə təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyanın ümumilikdə 3603,90 manat debitor borcla bağlı ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurə yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək cavabdehə təbii qazdan qeyri-qanuni istifadəyə görə xx.xx.2023-cü tarixli, ******* saylı aktla dəymiş ziyana görə 3110.40 manat və debitor borca görə 493.50 manat məbləğində borc hesablandığını bildirdi. Əlavə olaraq qeyd etdi ki, təbii qazdan qeyri-qanuni istifadəyə görə cavabdeh barəsində inzibati və ya cinayət qaydasında məsuliyyətə cəlb olunamasına dair Energetika Nazirliyinə və ya prokurorluğa müraciət edilməmişdir. Məhkəmə iclasında cavabdeh iddia ilə razılaşmadığını, 2022-ci ilin avqust ayından 2024cü ilin may ayına qədər azadlıqdan məhrum etmə cəzasına görə həbsdə olduğunu, ailəsinin isə ondan küsərək Türkiyəyə getdiyini, həmçinin, həmin müddət ərzində qaynanasının həmin evi Sabirabaddan olan bir şəxsə kirayə verdiyini bildirdi. Qaz idrarəsinin işçiləri tərəfindən çəkiliş edilən zaman o və ailə üzvləri həmin evdə yaşamamış və kənar qaz xəttindən xəbəri yoxdur. Qazdan istifadəyə görə borcu qismən qəbul edib, həbsə düşənə qədər 100 manat borcu olduğunu bildirdi. İddianın təmin edilməməsini xahiş etdi. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Azəriqaz İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması» haqqında 21 dekabr 2023cü il tarixli, ******* saylı aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadəsi göstərilməklə qaz təminatını dayandırılması və dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, sayğacdan kənar qoşulmaya görə itirilmiş qazın bərpası üçün 25920 kub metr ziyan hesablanmışdır. Abonentin saldosundan görünür ki, Cavabdeh 2023-cü ilin dekabr ayı üçün 3110.40 manat qalıq və v 491.10 manat istifadə edilmiş qaza görə borc, 2024-cü ilin sentyabr ayına isə 15 kub qazdan istifadəyə görə cəmi 3603.90 hesablanmışdır. Debitor borcun ödənilməsi tələbi barədə xəbərdarlıqdan görünür ki, abonentin 3603.90 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində TSEK-nın sonuncu müayinəyə dair məlumatından görünür ki, Cavabdeh 2-ci dərəcəli əlildir. Penitensiar Xidmətinin 4649 saylı arayışından görünür ki, Hüseynov X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilmiş və cəza müddəti xx.xx.2022-ci il tarixdən 31 may 2024-cü il tarixədək olan dövrü əhatə etmişdir. Elektron ödəniş qəbzindən görünür ki, iddiaçı iddianın verilməsi üçün 56.03 manat dövlət rüsumu ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Onun 1-ci tələbi təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyandan, 2-ci tələbi isə 493,50 manat məbləğində cari borcdan (debitor) ibarətdir. İddiaçının 1-ci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilib-törədilməməsi halı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (iddiaçı) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək iddiaçının üzərindədir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Həmin maddənin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edir ki, sayğacdan kənar xəttin aşkar edilməsi sübuta yetirilir. Lakin iddiaçı şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda sayğacdan kənar qoşulma halı qeyd edilsə də, bu fakt digər sübutlarla təsdiqini tapmır, əksinə fakt təkzib edilir. İddiaçı şirkətin əməkdaşları tərəfindən tərtib edilən mübahisəli aktda (abonentin) iddiaçının imzası yoxdur. Digər tərəfdən, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma ilə bağlı qazın talan edilməsinə dair materialların inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət tərkibinin əlamətləri olduğu halda cinayət təqibi orqanına təqdim edilməsi müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 1-ci tələbi sübuta yetirilmir və təmin edilməməlidir. İddiaçının 2-ci tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Qazdan istifadə Qaydaları”na 3 nömrəli Əlavənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 493.50 manat borc məbləği tutulmasına dair tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda qeyd olunmuş saldodan görünür ki, 2023-cü ilin dekabr ayına 3110.40 manat qalıq və 491.10 manat borc yaranmış, 2024-cü ilin sentyabr ayında 15 kub qazdan istifadəyə görə cəmi 3603.90 hesablanmışdır. Cəmi borc olan 3603.90 manatdan 3110.40 manat qalıq borcu çıxıldıqda, yerdə 493.50 manat qazdan istifadəyə görə borc qalmış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 13% təmin edildiyindən, iddiaçının ödədiyi 56.03 manat dövlət rüsumunun 07.28 manatı cavabdehə aid edilməli və sonuncudan tutularaq iddiaçıya verilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 493.50 manat debitor borc və 07.28 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(049)-3773/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3773/2024
28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver